İlham Əliyev –güclü Azərbaycanın
güclü lideri
"Azərbaycan Prezidenti bütün insanların sosial istinadgahıdır"
Onun üçün insan
amili, insan taleyi əsas manifestdir. Qəbul etdiyi hər
bir müdrik qərarın qayəsi insanların firavanlığıdır.
Özünün qeyd etdiyi kimi "Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır".
Prezident
İlham Əliyevin demək olar ki, hər çıxışında
təkrarlanan bu möhtəşəm fəlsəfi
fikrin hər bir insanın həyatına labüd təsirləri də göz qabağındadır.
Möhkəm sabitlik və
iqtisadi inkişaf yolu ilə inamla
irəliləyən Azərbaycanın
əldə etdiyi möhtəşəm uğurların
əsas amili güclü siyasi sabitlikdir. İqtidar və Xalq həmrəyliyidir. Çünki siyasi sabitlik olmayan yerdə iqtisadi sabitlik də olmur. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, ona
hamı müraciət
edir, kiçikdən böyüyə, sosial statusundan və peçəsindən asılı
olmayaraq hamı. Qayğısı və çətinliyi
olan hər bir vətəndaş son anda Onun həssaslığı
və qayğısı
sayəsində arxa-dayağını
tapır. Ona görə də, hamı Prezident İlham Əliyevə Ümid çırağı,
İnam və İlham ünvanı kimi baxır: "O, bütün insanların sosial istinadgahıdır. Cəmi 5-6 ay
içərisində 4 milyondan
artıq insanın sosial həyatında əhəmiyyətli dəyişiklik
də məhz onun heyrətamiz sosial müdrikliyinin təntənəsi idi.
O, həddindən artıq
praqmatik, peşəkar,
məqsədyönlü siyasət
ustasıdır. İlham
Əliyev Heydər Əliyevin dahiyanə müdrikliyinin sayəsində
intişaf taparaq möhkəmlənən milli
ideya və milli birlik konsepsiyasını
zənginləşdirərək cəmiyyətin bütövləşməsinə
nail olan liderdir. Azərbaycan cəmiyyətinin yekdilliyi
və ideya-fəlsəfi
mahiyyət etibarilə
möhkəm birliyi, xalq-hakimiyyət monolitliyi onun rasional xarakterinin
siyasi məharətinin
nəticəsidir". V.Abdullayev hesab edir ki, güclü
idarəçilik, səlis
natiqlik və dərin ünsiyyətçillik
istedadı onun liderlik obrazını daha da zəngin
ştrixlərlə möhtəşəm
edir: "O, xalqın yüksək etimadını
əvəzsiz etibarlı
xidmətlə ödəyir.
Azərbaycan Prezidentinin hər
rayona səfəri
toy-bayram əhval-ruhiyyəsi
bağışılayır. Hər səfərində on minlərlə
insan onunla salamlaşmaq, Prezidentinə
dərin ehtiramını
bəyan etmək üçün axışır.
"Mən Azərbaycanın
hər bir rayonunda dəfələrlə
olmuşam, ən azı hər bir rayonda 5 dəfə,
elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm
səfərlərin çox
böyük əhəmiyyəti
vardır. Bölgələrə səfərlərim həm vətəndaşlarla
təmasda olmaq, həm görülən işlərə nəzarət
etmək, həm də gələcəkdə
görüləcək işlərlə
bağlı düzgün
addımların atılması
üçün gözəl
imkan yaradır".
Prezident İlham Əliyevin son bir ildə dövlət
idarəçiliyinin landşaftını
əsaslı şəkildə
dəyişən yeniləşmə
stratejisi Azərbaycanın
prinsipial və dönməz demokratiya quruculuğunun yeni tranzitini müəyyən
etməkdədir. Şəffaflıq hər bir ölkənin gələcəyini
müəyyən edən
məsələdir. Çünki
şəffaflıq olmadan
biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə
sürətlə inkişaf
edə bilməz",
bəyanatının müəllifi
olan Prezident İlham Əliyev dövlət strukturlarının
fəaliyyətinin təkmilləşdirilməsi,
bürokratik aparatın
tamamilə ləğvi,
bütün dövlət
institutlarında şəffaflığın
təmin edilməsi, vətəndaşlarla dövlət
strukturları və məmurlar arasında müasir və birbaşa xidmət kanallarının yaradılmasına
aparan sürətli inqilabi idarətmə sükanının arxasında
dayanıb. Dövlət aparatında yeni
yanaşmalar, siyasi idarəetmədə kreativlik,
dövlətçilik instititunun
yeni meyar və formalarının tətbiqi Onun əzmkar qətiyyətinin
qarşısıalınmaz reformalar üslubuna xarakterikdir. Demokratik dövlət quruculuğu
Azərbaycanın müasir
Yeni Simasını dünyaya təqdim edir, qərarları ilə hər bir vətəndaşın
həyatına yeni nəfəs gətirir.
Onun inamla, imanla, təmkinlə uzaqgörən
və ecazkar praqmatik siyasi müdrikliyi saysız uğurların davamını
gətirməkdədir.
V.Abdullayev bildirib ki, İham
Əliyev Azərbaycanın
xoşbəxtlik simvoludur.
Azərbaycan Respublikası
Prezident İlham Əliyevin liderliyi ilə dövlət quruculuğu tarixinin yeni intibahının şanlı mərhələsində
İnadla irəliləyir:
"Prezident İlham Əliyev Heydər Əliyevin əmanəti və xalqın ən etibarlı zəmanətidir. Onun məqsədi,
məramı, məsləki,
idealı Ona etibar edilmiş vəzifəsini alnıaçıq
və şərəflə
yerinə yetirməkdir.
O, öz işinin ustasıdır. Bu baxımdan İlham Əliyev qürur və fərx edilə biləcək rəhbər, siyasətçidir.
İlham
Əliyev xalqın arzularının lideridir.
O, Heydər Əliyevin
şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini davam və inkişaf
etdirən, Zirvəyə
daşıyan yeganə
Lider olduğunu ötən 16 illik şərəfli siyasi fəaliyyəti ilə təsdiqləyib. O, həmişə
Heydər Əliyevin zəngin dövlət idarəçiliyini mənimsəmiş
şəxs kimi seçilib. Və xalq buna görə onu həmişə Prezident seçib. Onun fəaliyyəti bu
gün Heydər Əliyev irsinin şanlı salnaməsidir.
Ulu Öndərə olan dərin məhəbbət
və ehtiramı onillərdir qəlbində
yaşadan milyonlarla insanın inam və etimad ünvanıdır. Bu gün Azərbaycan dünənkindən daha güclüdür, onun lideri dünənkindən
daha güclüdür,
qüdrətlidir. Bu gün bəzi daxili və xarici qüvvələr güclü Azərbaycanı
qısqandığı kimi,
onun liderini də qısqanır, qorxurlar. Ona görə də,
bəzi hallarda Azərbaycana, Azərbaycanın
rəhbərinə qarşı
iftira və böhtanlar yazmağa cəhd edirlər. Ancaq bu cür cəsarətsiz
və ləyaqətsiz
addımlar həmin qüvvələri daha da aciz və
zavallı vəziyyətə
salır. İlham Əliyev
üçün Azərbaycan
və xalq var. Çünki o hər bir azərbaycanlının
rəhbəridir, qürur
mənbəyidir. İlham Əliyev
və xalqın dərin ünsiyyəti bu gün ən
möhkəm təməl
və güc mənbəyidir.İlham Əliyev
xalqımızın yeganə
yol seçdiyi Heydər Əliyev siyasətinin parlaq simasıdır. O, Heydər
Əliyevin ogludur, Xalqın Ogludur".
Nurlan
Olaylar.- 2019.- 24-27 dekabr.- S.9.