Heydər Əliyevin bizlərə
ərməğan etdiyi şanlı tarix
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
Dünya Azərbaycanlıları
daha bir əlamətdar hadisənin astanasındadırlar. Həmrəylik
Gününün. 30 ilə yaxın tarixə malik olan bu
gün də bizlərə ümummilli lider Heydər
Əliyevdən miras qalıb. Məhz bu günü bizlərə
ümummilli lider ərməğan edib. Hələ ümummilli
lider Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasının Ali Məslisinin sədri olarkən 31 dekabr
tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi qeyd edilməsi təşəbbüsü irəli
sürülmüşdü. 1991-ci ilin dekabr ayında Muxtar
Respublikanın Ali Məclisinin bu barədə qəbul etdiyi qərar
çox keçmədən bütün Azərbaycan üzrə
keçərli oldu və ümumilikdə dünya azərbaycanlılarını
əhatə etdi. Hər nə qədər o zaman Azərbaycan
hakimiyyəti ümummilli liderin
siyasi fəaliyyətindən narahat olsa da, lakin zamanında və
günün tələblərinə uyğun irəli
sürülmüş bu təşəbbüs tezliklə
bütün ölkə boyunca dəstək gördü,
alqışlandı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi tarix baxımından 1991-ci ilə təsadüf etsə də, lakin bu istiqamətdə kütləvilik, soydaşlarımızın həmrəylik, birlik şüarları, platforması ətrafında birləşdirilməsi ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi dünya azərbaycanlılarının birlik və bərabərliyi, həmrəyliyi məsələsinə də ciddi diqqət yetirən Heydər Əliyevin bu sahədə atmış olduğu ən ciddi və mühüm addım 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi oldu. Ümummilli liderin bilavasitə iştirakı ilə keçirilən bu qurultay dünya azərbaycanlılarının birlik və həmrəyliyinin belə demək mümkünsə birinci mərhələsi idi. Naxçivan Muxtar Respublikasında təməli qoyulan bu mərhələ, soydaşlarımızın birlik və bərabərliyi, həmrəyliyi artıq keyfiyyətcə yeni bir situasiyaya, dövrə qədəm qoyurdu. Bu bir tərəfdən Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğısının göstəricisi idisə, digər tərəfdən soydaşlarımızda onların arxasında güclü bir Azərbaycan dövlətinin dayandığı əminliyinin, güvəninin yaranması idi. Sonrakı illərdə bu kimi qurultayların davamlı xarakter alması, soydaşlarımızla işin daha da sürətləndirilməsi dünyada güclü Azərbaycan diasporunun formalaşmasına yol açdı.
Heydər Əliyevin dünya azərbaycanlıları ilə yaxından ilgilənməsi, güclü Azərbaycan diasporunun formalaşması istiqamətindəki fəaliyyəti günümüzdə bu siyasi kursun davamçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Artıq soydaşlarımızla iş, onların birlik və bərabərliyi, həmrəyliyi istiqamətində aparılan siyasət çoxşaxəli xarakter daşıyır və bu prosesdə dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da xüsusi fəallıq nümayişı etdirirlər. Bu baxımdan Heydər Əliyev Fondunun çoxşaxəli və uğurlu fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası da xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyi, həmrəyliyi istiqamətində atılan mühüm addımlardan biri hesab edilə bilər. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın məhz bu kampaniya çərçivəsində birlik və həmrəylik nümayiş etdirməsinin nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələrinin qanunverici orqanlarında ermənilərin Xocalıda törətdikləri vəhşiliklər soyqırım kimi tanınıb. Hazırda da bu tendensiya müsbət istiqamətdə davam edir.
Günümüzdə xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyi daha vacib olduğundan dövlət və onun müvafiq qurumları da bu istiqamətdə aktiv fəaliyyətlər ortaya qoyurlar. Son illərdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, diaspor təşkilatlarımızın vahid bir mərkəzdə birləşməsi, onların daha mütəşəkkil fəaliyyət göstərməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verməkdədir ki, bu da ümumilikdə Dünya Azərbaycanlılarının Həmrəyliyinin möhkəmlənməsinə, onların səsinin daha gur çıxmasına yol açır. Əminliklə deyə bilərik ki, bundan sonra da əldə edilən nailiyyətlər dünyada yaşayan hər bir soydaşımız üçün ürəkaçan olacaq.
S.İsmayılbəyli
Olaylar.- 2019.- 31
dekabr- 8 yanvar.- S.9.