Azərbaycanda mövcud olan fikir,

söz və məlumat azadlığı demokratik

cəmiyyətin göstəricisidir

 

Günümüzdə hər bir  sahədə olduğu kimi,  mətbuat sahəsində də ölkəmizdə inkişaf, tərəqqi, nailiyyət  hiss olunur. Azad söz, fikir, məlumat azadlığı,  fikir plüralizmi təmin edilir.  Buna nail olunmaq üçünsə azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin normal, inkişafa meyilli fəaliyyəti üçün kifayət qədər şərait, imkanlar yaradılır.

Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin mövcud olduğunu təsdiqləyən kifayət qədər faktlar sadalamaq, ortaya qoymaq olar. Azərbaycanda 5 mindən artıq kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Bununla paralel olaraq ölkədə onlarla televiziya kanalı, elektron portal, xəbər saytı,  informasiya agentlikləri mövcuddur. Bütün bunlar Azərbaycanda müstəqil medianın normal qaydada, heç bir məhdudiyyət, təzyiq olmadan fəaliyyət göstərdiyini təsdiq edir. Bütün bunlar həm də onu deməyə əsas verir ki, günümüzdə Azərbaycanda söz və ifadə azadlığı, plüralizm də yüksək səviyyədə təmin olunur. İstənilən şəxs təsis etdiyi media vasitəsində öz fikrini, siyasi görüşünü sərbəst, azad  düşüncəsini heç bir məhdudiyyətlə üzləşmədən cəmiyyətə, tərəfdarlarına çatdıra, yaya,  ictimailəşdirə  bilir.  Bu amil də öz-özlüyündə Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin təmin olunduğunun bariz nümunəsidir və onu  əyani şəkildə sübuta yetirir.

Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval -ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır. Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxilixarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır.Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.

Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir. Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir. Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitaravtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Bu gün Azərbaycanda siyasi plüralizm mövcuddurbu prinsip də ən yüksək səviyyədə qorunur. Özübununla bağlı qanunvericlik bazası da mövcuddur.

Azərbaycan mətbuatının bu günkü durumu, əldə etdiyi nailiyyətləri şərtləndirən əsas amillərdən biri bu sahəyə olan dövlət qayğısı, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardır.  Bu gün Azərbaycan mətbuatı hərtərəfli dövlət qayğısı ilə əhatələnib desək yanılmarıq.  Mətbuata dövlət qayğısının əsası hələ 90-cı illərin əvvəllərində  ümummiilli lider Heydər Əliyev tərəfindən qoyulub. Əgər ümummilli lider Heydər Əliyev müstəqilliyin ilk illərində qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurmuşdusa,  sonrakı illərdə həmin borclar dövlət başçısı İlham Əliyev tərəfindən ləğv edildi.

Ümummilli lider Heydər Əliyevin zamanında mətbuatla qurduğu , onun inkişafına yönəlik fəaliyyəti bu gün Heydər Əliyev siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla daha da irəliyə aparılır.

İlham Əliyev də ümummilli lider Heydər Əliyev kimi dövlət başçısı seçildiyi ilk gündən kütləvi informasiya vasitələri, mediaya diqqətlə yanaşdı, onlara öz qayğısını əsirgəmədi. Azərbaycan Prezidentinin bu sahədə atmış olduğu ilk addım qəzetlərin Azərbaycan Nəşriyyatına uzun illər yığılıb qalmış borclarının silinməsi oldu. Məlumat üçün qeyd edim ki, bundan əvvəl ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarını dondurmuşdu. Həmin borcların Prezident İlham Əliyev tərəfindən silinməsi qəzetlərin maddi durumunu yaxşılaşdırmağa yönəlmiş bir addım idi. Bundan sonrakı dövrlərdə Azərbaycan Mətbuat Şurasının, Milli TeleviziyaRadio Şurasının yaradılması dövlətin, dövlət başçısının ölkədə KİV-in inkişafına yönəlik fəaliyyətinn bariz nümunəsi idi. Atılan bu kimi addımlar eyni zamanda Azərbaycan dövlətinin azad söz, müstəqil fikir, plüralizmə nə qədər böyük önəm verdiyini ortaya qoyurdu. Bu addımlar həm də beynəlxalq aləmə Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edildiyinin əyani sübutu idi. Bu həm də rəsmi Bakının beynəlxalq təşkilat və qurumlar qarşısında götürdüyü öhdəliklərin yüksək səviyyədə icrası demək idi. Ancaq dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin KİV-lə bağlı atdığı addımlar bununla bitmirdi. Belə addımlardan biri dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını təsdiq etməsi, bir müddət sonra isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması oldu. Təxminən 10 ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə fəaliyyət göstərən media orqanlarının layihələrini maliyyələşdirməklə, onların maddi texniki bazasının yaxşılaşdırılmasına öz töhfəsini verir.  Burada xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, KİVDF, yəni dövlət tərəfindən media orqanlarına maddi yardım ayrılsa da, lakin bu heç də həmin mətbu orqanların dövlətdən asılılığına gətirib çıxarmır. Mətbu orqanlar dövlətdən maliyyə yardımı almalarına baxmayaraq, öz müstəqil fəaliyyətlərini davam etdirir, qəzet səhifələrində media təmsiçiləri öz müstəqil fikirlərini, yanaşmalarını cəmiyyətə çatdıra bilirlər.  Burada KİVDF-nin də fəaliyyəti xüsusi qeyd edilməlidir. Fəaliyyətini tamamilə şəffaflıq prinsipi ilə davam etdirən KİVDF müntəzəm olaraq həyata keçirdiyi müxtəlif layihələri ilə media nümayəndələrinin təcrübəsinin artırılmasına da töhfəsini verir.   Azərbaycan Prezidentinin mətbuata göstərdiyi ən yüksək diqqət və qayğının daha bir nümunəsi isə jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atmış olduğu addım oldu. Məlum olduğu kimi Milli Mətbuatın yaranmasının 135 illiyi ərəfəsində dövlət başçısı jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi barədə sərəncam imzaladı. Həmin sərəncam əsasında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binası mətbuatın 138 illiyində dövlət başçısının bilavasitə iştirakı media nümayəndələrinə təqdim edildi. Hazırda isə daha bir binanın tikintisi davam edircari il ərzində həmin mənzillər də media nümayəndələrinə təqdim ediləcək. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, mənzillərin verilməsi zamanı iqtidarya müxalifət mətbuatı nümayəndələri arasında heç bir fərqin qoyulmaması özü də əslində ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edildiyinin bir göstəricisidir. Yəni, hətta radikal müxalifət düşərgəsində olmasından asılı olmayaraq sosial, mənzil durumu yaxşı vəziyyətdə olmayan media təmsilçisi dövlət strukturları, hökuməti, iqtidarı kəskin, bəzən isə hətta qərəzli şəkildə tənqid etməsinə baxmayaraq, dövlətin yaratdığı imkanlardan faydalana bilir. Bütün bunlar öz-özlüyündə Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə təmin olunmasının bariz nümunəsidir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 31 dekabr-8 yanvar.- S.15.