İmadəddin Nəsimi ədəbiyyat tarixində

anadilli fəlsəfi şeirin əsasını qoyub

 

Prezident İlham Əliyev  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2019-cu il Azərbaycan Respublikasında "Nəsimi ili" elan edib. Olaylar.az bu münasibətlə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva ilə birgə "Nəsimi ili"nə birgə nəzər saldıq.

 

- Ruhəngiz xanım, "Nəsimi ili"ni necə qiymətləndirirsiniz?

- Bu il ölkə başcısı cənab İlham Əliyev böyük Azərbaycan şairi İmaməddin Nəsiminin doğumunun 650 illiyini nəzərə alaraq "Nəsimi ili" elan edib. Bununla bağlı "Nəsimi İli"nə həsr olunmuş Dövlət səviyyəsində tədbirlər planı hazırlanması gözlənilir. Nəsimi irsinin nəşri və xalq kütləsinə çatdırılması ədəbiyyatşünaslarının qarşısında ən böyük şərəfli bir vəzifədir. Bütün bunlar prezidentimiz cənab İlham Əliyevin öz xalqına, Azərbaycanın çoxəsrlik zəngin milli mədəniyyətinə böyük qayğı və diqqətin parlaq təzahürü və Azərbaycan xalqının Nəsimiyə dərin məhəbbətin gözəl ifadəsidir.

Böyük Azərbaycan şairi Nəsiminin irsinin öyrənilməsi 70-ci illərində Heydər Əliyevin adı ilə bilavasiitə bağlıdır. Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirləri siyahısına daxil edilmişdir. Azərbaycan xalqı ilə birlikdə o zaman bütün qardaş respublikaları beynəlxalq miqyasda Nəsiminin anadan olmasının 600 illik yubileyi təntənəli surətdə 1973 ci ildə qeyd edilmişdir. Bu ildən etibarən Nəsimi irsinin və Azərbaycan klassik mədəniyyətin araşdirilması istiqamətində mühüm addımlar atılmışdır. Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılmış, AMEA-nın Dilcilik institutuna Nəsimi adı verilmişdir. Şairin əsərlərinin Prof. Cahangir Qəhrəmanov tərəfindən 3 cildlik elmi tənqidi mətninin cap edilməsi, Prof. Mirzağa Quluzadənin "Böyük ideallar şairi Nəsimi", Akademik Həmid Araslı və prof Əliyar Səfərli ayrı ayrılıqda Nəsiminin "Secilmiş əsərləri",və b görülmüş işlər, məhz həmin ildəki tədbirlərin nəticəsidir. Tarixdə ilk dəfə olaraq Nəsiminin secilmiş şeirləri Bakıda və Moskvada böyük tirajla rus dilində nəsr edilmişdir. Kino sənayemizin ən uğurlu nümunələrindən biri olan "Nəsimi"filmi cəkilmişdir. Müstəqil dövlətimizdə də tədqiqatcılarımız klassiklərimizə yeni baxışı həmişə diqqət mərkəzində olmuşdur. "Nəsimi ili" elan olunandan sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunda müəyyən planlar hazırlanıb. Ədəbiyyat institutunun direktoru İsa Həbibbəyli Nəsimi irsinin yenidən araşdırılması haqqında tapşırıqlar verib. Bu il AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunda Nəsimiyə həsr olunmuş ikinci beynəlxalq elmi konfransın kecirilməsi nəzərdə tutulub. Nəzərinizə catdırım ki, vəfatının 600- illiyinə həsr olunmuş "Ey Nəsimi cahanı tutdu sözün" adlı birinci beynəlxalq elmi konfrans 2017-ci ildə kecirilmişdir. Artıq bununla bağlı olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində də Fəridə Əzizovanın təşkilatçılığı ilə benəlxalq elmi konfransın kecirilməsi ilə bağlı ciddi hazırlıq işləri görülür. Bütün şöbə və bütün ədəbiyyat institutunun əməkdaşları cox həvəslə bu konfransa hazırlaşırlar. Xarici ölkələrdən də Nəsimi araşdırıcılarının konfransa dəvət olunması nəzərdə tutulur. Keçirilməsi gözlənilən möhtəşəm tədbirə inistitutumuz çox ciddi yanaşmaqdadır.

- Nəsiminin qəbrini Azərbaycana gətirilməsi məsələsinə münasibətiniz?

- Məşhur Azərbaycan şairi İmaməddin Nəsimin dəfn olunduğu Suriyanın Hələb şəhərində mövcud olan məzarının Azərbaycana köcurulməsi Azərbaycan ictimai tərəfindən xoş qarşılansa da, mümkünsüz bir haldır. Çünki, bu gün mövcud olan ərazidə ziyarətgah olan həmin qəbrin Azərbaycana gətirilməsi Suriya höküməti tərəfindənqəbul olunması şübhə doğurur. Amma, elmi ictimayyət tərəfindən ziyarətgah dəfələrlə ziyarət olunub. Bu gün də, xüsusən klassik ədəbiyyat mütəxəssisləri Nəsiminin ziyarət etmələrini istərdilər. Nəsiminin məzarının bir qrup elm adamları, ictimai xadimlərinin ziyarət edilməsi gözəl qiymətləndiririk .

- Nəsimi yaradıcılığında tədqiqatçılar tərəfindən daha çox hansı istiqamət araşdırılmalıdır?

- Tədqiq edilməli əsas sahə, istiqamət Nəsimi yaradıcılığında olan dini şeirlər, dini təmayüllər və təsəfüflə bağlı, ilahi məhəbbətlə bağlı şeirləridir. Çünki, sovet dövründə Nəsimi və onun yaradıcılığı tam əks mənada istiqamət kimi təqdim olunub. Ancaq, bildiyimiz kimi Nəsiminin poeziyasında Allaha olan sevgi var, şeirlərində İlahi məhəbbətin tərənnümü var. Allahının insan üzərində təcəllisi var.

Nəsimi irsinin və yaradıcılığının yenidən arasdırılması üçün vacibdir.  Nəsimini hər dəfə oxuduqca onun necə zirvə olduğunu yenidən kəsf edirsən. Ümumiyyətlə, Nəsimi bizim bədii fikir tariximizdə və Azərbaycan ədəbi dilin formalaşmasında müstəsna xidməti olmuş ədiblərimizdəndir. Mənəviyyat dünyasının böyük dühasını arasdırmaq bizlərin borcudur. Gələcəyimiz üçün vacib olan məsələdir. Nəsimi Türk divan ədəbiyyatının qurucularından biridir. Ədəbiyyatda fəlsəfi qəzəlin əsasını qoymuşdur. Türk dunyasının şairidir. Fikrimizcə, Nəsimi poeziyası- ruh və düşüncə azadlığının ən böyük ifadəsidir. Nəsiminin adı bütün insanlar - bizlər üçün çox qiymətlidir. İslam şərqinin qiymətli şairi olub, ana dilimizdə ilk dəfə bədii fəlsəfi şeirlər yazan şair, yüksək zəkası ilə bütün dünyada yüksəlmiş və tanınmışdır. Nəsimi Azərbaycan dilini bədii dil kimi ilk dəfə olaraq tarix və mədəniyyət sahəsinə çıxaran, dilimizi cilalandıran və zənginləşdirən şairlərimizdən biridir. Şifahi xalq ədəbiyyatı nümunələrini nəzərə almasaq, yazılı ədəbiyyatda Nəsimidən əvvəl İ. Həsənoğlunun üç qəzəli, Şeyx Səfiyəddinin ana dilində şeir toplusu, XIV- əsrdə Qazi Bürhanəddinin ana dilində "Divan"ı dövrümüzə gəlib catmışdır ki, bunlar da ana dilimizdə olan ədəbiyyat nümunələrinin ilk rüşeymləri idi. Nəsimi isə Azərbaycan şeir dilini qüdrətli bir silaha çevirmişonu daha da təkmilləşdirmişdir. Ondan sonra yetişən sənətkarlar bu ənənəyə sadiq qalaraq Azərbaycan dilində yazıb yaratmışlar.

Şairimiz "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misrası ilə başlayan qəzəlində "Mən Haqqam" deyir və insanı ucalıq məqamına yüksəldir. Bu dünyaya sığmayan insanın cismi deyil, ağlı və idrakıdır. Nəsiminin "Mən" sözünün arxasında onun tarıxi səxsiyyəti, dili, milli mənliyi dayanır. Fəlsəfi poetik məni olan şair, insan - Allah deyəndə insanla Tanrını vəhdətdə götürür. Nəsimiyə görə kamil insan öz ağlı və eşqi ilə insanların gözləri qarşısında qaranlığı yox edib günəş kimi işıq saçmağa qadirdir. Haqqı ancaq kamilyetkin insan görə bilər. Həmin yetkin insan da sevilməyə layiqdir. Dünyagörüşü cəhətdən hürufi -panteist olan Nəsimi Allahla təbiəti eyniləşdirmişdir. Nəsimiyə görə, ruh, cansız təbiətdən canlı təbiətə doğru inkişaf edir. O, insanı təkamülün son mərhələsi hesab edir. Bütün şeirlərində də insanı duymağazövq almağa cağırır. Insan ülvidir, müqəddəsdir. İnsan allahın təcəsümüdür. İnsanın ağlı, zəkası, yaradıcılıq qüdrəti dünyaya zinətdir. Təbiətin naz-neməti, dünyamızın gözəllikləri insan ücündür. İnsan hər şeyə qadirdir və demək, insan Yer üzərində həqiqətən xaliqin-Allahın təcəssümü, təzahürüdür və sevilməyə, pərəstişə, əzizlənməyə layiqdir.

- Nəsimi ilə bağlı yeni bədii filmin cəkilməsinə ehtiyac varmı?

- Qeyd edim ki, kino sənayemizin ən uğurlu nümunələrindən biri də Nəsimi filmidir. Filmin ssenari müəllifi (İsa hüseynov), quruluşçu rejissoru (Həsən Seyidbəyli) və yaradıcı kollektiv Azərbaycan poeziyasının klassiki Nəsiminin həyatına və dövrünə aid tarixi materiallara, tədqiqat əsərlərinə xalq rəvayyəylərinə əsaslanaraq, dərin məzmunlu romantik əsər yaratmışlar. Həqiqətən də bu ekran əsəri ləyaqət və ədalət uğrunda canını fəda etmiş sairin geniş və hərtərəfli xarakterini canlandırmağa müvəffəq olmuşdur. Nəsimi filmi ona görə baxımlıdır ki, filmdə dövrün xarakterini tamaşaçılara catdırmaq üçün natura çəkilişlərindən geniş istifadə edilmişdir. Filmin bir cox hissəsi hadisələrin bas verdiyi yerlərdə lente alinmisdir. Əsas epizodlar Naxcıvan, Xivə, Hələb, Dəməşq, Bəəlbək şəhərində, Abşeronun tarixi abidələrinində çəkilmişdir.

Əlbəttə ki, müasir texnalogiya ilə müasir ssenaririsi ilə çəkilən film daha maraqlı daha baxımlı olar. Amma, əvvəlkindən sonra, yeni çəkiləcək filmin dərəcədə təbii alınacağını deyə bilmərəm.

 - "Nəsimi ili" ilə bağlı ədəbi müsabiqələrin keçirilməsi Nəsimi mükafatı təsis olunması ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Qeyd etdiyimiz kimi 2019 - cu il "Nəsimi ili" elan olunub. Yubiley tədbirləri keçirilməsi labüddür. Nəsimi ilə bağlı yazılacaq hər hansı məqaləyə, əsər araşdırmanın mükafatlandırılması üçün müsabiqələrin kecirilməsi çox vacibdir. Böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsimi ədəbiyyat tarixində anadilli fəlsəfi şeirin əsasını qoymuş, məhəbbət gözəllik nəğməkarı kimi şöhrət tapmışdır. Onun şeirlərini insanın mənəvi əzəməti haqqında yazılmış himn adlandırmaq olar.

Yanvar ayının 29-da Axundov adına Milli kitabxanada Nəsimi 650 iliyinə həsr olunmuş tədbir kecirildi. Kərim Tahirov tədbiri acıq elan etdi ilk sözü Mədəniyyət naziri Əbülfət Qarayevə verildi. Əlyazmalar institutunun direktoru Teymur Kərimli, prof. Qəzənfər Paşayev, Qənirə Paşayeva, ilqar Fəhmi başqaları cıxış etdilər. AMEA-nın orta əsr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları tədbirdə iştirak etdilər.

 

Nigar Adil

 

Olaylar.- 2019.- 2-4 fevral.- S.12.