Gənclər ölkənin ictimai-siyasi
həyatında aktiv rol oynayırlar
Rövşən Qasımov: "Azərbaycan
gəncliyi dövlət başçısının
iqtisadi-siyasi fəaliyyətini birmənalı dəstəkləyir"
Azərbaycanın
dövlət siyasətinin əsas istiqamətlərindən
biri də gənclər siyasətidir. Ulu öndər Heydər
Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan
Prezidenti İlham Əliyev bu meyarları nəzərə
alaraq ölkəmizin qüdrətli dövlətə
çevrilməsi naminə gənclərə böyük inam
bəsləyir, ölkəmizdə onlara yüksək şərait
yaradılması istiqamətində dövlət proqramları
qəbul edilir. Hər bir dövlətin əsas missiyası gələcəyini
etibar edəcəyi nəsil formalaşdırmaqdır.
Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq edib ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin edir. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapıb. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir. Vəkil Rövşən Qasımov bildirib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Ümumilli lider Heydər Əliyev bildirirdi ki, "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir". Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumu-nun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əli-yev şəxsən iştirak edib.1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirildiyini və forumda Ulu Öndər Heydər Əliyevin çıxış zamanı ölkənin ictimai siyasi həyatında gənclərinin rolunun artırılması haqqında fikirlərin səsləndirildiyini bildirib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edərək gənclərə müraciətlə bildirib: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin əlverişli şəraitdə yaşaması, təhsil alması, yaxşı əmək fəaliyyəti ilə məşğul olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik". 2 Mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Prezident Heydər Əliyev Respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması və dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib.1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi,ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlətin gənclərlə bağlı siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanmış, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilmişdir. Fərmana müvafiq olaraq chr("39")chr("39")Gənclər siyasəti haqqındachr("39")chr("39") Azərbaycan Respublikasının Qanunu qəbul edilərək 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanmışdır. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Dünyada isə yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycan gənclərə göstərilən diqqət və qayğıya görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur. Azərbaycan dövləti gənclərə yüksək qiymət və dəyər verir.
Bu siyasət hazırda ümumilli liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncləri böyük dövlət qayğısı ilə əhatə edilib. Ölkəmizin parlamentində gənclər təmsil olunur, gənclər ölkəmizin ictimai-siyasi həyatında aktiv rol oynayırlar və bu rol ildən-ilə daha da güclənir. Bu, dövlətimizin gənclərə diqqət və qayğısının daha bir nümunəsidir. Sağlam düşüncəli gənc ölkəmizin gələcəyi deməkdir. Məhz bu baxımdan, gənclər siyasəti ölkəmizdə prioritetdir. Gənclərlə bağlı strategiya hazırlanaraq qəbul edilib. Bu da gənclərimizin inkişafına, vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verir. Bu gün Azərbaycan gənci nəinki ölkə daxilində, dünyanın hər bir nöqtəsində Azərbaycanı layiqincə təmsil edir: "Çox sevindirici haldır ki, bu gün Azərbaycanda vətənini sevən gənc nəsil yetişib. Gənclər sərhədlərimizin keşiyində dayanıblar, ölkənin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verirlər. Gənclər Azərbaycan bayrağını dünya arenalarında qaldırırlar. Bütün bunlar təbii ki, dövlətimizin gənclərə olan xüsusi qayğı və diqqətinin sayəsində mümkün olmuşdur. Xalqımızın gücünü bir yerə toplasaq, onun daxili mənəviyyat hissini oyatsaq, tarixi ənənələrini və tarix boyu göstərdiyi qəhrəmanlıq nümunələrini bu gün xalqımıza, xüsusən gənclərimizə bir daha çatdıra bilsək, şübhəsiz ki, xalqımız birləşəcək, səfərbər olacaq, ayağa qalxacaq, birinci növbədə öz namusunu, şərəfini qoruyacaq, öz atasının, babasının yurdunu qoruyacaq, torpağını qoruyacaq, özünün bugünkü həyatını, gələcəyini, övladlarının, nəvələrinin, nəticələrinin həyatını qoruyacaqdır.Mən buna inanıram. Mənim bu fikirlərim bizim gənclərin gücünə, zəkasına, fitri istedadına və vətənpərvərlik hisslərinə əsaslanır".
Onun sözlərinə görə, bizim məğlubiyyətlərimizin və düşdüyümüz ağır vəziyyətin əsas səbəblərindən biri Azərbaycanda son illər gedən ictimai-siyasi proseslər nəticəsində gənclərimizdə (şübhəsiz ki, bir qismində) vətənpərvərlik hissinin müəyyən qədər itməsi, ümumi milli məfhumlara biganəlik və başqa mənfi keyfiyyətlərin meydana çıxması, bəzən geniş sirayət etməsi ilə əlaqədardır: "Bu da gənclərin özündən asılı deyil. Gənclər həmişə valideynlərinin, anları tərbiyə edənlərin yaşadıqları mühitin təsiri altında təhsil alıblar, böyüyüblər, tərbiyələniblər və həyat fəaliyyətinə qoşulublar. Təəssüf ki, son illərdə bu işlərdə çox pozuntular olmuş, təhsil ocaqlarımızda da işlər yaxşı getməmişdir. Gənclərimizin tərbiyəsi işi də zəifləmişdir. Bəzi şəxslər gənclərimizə müsbət nümunələr vermək əvəzinə, mənfi nümunələr təbliğ ediblər. Buna görə də gənclərdə bəzən çaşbaşlıq əmələ gəlmişdir. Güman edirəm ki, son illərdə biz hər şeyi gördük. Gənclərimiz də çox şeyi - bəzi "yenilikləri", bəzi yeni fikirləri, əhval-ruhiyyəni daddılar. Loru dildə desək, biz çox şeyi dişimizə vurduq və nəyin nə olduğunu artıq anlamağa başladıq. Mənə belə gəlir ki, bu ağır dövrdən düzgün nəticələr çıxarmağın vaxtı gəlib çatmışdır. O cümlədən gənclərin təhsili, tərbiyəsi işində, onların mənəviyyatca formalaşmasında, həyat fəaliyyəti üçün hazırlanmasında buraxılan səhvlərə gərək daha yol verməyək, gəclər doğru yolla getsinlər, həyatda öz yerlərini düzgün tapa bilsinlər, həm özləri üçün, həm onları böyüdən, yetişdirən valideynləri üçün, həm də cəmiyyət üçün, xalq üçün, dövlət üçün faydalı ola bilsinlər. Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir".
Alim
Olaylar.- 2019.- 7 fevral.- S.6.