Azərbaycan tarix elminin

«Akademik Yaqub Mahmudov» zirvəsi

 

Azərbaycan tarix elmində  fundamental elmi əsərlərin  yaradıcısı olan Yaqub Mahmudov tarix elminin tədrisində müstəsna rola malikdir. Elm təhsil sahəsindəki uğurlu fəaliyyət, əldə edilmiş nailiyyətlər bu görkəmli şəxsiyyəti fərqləndirən cəhətlərdən biri olmuşdur. Bu səbəblə Ümummilli lider Heydər Əliyev demişdir: "Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman... böyük şairimiz Bəxtiyar Vahabzadə bir çox başqaları. Şəki böyük alimlər yetiribdir. Onlardan biri böyük tarixçi, professor Yaqub Mahmudovdur". Bu, Azərbaycan elminə, mədəniyyətinə, tarixinə Yaqub Mahmudov şəxsiyyətinə verilən ən yüksək qiymətin nəticəsidir.

1956-cı ildə Yaqub Mahmudov Balakən rayonunun Sarıbulaq məktəbini müvəffəqiyyətlə bitirmiş, həmyaşıdlarından xüsusi bilik istedadına görə fərqləndiyi üçün həmin məktəbə tərbiyəçi-müəllim kimi işə götürülür. Beləliklə, həyatının mühüm hissəsini təşkil edən müəllimlik fəaliyyətinə ilk dəfə başlamış olur sonradan bu peşənin ən yüksək zirvəsini fəth edir. 1968-1981-ci illərdə indiki Azərbaycan  Dövlət Pedaqoji Universitetində müəllim işləyərkən tələbə müəllim heyətinin rəğbətini qazanmış, əsl təşkilatçı kimi yaddaşlara daxil olmuşdur. Ali  məktəbdə orta əsrlər tarixini tədris edir, tələbələrin elmi biliklərə yiyələnməsini təmin edir, eyni zamanda tədris-metodiki vəsaitlər çap etdirir. Müəllimlik illərində uğurlu pedaqoji fəaliyyəti nəticəsində tələbələrin bir azərbaycanlı kimi formalaşmasında əsas rol oynamışdır. Tarix elmləri doktoru, professor Fəzail İbrahimli müəllimi haqqında demişdir ki, "Müəllimliyin pilləsinin ən yüksək zirvəsində dayanan, dərs üslubu, intizamı, dəyərli məsləhətləri, səmimi münasibəti, ümumiyyətlə, şəxsiyyəti ilə gənclərin həyat yolunu işıqlandıran müəllimlər isə həmişə yadda qalır, xatırlanır. Məhz Yaqub müəllim dərs dediyi hər bir tələbəsinin yaddaşında qalan belə müəllimlərdəndir".

1981-ci ildə Yaqub müəllimin bilik bacarığına yaxından bələd olan professor Məlik Orucovun dəfələrlə təkidlərini nəzərə alaraq O, Bakı Dövlət Universitetinin Qədim dünya Orta əsrlər tarixi kafedrasında fəaliyyətə başlayır. Müəllimlik fəaliyyəti dövründə yüksək elmi-təşkilatçılıq bacarığı, kollektiv daxilində şəxsi nüfuzu artmış qısa zamanda Tarix fakültəsinin əsas simasına çevrilmişdir. 1986-1990-cı illərdə Universitetin Tarix fakültəsinin dekanı olmuş, milli zəmində tarixçi kadrların hazırlanmasında əsas rol oynamışdır. Universitetdə tarix elminin tədrisi yenidən qurulmuş, tədris planları təkmilləşdirilmiş yeni dərsliklərin çapı həyata keçirilmişdir. Universitetin Tarix fakültəsində "tarixçi-şərqşünas", "beynəlxalq münasibətlər tarixi", "sosiologiya", "psixologiya", "etnopsixologiya", "etnososiologiya" kimi yeni ixtisaslar açılması nəticəsində tələbə kontingenti xeyli artmışdır. Tarix fakültəsinin  nəzdində onun rəhbərliyi ilə "Azərbaycanın maddi mədəniyyəti tarixi", "Tarixi tədqiqatlarda riyazi üsullar", "Tarixi demoqrafiya" adlı yeni laboratoriyalar açılır xüsusilə Azərbaycan tarix fənninin tədrisi ön plana çəkilir, dərs saatları artırılır. Onun təşəbbüsü ilə respublikada ilk dəfə Tarix liseyi açılır tarixin tədrisi ölkədə populyarlaşır. "Azərbaycan tarixinin tədqiqi, tədrisi təbliği üzrə" xüsusi Dövlət Proqramları hazırlanır. Azərbaycan tarix elminin tədrisi sahəsində uğurlu aparılır, nadir ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə Moskva Leninqrad universitetlərinə tələbələr göndərilir.

1991-1992-ci illərdə onun rəhbərliyi ilə Azərbaycan Respublikasının ilk Təhsil Qanunu dünya standartlarına uyğun hazırlanmış, 1992-ci ilin dekabrında Milli Məclis tərəfindən qəbul edilmişdir. Qanun görkəmli şəxsiyyətin fədakar əməyi zəhməti hesabına başa çatdırılmış bununla Müstəqil Azərbaycan Respublikasının təhsil sisteminin əsası qoyulmuşdur.

1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi intibah dövrünü yaşamışdır. Onun rəhbərliyi ilə fakültənin bakalavr magistr  pillələri üçün 15 ixtisas üzrə yeni tədris planları hazırlanır yeni ixtisaslar açılır. Xüsusi əhəmiyyət kəsb edən "Azərbaycanşünaslıq" Elmi-Tədqiqat Mərkəzi açılır ki, bu da dövlətçilik, milli məfkurə ideyalarının tələbələrdə formalaşması istiqamətində əsas rola malik olmuşdur.

Müəllimlik sənətinin peşəkarı kimi Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Respublika Bakı müəllimləri Təkmilləşdirmə institutlarında, BDU-nun Şəki filialı, Lənkəran Dövlət Universitetində, Qərb Universitetində s. kimi ali məktəblərdə uğurlu fəaliyyət göstərmişdir. Respublikada fəaliyyət göstərən ali məktəblərin tədris təlim prosesində yaxından iştirak etmiş, tələbə gənclərin əsl vətəndaş kimi formalaşmasını təmin etmişdir.

Erməni saxtakarlığına qarşı mübarizənin başında durmuş, Azərbaycanın haqq ədalətli mövqeyinin dünyada təbliğinin əsas təşkilatçısı olmuşdur. Bu istiqamətdə respublikada tələbə gənclər arasında mühüm işlərin aparılmasına nail olmuşdur. 2013-cü ildə Oksfordda keçirilən "Elm təhsil" mövzusunda beynəlxalq elmi konfransda milli dəyərlərin qorunması, yüksək rəşadət dürüstlük nümayiş etdirdiyinə görə "Kraliça Viktoriya" diplomuna medalına layiq görülmüşdür.

O, Azərbaycan Respublikasında məktəblilər üçün "Azərbaycan tarixi" "Tarix" dərsliklərinin ilk müəllifi kimi  tarixə daxil olmuşdur. Onun təşəbbüsü ilə ilk dəfə dərsliklərə Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, dövlətçilik tariximiz, milli dəyərlərimiz, xalqımıza qarşı soyqırımlar, azərbaycançılıq ideyası, türk xalqlarının tarixi mədəniyyəti daxil edilmişdir.

Yaqub müəllim vaxtaşırı məktəblilərlə görüşüb azərbaycançılıq ideyalarını fəal təbliğ edir. Bu da məktəblilərin dünyagörüşünün formalaşmasında vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Onun ideya müəllifi olduğu "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" lahiyəsi çərçivəsində Azərbaycan dövlətçilik tarixi tarixi şəxsiyyətləri layiqincə təbliğ edilmişdir. Ümumtəhsil məktəblərində Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Cahanşah, Uzun Həsən, Şah İsmayıl Xətayi, Nadir şah, Ağaməhəmməd şah Qacar s. tarixi şəxsiyyətlər haqqında tarixçi-alimlər tərəfindən məruzələr oxunmuşdur. Layihənin əhəmiyyəti ondan ibarətdir ki, məktəblilər vətənpərvər ruhda tərbiyə olunur bununla yanaşı tarix elminə olan diqqət marağı daha da artırır. 2016-cı il oktyabrın 31-də II Azərbaycan Elm festivalı çərçivəsində məktəblilərlə görüşündə Yaqub müəllim qeyd etmişdir ki, "Milli kimliyimizin qorunması müasir çağırışlara cavab verməyin yalnız biri yolu var - bu yol mükəmməl təhsildən keçir. Bu gün dünya zəka ilə, beyin ilə fəth olunur. Amma təkcə bilikli olmaq azdır. Vətənin adını ucaltmaq üçün eyni zamanda, dönməz azərbaycançı olmaq gərəklidir". Bununla Azərbaycan məktəblisi qarşısında elmi biliklərə yiyələnməklə yanaşı vətənpərvər azərbaycançı olmaq məqsədini qoyur. "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" lahiyəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Atatürk liseyi, 313, 311, 144, 201, 272, 21 ¹-li tam məktəblərdə silsilə tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın real tarixinin yaradıcısı təbliğatçısı Yaqub müəllim tələbələrlə görüşlər keçirir, gəncləri düşündürən sualları cavablandırır, onların maarifləndirilməsi istiqamətində düzgün yolu göstərir. 2019-cu il yanvarın 29-da Bakı Dövlət Universitetinin tələbələrinə "Azərbaycan tarix elmi: dünən, bu gün, sabah" mövzusunda ustad dərsi keçmişdir. Çıxışında bir daha qeyd etdi ki, "Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur". Bununla o, dövlətçilik azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi tələbələrin diqqətinə çatdırdı.

Beləliklə, onun uzunmüddətli pedaqoji fəaliyyəti nəticəsində minlərlə tarixçi müəllim ordusu formalaşıb o, tarixçi müəllimlərin müəllimi kimi bu ordunun başında gələcəyə inamla irəliləyir. Bu yolda üzü , alnıaçıq əsl Azərbaycan vətəndaşı kimi əlindən gələni əsirgəmir. Bu müqəddəs yolda xalqımızın taleyüklü məsələlərinin həllində göstərdiyiniz xildmətlərə görə Sizə təşəkkür minnətdarlığımı bildirirəm. Sizi bir daha 80 illik yubileyiniz münasibətilə təbrik edir can sağlığı arzu edirəm.

 

Emin Məlikov,      

tarix üzrə fəlsəfə doktoru

 

Olaylar.- 2019.- 8 fevral.- S.12.