Dövlət Proqramları Samux

rayonunda uğurla icra edilib

 

Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu siyasəti cənab İlham Əliyev tərəfindən uğurla həyata kecirilir.  Məhz Cənab İlham Əliyevin ötən illərdəki səmərəli fəaliyyətinin nəticəsində ölkədə iqtisadisiyasi sabitlik təmin edilib, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub. Həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində ən diqqət çəkən məqam iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər olub.

 

Azərbaycan iqtisadiyyatının günümüzdə dinamik şəkildə inkişafına səbəb olan başlıca amillərdən biriheç şübhəsiz ki, ölkədə artıq bir xeyli müddətdir ki, həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarıdır. 2004-cü ildən həyata keçirilən bu proqramlar bütün sahələrdə sürətlə inkişafa səbəb olub.

Həyata keçirilən islahatların başlıca məqsədi demokratikgüclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olub. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerlixarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni yerlərinin yaradılmasına və nəticə etibarı ilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlib. Təsadüfi deyil ki. Cənab Prezident İlham Əliyev də bu məsələni daim diqqət mərkəzində saxlayıb, əhalinin ərzaq məsullarının təlabatını, yerli istehsal hesabına ödənilməsinə böyük önəm verib.

Respublikanın hər bir bölgəsində olduğu kimi Samux rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. Elə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də Samuxda kifayət qədər işlər görülüb, tədbirlər həyata keçirilib. Dövlət Proqramları çərçivəsində respublikanın digər regionlarında olduğu kimi Samux rayonunda və həmçinin Samux şəhərindədə geniş  abadlıq və quruculuq işləri aparılıb.

Qeyd edək ki, Samux şəhərində 2762 təsərrüfatda 10934 nəfər əhali yaşayır, o cümlədən məcburi köçkün ailələrində 466 nəfər yaşayır və 216 nəfər müvəqqəti qeydiyyatdadır. Şəhər İnzibati Ərazi Dairəsi 3386 hektar torpaq sahəsini əhatə edir ki, onun da 648 hektarı bələdiyyə, 195 hektarı dövlət və 2542 hektarı isə xüsusi mülkiyyətdədir. Şəhərin əhalisi 10934 nəfər təşkil edir ki, onlardan da  6450 nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli əhalinin təxminən 2200 nəfər dövlət müəssisələrində, sosial obyektlərdə, təhsil səhiyyə, mədəniyyət sahələrində, 280 nəfəri ticarət və ictimai iaşə sahələrində, qalan hissəsi isə fərdi təsərrüfatlarda çalışır.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir ki, bu səbəbdən də şəhər əhalisinin bir hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Prezidentinin kənd təsərrüfatının inkişafına kömək məqsədi ilə imzaladığı müvafiq sərəncamdan sonra şəhər əhalisi arasında kənd təsərrüfatı məhsullarının istehsalına maraq daha da artıb. Belə ki, 2018-ci ildə nümayəndəliyin ərazisində 185 hektarda 629 ton buğda, 362 hektarda 123 ton arpa, 49 hektarda 2195 ton qarğıdalı, 385 hektarda, 808,5 ton günəbaxan, 38 hektarda 1032 ton şəkər çuğunduru, 73 hektarda 925 ton tərəvəz, 25 hektarda 300 ton bostan bitkiləri, 136 hektarda 1271 ton meyvə, istehsalı olub ki, bu da əvvəlki illərdən təxminən 1,2 dəfə çoxdur.

Kənd təsərrüfatı ilə məşğul olan əhalini maraqlandıran ən vacib məsələlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təmin olunmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində bu istiqamətdə də ciddi tədbirlər həyata keçirilib. Belə ki, nümayəndəlik bələdiyyə ilə birlikdə bu sahədə qarşıya çıxan problemlərin təxirə salınmadan həll edilməsi üçün il ərzində rayon Suvarma Sistemləri İdarəsi ilə birgə fəaliyyət göstərib, subartezian quyularının, suvarma kanallarının işlək vəziyyətdə saxlanılması üçün lazımi tədbirlər görüblər. Şəhər ərazisində 73 subartezian quyusu və 2 elektrik nasosu əhalinin istifadəsindədir. Rayon rəhbərliyinin yaxından köməyi nəticəsində subartezian quyuları daim işlək vəziyyətdə olub, 2 subartezian quyusu qazılıb istifadəyə verilib, buda əkin sahələrinin vaxtında suvarılıb bol məhsul əldə olunmasına səbəb olub. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün rayon rəhbərliyinin köməyi ilə 610 m uzunluğunda su xətti və 25 m uzunluğunda su otrucu boru çəkilib.

Nümayəndəlik Kommunal Təsərrafatı İstehsalat Birliyi idarəsi ilə birlikdə şəhər daxilində və ətrafında daimi olaraq təmizlik abadlıq işləri aparır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Prpqramları çərçivəsində şəhər əhalisinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sakinlərin elektrik enerjisinə, təbii qaza və içməli suya olan tələbatının lazımi səviyyədə ödənilməsi istiqamətində də müəyyən işlər görülüb. Əhali maye qazdan, elektrik enerjisindən və telefon xidmətindən fasiləsiz olaraq 24 saat istifadə edir. Elektrik enerjisindən istifadə edən abonentlərin sayı 2167 olmuşil ərzində 37 ailəyə yeni elektrik xətti çəkilib. Qazdan istifadə edən abonentlərin sayı 2152 olmuşil ərzində 78 ailəyə yeni qaz xətti çəkilib. Şəhər ərazisində 1650 ailəyə telefon xətti, 449 ailəyə isə sürətli internet xidməti göstərilir. TKQ tərəfindən yeni yaşayış massivlərinə xətlər çəkilərək 35 ailəyə telefon çəkilib.

Şəhər icra nümayəndəliyi QİS, PEŞ və Su Kanal İdarəsi ilə daimi əlaqə saxlayaraq kommunal xidmət haqlarının yığılmasında fəallıq göstərərək, yığım faizinin yüksək olması üçün köməklik göstərib. Nümayəndəliyin ərazisində 3 orta məktəb, 6 uşaq baxçası var. Il ərzində nümayəndəliyin işçiləri məktəblər və uşaq bağçaları ilə daim əlaqə saxlamış, bu təşkilatlara kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına nail olublar.

Elçin Məmmədov küçəsində beton arxlar çəkilib, yollara asfalt döşənib. Samux şəhər 20 Yanvar, Göy-göl küçəsi, Qalalı küçəsi H.Əliyev dalan1, Eltun Əhmədov, Elçin Məmmədov döngə 1, asvalt salınıb, 6 küçəyə qum-çınqıl tökülərək hamarlanıb.

Bütün nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası xüsusi rol oynayıb. Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayevin rəhbərliyi altında rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri nəticəsində rayonumuzun siması, xüsusilə rayonun mərkəzinin siması əsaslı şəkildə dəyişib.  Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 24 noyabr 2003-cü il tarixli Fərmanının 7-ci bəndinə əsasən yerlərdə vətəndaşların ərizə və şikayətlərinə baxılması və onların haqlı tələblərinin təxirə salınmadan həll olunması üçün müvafiq tədbirlər görülüb. Belə ki, il ərzində vətəndaşlar tərəfindən 42 ədəd yazılı ərizə daxil olub ki, həmin ərizələrdə qaldırılmış problemlər müsbət həll olunub. Eyni zamanda hesabat ilində nümayəndəliyə ayrı-ayrı təşkilatlardan 54 ədəd məktub göndərilib. Əhaliyə 3486 ədəd arayışlar və müxtəlif məsələlərlə bağlı 40 əmr verilib. Şifahi qəbula gələnlər 31 nəfər olub.

Hesabat ilində gənclərin hərbi vətənəprvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib ki, bu da öz növbəsində çağırış yaşlı gənclərin hərbidən yayınması hallarının tamamilə aradan qaldırılmasına səbəb olub.

Gənclərin növbəti hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı bütün tədbirlər görülüb. Gənclərin hərbi qeydiyyata alınması işi rayon Hərbi Komissarlığı ilə birgə həyata keçirilir.

Görülmüş işlərlə bərabər, 2019-cu ildə də qarşıda böyük vəzifələr durur. Belə ki, cari ildə tikinti-quruculuq və abadlıq işlərini daha da sürətləndirmək nəzərdə tutulub. 2019-cu ildə şəhərin bir neçə küçəsində yenidənqurma işləri aparılmalıdır.

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, respublikamızın  sosial - iqtisadi  həyatında mühüm rol oynayan sənədlər,o, cümlədən  şəhər, rayon, qəsəbə və kəndlərin  inkişafını   özündə əks  etdirən "Azərbaycan Respublkasının  2014- 2018 -ci illər, sosial - iqtisadi  inkişafının sürətləndirilməsi  haqqında"  Dövlət  proqramını ölkəmizdə  yüksək surətdə  həyata  keçirilir . Bu  proqramın  həyata  keçirilməsi,   yerli      icra     hakimiyyəti orqanlarında  səmərəli  geniş    metodlarından  istifadə etməyinə  böyük kömək olub.  Dövlət   başçısının , verdiyi     bu     fərmanından      sonra       respublikamızın     hər  yerində  bu qərardan irəli gələn  vəzifələrin  yerinə   yetirilməsi ,  əhalinin rifah halının yaxşılaşması cəmiyyətin mənəvi  saflaşmasının təmin olunması , bütövlükdə       ölkəmizin  iqtisadi   qüdrətinin  artması, artan  əmək  haqqları,   pensiyalar ,    sosial məsələlərin  həlli,  məktəblərin , tibb ocaqlarının ,  idman     bazalarının  yaradılması ,  şəhər, rayon , kənd        qəsəbələrin  abadlaşdırılmasında  özünü tam göstərib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 9-11 fevral.- S.15.