Bölgələrdə
aqrar sektorun inkişafı əhalinin
məşğulluq probleminin həllinə təkan verib
Regionların sosial iqtisadi
inkişarı ilə bağlı dövlət
proqramlarının icrası nəticəsində ölkədə
davam edən inkişaf və tərəqqi artan templə davam
etmişdir. Bu inkişaf
ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, həmçinin
beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin
etmişdir. Hazırda regional güc mərkəzi olan,
bölgədə sabitləşdirici subyekt kimi
çıxış edən Azərbaycanda iqtisadi
dayanıqlıq təmin edilib.
Təsadüfi
deyil ki, prezident İlham Əliyev qeyd edib ki, 2018-ci il ölkəmiz
üçün uğurlu il olmuşdur: "Dünyada və
bölgəmizdə gedən proseslərdən asılı
olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir.
Keçən ilin əvvəlində
qarşımıza qoyduğumuz bütün vəzifələr
icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik
inkişafı təmin edilmişdir". Yeri
gəlmişkən xatırladaq ki, artıq ölkədə
Regionların sosial iqtisadi inkişarı ilə bağlı
dördüncü dövlət proqramı təsdiq edilib.
Bu məqsədlə keçirilən konfransda
ölkə başçısı bildirib ki,
üçüncü Dövlət Proqramı
bütünlükdə uğurla icra olunmuşdur.
Ölkə rəhbərinin Fərmanı ilə regionların
sosial-iqtisadi inkişafı sahəsində
görülmüş işləri növbəti illərdə
də davam etdirmək, eləcə də infrastrukturun və
sosial xidmətlərin daha da
yaxşılaşdırılması, bölgələrdə
yaşayan əhalinin məşğulluğunun və maddi
rifahının yüksəldilməsi məqsədi ilə
"Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" təsdiq edilmişdir.Əminliklə
deyə bilərik ki, qazanılan uğurlar, həyata
keçirilən islahatlar müstəqil Azərbaycanımızın qüdrətini artırmaqla
yanaşı 4-cü beşillikdə növbəti hədəflərə
çatmaq üçün etibarlı bünövrədir. Regionların sosial iqtisadi inkişafı ilə
bağlı dövlət proqramlarının icrası
Hacıqabul rayonunda da uğurla icra edilib. Xatıladaq
ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil edir. Rayon İcra Hakimiyyətindən
verilən məlumata görə, ötən ilinin məhsulu
üçün rayonda 43011 hektar sahədə taxıl əkilmişdir.
Bunun 31848 hektarını buğda, 11163
hektarını isə arpa əkini təşkil etmişdir.
Taxıl sahələrindən 76006 ton məhsul əldə
edilmişdir. Sahələrdən 6579 ton tərəvəz,
11378 ton bostan, 495 ton kartof, 11314 ton qarğıdalı, 1172,7
ton pambıq, 6520 ton şəkər çuğunduru, 40,9 ton
soya, 11995 ton meyvə, 268 ton üzüm istehsal olunmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə
34 ton kartof, 40 ton günəbaxan, 40,9 ton soya məhsulu, 7 ton
üzüm istehsalı çox olmuşdur. Cari ilin məhsulu üçün 25925
hektar sahədə buğda, 11008 hektar sahədə arpa, 353
hektar sahədə yonca və 321 hektar sahədə xəsil
olmaqla ümumilikdə 37607 hektar sahədə payızlıq əkin
işləri həyata keçirilmişdir. Rayonda
30 kümçü tərəfindən 1924 kq barama istehsal
edilib. Həmçinin, ötən ildə
rayonda 1300 ha sahədə pambıq əkilib. Bir sıra hallarda pambıq tarlalarına aqrotexniki
qaydalara uyğun quluq edilmədiyindən və ərazilər
üzrə kənd sakinlərinin pambıq
yığımına kütləvi cəlb edilməməsi səbəbindən
rayonun bu sahə üzrə göstərici aşağı
olub. Keçən ildən 178,7 ton
çox pambıq təhvil verilib.
Son illər rayonda aqroparkların yaradılması istiqamətində
bir sıra işlər həyata keçirilib. Padar qəsəbəsi
ərazisində "Azərsun" Holding tərəfindən
1625 hektar sahədə iri aqropark yaradılıb.
Aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2000
başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksində
son tamamlama işləri həyata keçirilir, indiyə kimi
buraya 1339 baş cins mal-qara gətirilib. Heyvanların
gətirilməsi davam etdirilir. Meyniman kəndində 2000
ha torpaq sahəsi olan "Muğan Agro" MMC-yə məxsus
aqroparkda infrastruktur yaradılıb, 2 ədəd mal tövləsi,
1 ədəd yem anbarı, 4 ədəd qoyun tövləsi,
inzibati bina və digər yardımçı binalar tikilib. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma
fəaliyyət göstərir. Ötən
ildə hər birinin sahəsi 2 ha olan 5 ədəd müasir
tipli istilikxananın tikintisi başa çatdırılıb.
Bundan əlavə
illik istehsal gücü 5000 ton süd olan 700 başlıq
heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi
yaradılmışdır. Hazırda aqroparkda 50
nəfər daimi işləyir. Tam
gücü ilə işlədikdə 150 nəfər
işçi çalışacaq. Rayonunun
inzibati ərazisində müasir iri taxılçılıq
və yemçilik təsərrüfatlarının
yaradılması məqsədi ilə 30 min hektar torpaq sahəsinin
təyinatı dəyişdirilərək otlaq
kateqoriyasından əkin kateqoriyasına keçirilib.
Rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində "AZERBROOD"
MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd
yumurta olan quşçuluq müəssisəsinin tikintisi
işləri davam etdirilir. Tikinti işləri
başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu
təmin olunacaq. Atbulaq kəndində
"Hajigabul Greenhouse" MMC tərəfindən 17 hektar ərazinin
10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib
istifadəyə verilib. Kompleksdə 70 nəfər
işlə təmin olunub. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına
əsasən "Hacıqabul Sənaye Məhəlləsi"nin
9 hektar sahəsində aparılan tikinti işləri başa
çatıb, hazırda tamamlama və abadlaşdırma
işləri aparılır. Burada 970 nəfər
layihəyə görə işləyəcək.
Cari il fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində
"Azərmaş" ASC-nin Rusiya Federasiyasının
"Qaz Qrup" şirkəti ilə birgə həyata
keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı
avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Tədbirdə
İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın
Rusiyadakı səfiri Polad
Bülbüloğlu, Rusiya Federasiyasının İqtisadi
İnkişaf naziri Maksim Oreşkinin başçılıq
etdiyi nümayəndə heyəti, Rusiyanın Azərbaycandakı
səfiri Mixail Boçarnikov iştirak ediblər. Məlumat
üçün qeyd edək ki, istehsal gücü ildə 1000
ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin
yaradılması nəzərdə tutulur. Dəyəri
14 milyon manat olan layihə üzrə Anlaşma Memorandumu
ötən ilin aprelində imzalanıb. Layihənin
icraçısı olan "Azərmaş" ASC-yə
Hacıqabul Sənaye Məhəlləsinin
iştirakçısı statusu verilib. Sənaye
Məhəlləsində avtomobil istehsalı zavodunun
yaradılması köməkçi sənaye istehsalı və
xidmət sahələrinin inkişafı üçün də
əlverişli imkan yaradacaq. Qeyd edək
ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət
tərəfindən sahibkarlar üçün bütün zəruri
infrastruktur yaradılıb. 20 hektar ərazidə
yaradılmış Sənaye Məhəlləsi 10 min kvadrat
metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan
inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye
Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin
keçirilməsi üçün iclas otağı, məhəllənin
iştirakçılarına müxtəlif xidmətlər
göstərəcək müasir ofis sahələri, sərgi-satış
mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və
Sənaye Məhəlləsinin idarəedici təşkilatının
istifadəsi üçün nəzərdə tutulan sahələrdən
ibarətdir. Sənaye Məhəlləsində
sahibkarlara mühasibatlıq, hüquq, bank və
sığorta, poçt və internet, logistika, tibbi xidmətlər
göstəriləcək. Hacıqabul Sənaye
Məhəlləsində ümümi dəyəri 60 mln.
manatdan çox olan 7 layihə üzrə
maşınqayırma, kompozit materialları, avtomobil, tikinti
materiallarının istehsalı üçün
avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları
istehsalında istifadə olunan avadanlıqların istehsalı
sahələri yaradılıb. Bu layihələr çərçivəsində
900-dən çox iş yerinin
yaradılması nəzərdə tutulur. Hazırda
istehsal sahələrində avadanlıqların yerləşdirilməsi
və istehsala digər hazırlıq işləri
aparılır.
Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində
əhaliyə göstərilən kommunal xidmətlər də
diqqətdən kənarda qalmayıb. Belə ki, 2018-ci ildə
əhaliyə elektrik enerjisinin, təbii qazın və
içməli suyun verilməsi daim diqqət mərkəzində
saxlanılmışdır. Şəhərdə,
həmçinin Udullu zonasında, Navahı, Atbulaq, Qarasu kəndləri,
Muğan və Pirsaat qəsəbələri ərazisində
elektrik təsərrüfatı təzələnib. Eyni zamanda, rayonun bütün yaşayış məntəqələrinin
təbii qazla təminatı tam həyata keçirilib. İl ərzində su istifadəçiləri olan əhali
qrupuna 80 ədəd, qeyri əhali qrupuna 20 ədəd smart
sayğac quraşdırılıb. Hacıqabul
Telekommunikasiya Qovşağı tərəfindən Navahı
qəsəbəsində 272 nömrə tutumlu EATS-in 50
nömrə tutumlu daxili xətt şəbəkəsi istifadəyə
verilib, 100 ədəd telefon və 50 ədəd internet çəkilişi
təmin olunub. Rayon mərkəzində 140 ədəd
telefon 230 ədəd internet çəkilişi təmin
olunub. Əhalinin tələbatına
uyğun olaraq xidməti ərazilərdə ümumilikdə
600 portluq müxtəlif tutumlu internet avadanlıqları (DSLAM)
quraşdırılıb.
Dövlət proqramları çərçivəsində Hacıqabul şəhərində tikinti-quraşdırma, abadlıq və yaşıllaşdırma, eləcə də infrastruktur işləri davam etdirilib. Belə ki, Ş.İ.Xətai küçəsi 2, 4, 6 və 6a saylı yaşayış binalarının qarşısındakı məhəllədə geniş abadlıq işləri aparılıb. Həmin küçədə yerləşən mərasim zalında da geniş abadlıq və yenidənqurma işləri aparılıb. Şəhərin Ə.Vahid, Ş.İ.Xətai, M.Əsədov, İ.Qayıbov, Babək, H.Həmidov küçələrində səkilər, hasarlar, darvazalar, su çənləri rənglənmiş, üzlük ağlay daşları yonularaq ağardılıb. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənmiş və fasadı təmir edilib. Ə.Vahid, H.Həmidov, M.B.Nadim, H.Z.Tağıyev, Bakı küçələrinə ümumilikdə 13198 kv.metr yola 6 sm qalınlığında asfalt örtüyü qoyulub. Rayonun 19 min əhalisinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan dairəvi avtomobil yolunun tikintisi başa çatmış və yol istifadəyə verilib. Bundan başqa, 11 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 7,6 km-lik Navahı kənd-Rəncbər-Pirsaat yolu yenidən tikilib istifadəyə verilib. Rayonda mövcud yaşıllıqlara qulluq göstərilməsi ilə yanaşı rayon ərazisində 14 min dekorativ ağac, 12 min gül kolu əkilib. Beləliklə, Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında qarşılıqlı əlaqələr yaradılıb, ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülüb. Sadalanan faktlar deməyə əsas verir ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları Hacıqabul rayonunun iqtisadi inkişafında, eləcə də əhalinin sosial problremlərinin həllində əhəmiyyətli rol oynayıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 12 fevral.- S.15.