Regional proqramlar əhalinin elektrik

enerjisi, qaz və su ilə təchizatını yaxşılaşdırır

 

Respublikamız  ötən əsrin əvvəllərindən  fərqli  olaraq indi dünyanın  inkişaf etmiş  dövlətləri ilə sağlam rəqabət aparmaq gücünə malikdir. Bu isə onun nəticəsidir ki, dövlət başçısı bütün sahələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırıb. Əsrin əvvəllərində  Azərbaycana əsas gəlir neft sahəsindən gəlirdisə,indi artıq qeyri-neft sektorları inkişaf etdirilərək, əsas gəlir mənbəyinə çevrilib. Regionların inkişafı isə qeyri-neft sektoru üçün xüsusi əhəmiyyət kəsb edir çünki Azərbaycana neftdən kənar valyutanın daxil olmasında regionlar mühüm rol sahibidir.

2004-cü ildən başlayaraq ölkəmizdə tətbiq edilən Dövlət proqramları sayəsində əsaslı dəyişikliklər əldə edilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008,2009-2013,2014-2018-ci illəri əhatə edən Dövlət proqramları hamısı uğurla həyata keçirilmişdir. Artıq regionları inkişafı ilə bağlı dördüncü dövlət proqramının icrası ilə bağlı işlərə başalanacaq. Artıq prezdident İlham Əliyev tərəfindən 2019-2023-cü iləri əhatə edəcək yeni dövlət proqramı təsdiq edilib. Bununla da inkişaf strategiyasında yeni mərhələyə keçid alınır.

Sosial-iqtisadi inkişafın yeni mərhələsində paytaxt Bakı və bütün regionlarda, qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsalemal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.

Bütün bunlar onu göstərir ki, regionların inkişafı Azərbaycan üçün prioritet məsələdir.Regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmişuğurla həyata keçirilmiş dövlət proqramlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına,yeni yerlərinin açılmasına,nəticədə yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Pambıqçılıq,heyvandarlıq,meşəçilik,bitkiçilik ,tikinti,informasiya və rabitə,nəqliyyat  turizm sahələrinə xüsusi diqqət ayrılmış ,hər birində əsaslı inkişaf əldə olunub.

Dövlət proqramlarının həyata keçirilmə səbəblərindən biri də təkcə paytaxt Bakının deyil,digər bölgələrin də iqtisadisosial inkişafını təmin etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafı üçün uğurla başa çatdırılmış  layihələrin, əhaliyə göstərilən sosial yardımların,yoxsulluğun aradan qaldırılmasına xidmət göstərən fondların,texnologiyanın  dünya standartlarına cavab verəcək şəkildə inkişaf etdirilməsi,təhsil sahəsində müasir metodikanın tətbiq edilməsi regional proqramların uğurla başa çatdırılmasından xəbər verir.

Regionlarda yerli və beynəlxalq tələblərə cavab verən müasir innovasiyalar tətbiq edilir. Məhz Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzləri də bu qəbildəndir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda dövlət başçısıbildirib ki, bu gün dünyada Azərbaycan məhsulu kimi tanınan "ASAN xidmət" brendi vardır: "Bunu biz yaratmışıq, bizim daxili intellektual məhsulumuzdur və iradəmizin ifadəsidir: "ASAN xidmət" bu gün bir neçə ölkədə fəaliyyət göstərir və bu sistemi tətbiq edən ölkələrin sayı artmaqdadır. Ölkəmizdə on beş "ASAN xidmət" mərkəzi yaradılıb. Bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Bu mərkəzlərə 26 milyondan çox müraciət olunub. Əhali tərəfindən bəyənmə əmsalı təxminən 100 faizdir. "ASAN xidmət"də iki yüzdən çox xidmət göstərilir, tam şəffaf və heç bir pozuntusuz. Bu sahə, bildiyiniz kimi, həmişə böyük narahatlıq doğururdu. Vətəndaşlar haqlı olaraq şikayət edirdilər. İndi isə şikayətlər yoxdur, "ASAN xidmət"in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizi əks etdirir. Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsas məsələlərindən biridir".

Onu deyə bilərik ki, təkcə 2019-cu ilin yanvar ayı ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib. İstehsalat Birliyinin məlumatına görə , cari ildə Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal", 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə və "Səyyar ASAN" xidmətinə, bundan əlavə Bərdə, Sabirabad,İmişli,Masallı, Qəbələ, Quba, Mingəçevir,Şəki həmçinin Gəncə şəhərində yerləşən "ASAN Xidmət" mərkəzlərinə ümumilikdə 28759 müraciət daxil olmuşbu müraciətlərin icrası tam təmin edilib.

Regionların inkişafında əhalinin kommunal problemlərinin həlli ön planda durur.

Məhz ötən il Prezident İlham Əliyevin iştirakı ilə Xaçmaz Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su kanalizasiya şəbəkələri, Mingəçevir Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verilib. Eyni zamanda Ağcabədi, Daşkəsən şəhərlərində su kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya  şəbəkələrinin tikintisi yekunlaşıb. Şamaxı, Gədəbəy, Lerik Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub.

Dövlət başçısının "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 09 aprel 2018-ci il tarixli sərəncamı, həmçinin dövlət investisiya layihəsi çərçivəsində içməli su çatışmazlığının müşahidə edildiyi 18 rayonun 41 kəndində layihələr icra olunub. Bu kəndlərdə 325 km magistral paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1100 bulaq quraşdırılıb.

Ötən il bölgələrdə regional laboratoriyaların yaradılmasına başlanılıb. 5 yeni elektron xidmət istifadəyə verilərək xidmətlərin sayı 16-ya çatdırılıb.

Bu il isə Ağdaş, Qəbələ, Xırdalan  şəhərlərində su kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq. 2019-cu ildə Qazax Horadiz şəhərlərində su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına, 10-dan çox şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi sayğaclaşma işlərinin davam etdirilməsi nəzərdə tutulur. 2019-cu ildə müştəri xidmətləri sahəsində   mühüm tədbirlər həyata keçiriləcək. İslahatların davam etdirilməsi, yeni regional idarələrin laboratoriyaların yaradılması, iqtisadi səmərəliliyin artırılması, abonentlərlə işin təkmilləşdirilməsi barədə müvafiq işlər görüləcək.

Regionların sosial-iqtisadi inkişafında dövlət başçısı tərəfindən imzalanan sərəncamlar böyük rol oynayır.

Cənab prezident "Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin qazılmasının təmin olunması tapşırılıb.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb.

Artıq 14 quyuda qazma işləri tamamlanıb, qalan 21 quyuda qazma işləri davam etdirilir.

Yaxın vaxtlarda həmin subartezian quyularında işlər tam yekunlaşdırılaraq istismara veriləcək.

Xatırladaq ki, bütün digər sahələrlə bərabər, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məsələsi cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 13 fevral.- S.15.