Bütün dövlət proqramları
xalqın rifahına xidmət edir
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü proqramda
kənd təsərrüfatı və sənaye istehsalı xüsusi yer tutur. Çünki, bu günə qədər əldə olunmuş nailiyyətlər və uğurlar növbəti inkişaf
dövrü üçün
mühüm təməl rolunu
oynayır.
Məsələn, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ixrac 4,7 dəfə, kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub, sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb, 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı isə 1,6 milyon nəfər artıb. Son 15 il ərzində maaşlar 7, pensiyalar da 9 dəfə artıb.
Həmçinin, Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin, eləcə də, 17 aqroparkın yaradılması, növbəti illərdə sənaye məhəllələrinin və aqroparkların sayının artırılmasının planlaşdırılması Azərbaycan üçün uğurlu perspektiv vəd edir.
2004-cü ildə 55 min ton üzüm yığılmışdır, keçən il 167 min ton, yəni, 3 dəfə çox. Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb. Tütünçülükdə də çox ciddi irəliləyiş var. Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarüklə bağlı texnika - bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub.
Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
2016-cı ildə 40 min hektar fındıq bağları olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir. Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə 9 isə bir milyon ton olub. Pambıqçılıqda çox ciddi dönüş yaradılıb. 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdir, keçən il isə 233 min ton. Pambıqçılığın bütün sahələrində 190 min insan işləyir. Dövlət xətti ilə 470 pambıqyığan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika alınmışdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. İlkin mərhələdə isə Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə "Mingəçevir Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki inşa olunub. Ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib.
Azərbaycan kənd təsərrüfatının
inkişafı baxımından böyük
potensiala malik ölkələrdən
hesab olunur və
ardıcıl xarakter daşıyan
dövlət siyasətinin davam etdirilməsi
bu sahədə gələcəkdə 2-3
dəfəlik artıma nail olmağa imkan verə bilər.Aqrar
sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil
artır. Yeni texnikalar
alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro
xidmət sahələri yaradılır, güzəştli
şərtlərlə gübrə, yanacaq,
lizinqlər verilir. Sahibkarlara
güzəştli şərtlərlə verilən kreditlər
hesabına yeni aqrar istehsal sahələri yaranır.Quş əti
- 2004-cü ildə 44 min ton
istehsal olunub, keçən
il 109 min ton. Tərəvəz - 2004-cü ildə 1 milyon ton, keçən il 1 milyon
500 min ton istehsal olunub.
Ən çox valyuta gətirən kənd təsərrüfatı
məhsulları - pomidor
177 milyon dollar, xurma
114 milyon dollar, pambıq
və pambıq məmulatları 108 milyon
dollar, fındıq 100 milyon
dollara yaxın və alma 38 milyon dollar.
2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən
il 326 min ton. Bu sahədə də
artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət
göstərir. Növbəti
5 il ərzində
mal ətinin istehsalını
15 faiz artırılacaq.
Taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı,
keçən il 3 milyon 200 min ton. Xüsusilə iri fermer təsərrüfatlarında və
aqroparklarda məhsuldarlıq
hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə
daha çoxdur. Bu, Avropanın inkişaf
etmiş ölkələrinin
səviyyəsində olan
göstəricidir. Dünya üzrə
hektardan orta məhsuldarlıq isə
34 sentnerdir, Azərbaycanda
30 -dir.
İlham
Əliyevin imzaladığı
sərəncamla təsdiq
olunan növbəti Dövlət Proqramı ile ölkəmizin əksər regionlarında
davam edən abadlıq və quruculuq isləri, inkişafı bundan sonra daha da
sürətlənəcək.Prezident İlham Əliyevin doğma, müstəqil ölkəmizin inkişafı,
ölkə əhalisinin
sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi genişmiqyaslı
tədbirlər, onun
real nəticələri partiyanın
hər bir üzvü qarşısında
daha məsul vəzifələr qoyur. Bütün dövlət proqramları xalqın rifahına,xidmət edir. Hər birimizin ən ali borcudur
ki, bu proqramların
icrasına yaxında köməklik göstərək.
Təbii
ki, bu amilin
əsasında cənab
Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və Onun həyata
keçirdiyi siyasət
nəticəsində Azərbaycanın
regionun lideri olması dayanır. İlham Əliyevin rəhbərliyi
altında yüksək
uğurlara imza atmış müasir Azərbaycan dövləti
artıq güclü bir dövlətdir. Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş,
sosial- iqtisadi yüksəliş ilk növbədə
insanların gündəlik
həyatında özünü
daha qabarıq büruzə vermişdir.
Ölkənin dayanıqlı
və inkluziv inkişafına nail olmaq məqsədilə Prezident
İlham Əliyev tərəfindən aparılan
geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən
uğurlu işlərin
davam etdirilməsi qəbul edilən yeni 4-cü proqram regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə
yanaşı bütövlükdə
Azərbaycan iqtisadiyyatının
daha sürətli inkişafının təmin
edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması
yönümündə hazırlanmış
mühüm dövlət
proqramıdır. Regionlarda ciddi
sənayeləşmə prosesi
gedir. Sənaye parklarının yaradılmasının
geniş vüsət alması və qeydiyyatdan keçən rezidentlərin sayının
67-yə çatması bu
sahədə ixrac potensialını da ciddi artırmaqdadır.Son
15 il ərzində
2 milyon yeni iş yeri yaradılmışdır.
Əhalinin sayı isə 1,6 milyon
artmışdır. Yeni
iş yerlərinin yaradılması regionların
sosial-iqtisadi inkişafı
proqramlarının tərkib
hissəsi idi və 2 milyon iş yeri yaradılıb.
Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına
düşür. Kənd
təsərrüfatı 1,7
dəfə artıb. Azərbaycan Dünya Bankının
"Doing Business" hesabatında
2006-cı ildə qeyd
olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşmışdı.
Aparılan köklü islahatlar,
investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda
Azərbaycan dünya miqyasında 25-ci yerdədir.
Və 15 il
ərzində Azərbaycana
təxminən 250 milyard
dollar sərmayə qoyulub
və bu sərmayənin yarısı
xarici investisiyadır.
15 il ərzində
müstəqil Azərbaycan
iqtisadi cəhətdən
möhkəmlənmiş, qüdrətlənmiş,
sosial- iqtisadi yüksəliş ilk növbədə
insanların gündəlik
həyatında özünü
daha qabarıq büruzə vermişdir. Regionların
sosial-iqtisadi inkişafına
xidmət edən Dövlət proqramları
bölgələrə sərmayə
qoyuluşlarının həcmini
əhəmiyyətli dərəcədə
artırmışdır.
Regionların 2019-2023-cü illəri sosial- iqtisadi inkişafı əhatə
edən dördüncü
Dövlət Proqramı
ölkəmizdə sənayenin,
kənd təsərrüfatının
və digər sahələrin sürətli
inkişafını təmin
edəcəkdir.Uğurla icra
edilən regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət proqramları ölkəmizin
inkişafında mühüm
rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də
əsaslı yer tutur. İstər yeni sosial iaşə
obyektlərinin, istərsə
də digər infrastrukturların tikilməsi
və yenilənməsi
vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət
göstərir.Respublikamız qısa müddətdə
beynəlxalq maliyyə
qrumlarından borc alan ölkədən
bor verən ölkəyə çevrilib.
Olaylar. - 2019.- 14 fevral.- S.15.