Masallı davamlı inkişaf yollarında
Regional proqramlar rayonun
inkişafında mühüm rol oynayıb
Ölkə Prezidenti İlham Əliyev tərəfindən
həiata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir
və inkişaf edir. Bu tərəqqini hər
bir Azərbaycan vətəndaşı rifah halının
yüksəlməsi, özünün sosial vəziyyətinin
yaxşılaşması şəklində görür,
yaşayır və hiss edir. Dövlət
başçısı tərəfindən təsdiq
edilmiş regional proqramların icrası nəticəsində bütün bölgələrdə geniş miqyaslı abadlıq və
quruculuq işlərinin aparılır. İllərlə
yığılıb qalmış problemlərin həll edilməsi,
kəndlərimizin, şəhərlərimizin yenidən
qurulması ölkəmizin sürətli inkişafına əyani
sübutdur. Bu gün qətiyyətlə
deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə
çevrilməklə bərabər, həm də beynəlxalq
aləmdə güclü dövlət və etibarlı tərəfdaş
kimi tanınmışdır.
Etiraf edilməlidir ki, bu naliyyətlərin əldə
edilməsində Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı Dövlət Proqramlarının xüsusi yeri var.
Sözügedən regional proqramlar Masallı rayonunun
inkişafına da təsirsiz ötüşməyib. Belə ki, ötən ilin əvvəlində
rayonda qarşıya qoyulan bütün
vəzifələr icra olunub, rayonun hərtərəfli dinamik
inkişafı təmin edilib. Məlumat üçün qeyd edək
ki, ötən ilin sonlarında rayona səfərindən dərhal
sonra dövlət başçısı tərəfindən
Masallı şəhərində abadlıq-quruculuq işlərinin
davam etdirilməsi və 3230 hektar əkin sahəsinin suvarma
suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə
37 kiçik sututarda zəruri təmir-bərpa işlərinin
aparılması üçün vəsait ayrılıb. Rayonda genişmiqyaslı tikinti-quruculuq işləri
aparılıb və çoxsaylı inzibati idarə binası
tikilərək istifadəyə verilib. Üç
kənddə modul tipli məktəb binası
quraşdırılıb, rayon Məhkəməsinin inzibati binasının
inşası tamamlanmaq üzrədir. Viləş
çayının hər iki sahilində müasir park-bulvar
kompleksinin salınması uğurla davam edir. Artıq
rayon üzrə 103 yaşayış məntəqəsindən
90-ı "mavi yanacaq"la təmin edilib, qalan 13 kəndə
təbii qaz xəttinin çəkilməsi Dövlət
Proqramına uyğun olaraq reallaşdırılır. Rayonun Boradigah qəsəbəsində uzun illər
sakinləri narahat edən problemlər həll olunub. Qəsəbənin küçələrinə
asfalt döşənib, 1 saylı tam orta məktəb, qəsəbə
xəstəxanası əsaslı təmir edilib, Babaser məktəbinin
yeni binası tikilib, bu kənddə yeni tibb məntəqəsi
istifadəyə verilib. Qəsəbədə
fəaliyyət göstərən xəstəxana 32
yaşayış məntəqəsinə xidmət edir.
Burada 3000 metrlik suötürücü xətlər,
Babaser kəndində 250 metrlik suötrücü kanal təmizlənib.
Əvvəlki illərə nisbətən ərazidə
əkinçiliyin müxtəlif sahələri inkişaf etməkdədir.
Rayonda aqrar sahənin inkişafı
üçün də mühüm işlər
görülür. İstifadə olunmayan
on hektarlarla torpaq sahəsində mövsümü əkinlər
aparılır, baramaçılıq,
tütünçülük, çəltikçilik və
digər sahələr inkişaf etdirilir. Bədəlan
kəndində heyvandarlıq və əkinçilik
aparıcı sahələrdir. Son illərdə əkinçilikdə
böyük dirçəlişə nail olunub. Qeyd
edək ki, köhnə sovxoz təsərrüfatı sistemi ləğv
olunduqdan sonra ilk dəfədir ki, bu qədər ərazidə
torpaq sahəsi əkilir. Ötən il
ərazidə xeyli noxud, lərgə, sarımsaq, kələm,
buğda, arpa və sair bitkilər əkilib, onlarca sakin
mövsümü iş yeri əldə edib və ailə
büdcəsini artırıb. Sahibkarlar tərəfindən
130 imkansız ailəyə hazır məhsuldan pay göndərilib.
Hazırda növbəti əkinlər üçün
190 hektar sahədə payız şumu vurulub və 140 hektar sahədə
buğda, arpa, vələmir əkilib. 50
hektarda isə yazlıq bitkilərin əkilməsi nəzərdə
tutulur. Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə ilk dəfə olaraq
arı ailələrinin saxlanması üçün subsidiyaların
verilməsi də kənd yerlərində rəğbətlə
qarşılanmışdır. Artıq Bədəlan
ərazisindən 200 arı ailəsi saxlayan 5 sahibkar hərəyə
2000 manat əlavə vəsait alıb. Baramaçılıq,
çəltikçilik, çayçılıq və
sitrusçuluq da inkişafdadır. Bədəlandakı
uşaq-bağça kompleksində yaradılmış şərait
və göstərilən xidmətin səviyyəsi kənd
sakinlərini razı salır. Kənddə
həkim məntəqəsi, kitabxana, klub, istirahət parkı
və ağsaqqallar evi də fəaliyyət göstərir.
Dəmirçilər kəndində yola asfalt döşənməsi,
ara küçələrin işıqlandırılması,
Çayqıraq kəndində mərasim zalının və
mini-futbol meydançasının inşası, ərazidə
olan 47 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi
və Qarabağ şəhidlərinin xatirəsinə abidə
ucaldılması təqdirəlayiqdir.
Regionların sosial iqtisadi inkişafı ilə
bağlı dövlət proqramı cari ildə də icra
olunmaqdadır.
Belə ki, bu il rayonun Çaxırlı kəndində
"Cənub" Qadın İnkişaf Qrupunun təndir evinin
açılışı baş tutub. Məlumat
üçün qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı
sahəsində məşğul əhalinin 55,8
%-ni qadınlar təşkil edir. Bu gün
dövlətimiz tərəfindən bütün istehsal sahələri
üzrə qadınların təşəbbüsləri dəstəklənir.
2018-ci ilin martından əsası qoyulan
qadın qruplarının sayının indi 14 rayonda 28-ə
çatıb və 335 qadını birləşdirib. Bu qruplardakı qadınların fəaliyyəti
AMAL-ın (Aqrar Məşğulluğun Artırılması
Layihəsinin) ideyasının yaranmasında xüsusi rol
oynayıb. Qısa müddət ərzində,
planlı şəkildə özlərinə 17 biznes
qurmuş bu kənd qadınlarının nümunəsindən
AMAL layihəsinə qoşulan gənclər faydalanacaq. Onu da bildirək ki, "Cənub" Qadın
İnkişaf Qrupu 11 kənd qadınının bir araya gəlməsi
ilə yaranıb. Qrup üzvlərinə Aqrar Kredit və
İnkişaf Agentliyinin həyata keçirdiyi Kənd
İnvestisiya Layihəsi çərçivəsində
"Biznesin inkişafı və idarə edilməsi",
"Qadın İnkişaf Qrupları üçün mikro
müəssisənin təşkili və idarə edilməsi"
və tibbi mövzularda təlimlər verilib. Hazırda qrup
öz biznes müəssisəsini 4 təndir, 1 kürə və
şirniyyat bişirmək üçün aldığı
avadanlıqlarla genişləndirərək, cənub
çörəyi, ləvəngi və cənub zonasına xas
olan müxtəlif milli şirniyyatların hazırlanması və
satışı ilə məşğuldur. Onların
bişirdiyi çörək, ləvəngi və digər
şirniyyatlar şadlıq saraylarına, marketlərə, məktəbə
və kənd sakinlərinə satılır.
Regional proqramlar çərçivəsində rayonda
modul tipli məktəblərin inşaası
reallaşdırılıb. 13 fevral 2019-cu il
tarixdə Masallı rayonunun Qarğalıq ərazisində
şəhid Elşən Qarayev adına Xallıcalı kənd
ümumi orta məktəbi üçün tikilmiş modul
tipli məktəb binasının açılışı mərasimi
olub. Bu münasibətlə keçirilən tədbiri
giriş sözü ilə Masallı rayon Təhsil Şöbəsinin
müdiri Tariyel Əkbərov açaraq qeyd edib ki, yeni məktəb
tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs
şəraitini xeyli yaxşılaşdıracaq. Kənd ağsaqqalı, şəhid atası Rəhman
Qarayev və valideyn Nurəddin Əliyev həmkəndlilərini,
müəllim və şagird kollektivini təbrik edib yeni məktəb
binasına görə ölkə başçısına və
onun xanımına dərin minnətdarlıq bildirib. Masallı Rayon İcra Hakimiyyətinin
başçısı Rafil Hüseynov diqqətə
çatdırıb ki, rayonda məktəb tikintisinə son illər
xüsusi diqqət var. Xallıcalıda layihənin həyata
keçirilməsi sevindirci haldır. Bundan
əvvəl də rayonun bir neçə kəndində belə
tədbirin reallaşğını açıqlayan
sözçü hamının adından Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya və layihənin
icraçıları olan inşaatçılara minnətdarlıq
ünvanlayıb. Qeyd edək ki, 96 yerlik
Xallıcalı kənd ümumi orta məktəbində 103
şagird təhsil alacaq. Məktəbdə
9 sinif otağı, direktor və müəllimlər
otağı mövcuddur. Məktəb
istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə
təchiz olunub. Həmin gün rayonun Həsənli
ərazisində Təkdam kənd ümumi orta məktəbi
üçün tikilmiş modul tipli məktəb
binasının açılışı mərasimi olub.
Etiraf edilməlidir ki, belə layihələrin
uğurlu həlli dövlət başçısının təhsilimizə
daimi qayğısından, rayon rəhbərinin əhali ilə
əməli vəhdətindən qaynaqlanır. Qeyd edək
ki, regional proqramlar çərçivəsində rayonda məktəb
tikintisinə xüsusi diqqət var. Son illərdə Masallıda 50 məktəb
tikilib və ya əsaslı təmir olunub. Bu da
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab
İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın ölkə təhsilinə, o cümlədən
Masallıya olan qayğısından irəli gəlir. Təkdamda da layihənin həyata keçirilməsi
sevindirci haldır. Xatırladaq ki, 80 yerlik
Xallıcalı kənd ümumi orta məktəbində 74
şagird təhsil alacaq. Məktəbdə
9 sinif otağı, direktor və müəllimlər
otağı mövcuddur. Məktəb
istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə
təchiz olunub.
Qeyd edək ki, rayonda mövcud olan icra nümayəndəlikləri
bələdiyyələrlə qarşılıqlı fəaliyyət
göstərirlər. Həmçinin iş adamları və xeyriyyəçilərlərin
dəstəyi ilə ərazilərin
abadlaşdırılmasına, sosial problemlərin həllinə
nail olunur. Məhz bunun nəticəsidir ki, Xıl inzibati ərazi
dairəsində ötən il 10 ailə
özünə yeni ev tikib. Bu, əlbəttə,
əhalinin sosial rifahının yaxşılaşması ilə
əlaqədardır. Ərazidə 1 Milli qəhrəman
ailəsi, 1 BVM-si veteranı, 1 Əfqanıstan müharibəsi
iştirakçısı, 2 nəfər Çernobl
iştirakçısı və 1 nəfər 1-ci qrup
Çernobl əlili, 2 nəfər Qarabağ əlili
yaşayır. Ərazi nümayəndəliyi bu
ailələrlə müntəzəm əlaqələr
saxlayır və onların qayğılarını həll
etməyə çalışır. Kəndin
mərkəzi yolunun suaparıcı kanalı olmadığı
üçün 1 kilometrə yaxın kanal qazılıb və
vətəndaşların darvazalarının
qarşısına çuqun borular qoyulub ki, bu da
payız-qış mövsümündə intensiv
yağıntıların yarada biləcəyi çətinliyin
qarşısının alınmasına xidmət edir. O
cümlədən vətəndaşların pay torpaqlarının
ətrafında olan suaparıcı kanallar Viləşçay
Su İstismarı İdarəsinin köməkliyi ilə 5 min
metrə qədər təmizlənib. Təzə
Alvadı kəndində sağlamlıq mərkəzi fəaliyyət
göstərir. Kənddə SİB kabelləşmə
başa çatdırılıb, əraziyə 24 saat
dayanıqlı enerji verilməsi təmin edilib. Ümumiyyətlə rayonda vətəndaş
müraciətlərinə həssaslıqla
yanaşılır. Dövlət
qayğısı əhalinin kənd təsərrüfatı
məhsulları istehsalına marağını
artırıb. Əhaliyə dövlət
vəsaiti hesabına verilən yardımlar vaxtında
çatdırılır. Bunun nəticəsidir ki, ərazidə
260 hektar sahədə buğda, 470 hektarda vələmir, 185
hektarda kartof, 45 hektarda çiyələk, xeyli arpa, noxud,
pomidor, xiyar, tütün və kələm əkilib. Bu il üçün əkin sahələri daha
da genişləndirilib. Kəndlilər
razılıqla qeyd edirlər ki, bölgələrdə vətəndaşlardan
kənd təsərrüfatı məhsullarını tədarük
edən Ərzaq Təhcizatı və Tədarükü ASC-lər
yaradılıb və cənub regionunda belə bir mərkəz
məhz Masallı rayonunda yerləşir. Ərazinin
özəl obyektlərində 376 nəfərdən çox
işçi çalışır. Burada
məskunlaşmış 5 məcburi köçkün ailəsi
də qayğı ilə əhatə olunub. Sadalanan faktlar deməyə əsas verir ki,
regionların sosial-iqtisadi inkişagı ilə bağlı
dövlət proqramları Masallı rayonunun inkişafında əhəmiyyətli
rol oynayıb.
Olaylar.- 2019.- 16-18
fevral.- S.15.