Dövlət Proqramları regionların
infrastrukturunu
yaxşılaşdırıb
2004-cü ildən ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın sürətli inkişafına təkan vermək, onun tərəqqi yolunda addımlamasına imkan yaratmaqla yanaşı, bütün bölgələrin, şəhərlərin, rayonların, kənd və qəsəbələrin də inkişafına yol açdı. Dövlət Proqramlarının icra edildiyi ötən 14 il ərzində əldə edilən nəticələr və qazanılan nailiyyətlər belə deməyə əsas verir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası cəbhəyanı rayonlarda da uğurlara, inkişafa səbəb olub. Tərtər rayonunun timsalında da bunun aydın görmək mümkündür. Belə ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 2014-2018-ci illəri əhatə edən üçüncü mərhələsi çərçivəsində Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Təkcə Döövlət Proqramının sonuncu ilində 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə istifadəyə verilib.
2018-ci ildə də rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.
Hesabat dövründə dövlət başçısının Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələri və giriş blokları əsaslı təmir olunub, həyətlərinə 48 min kvadratmetr asfalt örtüyü salınıb. Şəhərin N.İsgəndərov, N.Nərimanov, Q.Mehdiyev, M.Hüseynzadə, Ə.Paşayev küçələrində abadlıq və yenidənqurma işləri, Heydər Əliyev parkında əsaslı təmir işləri aparılıb. Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Ağkənd kəndində kitabxana binası tikilib istifadəyə verilib. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılıb. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Qaradağlı kənd tam orta məktəbin 5 sinif otağı əsaslı təmir olunub. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulub, Rayonun 14 kəndində yerli əhəmiyyətli avtomobil yollarında təmir-bərpa işləri aparılıb. Mamırlı, Poladlı, Evoğlu və Təzəkənd kəndlərində içməli su təminatı layihəsinin icrasına başlanılıb. "Azərxalça" ASC-nin Tərtər filialının tikintisi başa çatdırılıb. Hazırda Olimpiya İdman Kompleksinin, Bayraq Muzeyinin, rayon icra hakimiyyətinin yeni inzibati binasısının tikintisi, Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəbləri üçün modul tipli məktəblərin quraşdırılması davam etdirilir.
Qeyd edək ki, 2018-ci ildə rayonda ümumi məhsul
buraxılışının həcmi 174,6 milyon manat olub. 14
milyon 751,3 min manatlıq sənaye, 64 milyon 396,2 min manatlıq kənd
təsərrüfatı məhsulları istehsal edilib. Bütün maliyyə mənbələri
hesabına əsas kapitala 38 milyon 234,6 min manat investisiya yönəldilib.
563-ü daimi olmaqla, 4380 yeni iş yeri açılıb.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin respublikada
sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar
üçün yerlərdə şərait yaradılması
barədə tapşırıqları Tərtər rayonunda
diqqət mərkəzində saxlanılır. Rayonda
sahibkarlara verilən güzəştli kreditlərin məbləği,
eləcə də kənd təsərrüfatı, ticarət
və xidmət sahələrinə yönəldilən
investisiyanın həcmi ildən ilə artır. 2018-ci ildə
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondunun müvəkkil olduğu kredit təşkilatları
tərəfindən kənd təsərrüfatı sahəsində
müxtəlif layihələr üzrə 16 nəfər
sahibkara 397 min manat güzəştli kreditlər verilib. Bu
layihələrin həyata keçirilməsi nəticəsində
98 yeni iş yerinin açılması nəzərdə
tutulur.
2018-ci ildə
sahibkarlar tərəfindən rayon iqtisadiyyatına qoyulan
investisiyaların həcmi artaraq 2 milyon 795 min manat təşkil
edib. Rayonun Xoruzlu kəndində "Aqropat" MMC tərəfindən
intensiv bağçılıq təsərrüfatı
salınıb. "Azaqrokənd" MMC tərəfindən
Soyulan kəndində istixana kompleksi yaradılır.
Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
çərçivəsində aqrar sahədə də
uğurlar əldə edilib. Belə ki, əkinlərin suvarma
suyu ilə təminatının
yaxşılaşdırılması məqsədilə
2017-ci ildə qazılmış 7 ədəd subartezian quyusu
2018-ci ildə istismara verilib, 13 yeni subartezian quyusu
qazılıb. Rayon üzrə 2018-ci ilin məhsulu
üçün 26 min 109,3 hektar sahədə kənd təsərrüfatı
bitkiləri becərilib. 30 min 984,4 ton buğda, 13 min 190,8 ton
arpa, 14 min 237,2 ton tərəvəz, 5 min 483,6 ton kartof, 29 min
928 ton şəkər çuğunduru istehsal edilib.
Dövlət
başçısının tapşırıq və
tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda
pambıqçılığın və
baramaçılığın inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü tədbirlər həyata
keçirilib. Keçən il rayonda 3300 hektar sahədə
pambıq becərilib, hər hektardan orta hesabla 25 sentnerə qədər
məhsul götürülüb. 2014-2018-ci illərdə
pambığın əkin sahəsi 3,6 dəfə, məhsul
istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq
13,2 faiz artıb.
İpəkqurdunun
yem bazasını təmin etmək üçün son 3 ildə
223 min 357 ədəd tut tingi əkilib. Rayon kümçüləri
tərəfindən keçən il 10 min 300 kiloqram barama
istehsal edilib.
Dövlət
Proqramlı çərçivəsində əhalinin təbii
qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə
təminatının yaxşılaşdırılması
istiqamətində də işlər görülüb. Qeyd edək
ki, artıq Regionların sosial-iqtisadi inkişafına dair
3-cü Dövlət Proqramına da yekun vurulub. Məlumat
üçün qeyd edək ki, Dövlət Proqramında Tərtər
rayoinu üçün nəzərdə tutulmuş
bütün tədbirlər müvəffəqiyyətlə
icra olunub.
Ümumilikdə,
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının üçüncü mərhələsinin,
2014-2018-ci illəri əhatə edən dövrü ərzində
Tərtər rayonunda 12 məktəb, 3 körpələr evi-uşaq
bağçası, 9 inzibati bina, 1 tibb məntəqəsi
tikilib və ya əsaslı təmir edilmiş, Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 54 mənzilli bina və 14 nəfərə fərdi
yaşayış evi, Uşaq gənclər Şahmat məktəbi,
Tarix-diyarşünaslıq muzeyi, 1176 məcburi köçkün
ailəsi üçün yeni çoxmərtəbəli
binalar tikilib, 2 ədəd strateji əhəmiyyətli
körpü inşa edilib istifadəyə verilib. Tərtər
şəhərinin içməli su və kanalizasiya sistemi
qurulub, 15 kənd içməli su ilə təchiz olunub. 112
ictimai yaşayış binasının dam örtükləri,
fasad və giriş hissələri əsaslı təmir
olunub, həyətlərinə asfalt salınıb, 4
küçədə abad məhəllə yaradılıb, 2
mini futbol meydançası quraşdırılıb. Rayon icra
hakimiyyətinin qarşısındakı mərkəzi meydan və
Heydər Əliyev parkı yenidən qurulub. Bundan başqa şəhərin
36 küçə və meydanlarında təmir-abadlıq
işləri aparılmış, asfalt örtüyü
qoyulub. Təmas xəttində yerləşən 5 kənddə
gecə işıqlanması sistemi quraşdırılıb.
2016-cı ilin aprel hadisələri zamanı 17
yaşayış məntəqəsində 256 fərdi
yaşayış evinə dəymiş ziyan aradan
qaldırılıb.. Rayonda ekoloji tarazlığın
qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə
istiqamətində yol kənarlarına və rayonun
yaşayış məntəqələrində, meşə
zoladlarında 35 mindən çox müxtəlif növ
ağaclar, 6 min gül kolları və 650 min ədəd həmişəyaşıl
kolları əkilib.
Rayon
üzrə məhsul buraxılışının həcmi
62,1 faiz, sənaye məhsulunun həcmi 2,3 dəfə, əsas
kapitala yönəldilən investisiyalar 2,8 dəfə, kənd
təsərrüfatı məhsulunun həcmi 45,6 faiz,
informasiya və rabitə xidmətlərinin həcmi 34,3 faiz, pərakəndə
ticarət dövriyyəsinin həcmi 47 faiz, əhaliyə
göstərilən ödənişli xidmətlərin həcmi
28 faiz artıb. Son 5 ildə rayon iqtisadiyyatına və sosial
sferanın bütün sahələrinə 299 milyon manat
investisiya qoyulmuş, 167,1 milyon manatlıq əsas fondlar istifadəyə
verilib.
Məlumat
üçün qeyd edək ki, Tərtər rayonu Kür -
Araz ovalığının qərb hissəsindədir.
Kiçik Qafqaz sıra dağlarının şimal-şərqində
yerləşən Tərtər rayonu Qərbdən Şərqə
doğru meyllidir, dəniz səviyyəsindən 227,1 metr
hündürlükdə yerləşir. Qışı quraq
keçən mülayim isti və yarımsəhra quru
çöl iqlimi var. Torpağı şabalıdı, boz və
çəmən-boz qrupuna aiddir. Ərazisindən Tərtər
və İncə çayları, cənub sərhəddindən
isə Xaçın çayı axır.
1940-cı
ildə Mirbəşir Qasımovun vəfatından sonra onun
xatirəsini əbədiləşdirmək məqsədilə
rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir
qoyulub. 1947-49-cu illərdə rayonun mərkəzi şəhər
tipli qəsəbəyə çevrilib. 1963-cü ildə
rayon statusu ləğv edilərək ərazisi Bərdə
rayonuna birləşdirilib. 1965-ci ildə yenidən müstəqil
olub.
Vaxtilə Tərtər çayının sol sahilində Tərtər neft yatağı vardır, I-III Qazanbulaq horizontlarında aşkar edilib. Sahənin neft qazlılıq perspektivliyi güman ki, Paleogen və Mezozey çöküntüləri ilə əlaqədardır. Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik qazanıb, 1991-ci ilin fevral ayında rayonumuzun tarixi adı-Tərtər özünə qaytarılıb.
Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar. - 2019.- 19 fevral.- S.11.