Regionda geosiyasi dəyişikliklərə
imza atılır
Bu günlər Bakı yenə
dünyanın diqqət mərkəzində idi. Söhbət
fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində
nazirlərin beşinci toplantısından gedir. İldən-ilə
bu layihəyə olan marağın artması,
iştirakçı dövlətlərin sayının
çoxalması həm Azərbaycana olan maraqdan, həm də
Bakı ilə yüksək səviyyəli əməkdaşlığa
meyil göstərməkdən irəli gəlir. Ekspertlər
hesab edirlər ki, bu kimi layihələrin həyata
keçirilməsi regionda mövcud olan bəzi problemlərin,
münaqişələrin də həllinə yol aça bilər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik
İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bizimlə söhbətində Cənubi
Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, bu günlərdə
baş tutan Bakı toplantısının nəticələri,
eləcə də regionda cərəyan edən proseslərə
toxunub.
-Məhəmməd
bəy, Cənub Qaz Dəhlizi layihəsinin perspektivlərini,
onun Azərbaycana gətirəcək dividentlərini necə
qiymətləndirərdiniz?
-Cənub Qaz Dəhlizi Məşrəvət Şurasının toplantısı ölkəmizin regional müstəvidə siyasi mövqeyinin güclənməsi, xüsusilə Avropa ilə sıx enerji əməkdaşlığının göstəricisidir. Bu enerji əməkdaşlığı, siyasi əməkdaşlığı da özündə ehtiva edərək, Qərbin Azərbaycana siyasi-iqtisadi dəstəyinin inkişafına zəmin yaradır. Birləşmiş Ştatlar da Azərbaycanın enerji siyasətinə yaxından dəstək veriməklə, öz nümayəndəsini bu toplantıya göndərib.
-Bu o anlamı verirmi ki, həm Amerika, həm də Avropa Azərbaycanın qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir?
-Əlbəttə ki, Azərbaycan Avropanın enerji diversifikasiyasında mühüm rol oyanayan ölkədir. Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP layihələri 2020-ci ildən başalayaraq Avropaya ildə 16 mlr kub. qaz ixrac edəcək. Hazırda Cənub Qaz Dəhlizi boru kəmərinin çəkilişi başa çatıb və Türkiyəyə qaz irac edilir. TANAP və TAP kəmərlərində işlər tam yekunlaşmaq üzrədir. Bu kəmər vasitəsi ilə qaz ixracı artaraq təkcə "Şahdəniz-2" qaz-kondensat yatağından hasil edilən qazla məhdudlaşmayacaq. Mərkəzi Asiya qazının bu kəmər vasitəsi ilə Avropaya nəqli istisna edilmir.
-Maraqlıdır
ki, Türkmənistan və Qazaxıstan bu layihəni dəstəkləsə
də, lakin ona qoşulmağa tələsmirlər. Sizcə
burada başlıca səbəb nədir?
-Türkmənistan və Qazaxısatanın Cənub Qaz Dəhlizininə qoşulmasına əngəl olan əsas ölkə Rusiyadır. Məhz rəsmi Kreml Qərbin Xəzər regionunda enerji siyasətinin qarşısının alınması üçün siyasət həyata keçirir. Qeyd edim ki, Rusiya Avropanın əsas qaz ixracatçısıdır. Rusiyanın Türkiyə vasitəsi ilə "Türk axını" və Almaniya ilə birgə "Şimal axını-2" qaz kəmərləri Avropaya qaz ixracını nəzərdə tutmaqla yanaşı, bu ölkələrə əsas təzyiq rıçaqıdır. Ona görə də Avropa Rusiya qazından imtina etmək üçün enerji şaxələndirməsi siyasətini aparır. Azərbaycana dəstək bu qəbildəndir.
-Bu kimi
görüşlərin siyasi əhəmiyyəti nə dərəcədədir?
-Bakıda keçirilən Məşvərət Şurasının siyasi-iqtisadi əhəmiyyəti olduqca yüksəkdir və bu Mərkəzi Asiyanı da əhatə edir. Bakı Qərb üçün Mərkəzi Asiya regionuna girişdə əsas qapıdır. Azərbaycanın qaz tədarükünü zəiflətmək üçün bu gün Rusiyanın "Qazprom" şirkəti öz lobbilçiləri vasitəsi ilə çalışır ki, Azərbaycan qazının ixracının qarşısını alsın. TAP layihəsinə İtaliyada əngəllər bunun bariz sübutudur. Azərbaycan və gələcək perspektivdə Türkmən qazının Avropada genişhəcmli inkişafına əngəl olsun.
Qərbdə planlaşdırılır ki, Şərqi Aralıq dənzində və İsraildə kəşf olunan qaz yataqlarının hasilinindən sonra Avropa Rusiya qazından tam imtina edəcək. Göründüyü kimi Avropaya qaz ixracı, enerji bazarı uğrunda rəqabət getdikcə, yeni mərhələyə qədəm qoyur. Birləşmiş Ştatlar və Avropa bu məslədə Azərbaycana dəstək verməklə, ölkəmizin uzun illər qitənin eneri təminatınada rol oynamasına şərait yaradacaq. Bu da Azərbaycanın Avropaya inteqrasiya prosesini sürətəndirəcək.
-Bu arada
Qarabağ problemi ətrafında gedən prosesləri necə
dəyərləndirirsiniz?
-Qarabağ konfliktinin həlli istiqamətdə Birləşmiş Ştatların müəyyən səyləri nəticəsində danışıqlarda müəyyən qədər irəliləyiş əldə edilmişdi. Vaşinqton prosesdə əsas vasitəçi missiyasını həyata keçirməyə başlayırdı. Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla, Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra, danışıqlar demək olar ki, 180 dərəcə mənfi istiqamətə yönəldi. Halbuki Azərbyacan tərəfi Davos görüşündən razı idi, hətta Paşinyan da bir sıra məsələlərdə razılaşmışdı.
-Bəs nə
baş verdi?
-Prosesin mənfiyə doğru istiqamətlənməsi əsasən, Nikol Paşinyanın Davosdan Moskvaya səfəri və ardınca Yerevana Rusiya XİN nazirinin muavini Karasinin səfəri zamanı aparılan danışıqlardı. Bundan sonra Nikol Paşinyana daxili təzyiqlər, həmçinin Rusiyanın real təzyiqləri aydın şəkildə onun diqqətinə çatdırıldı. Qeyd edim ki. Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həlli Moskvanın qırmızı çizgisidir. Rusiya yalnız, öz maraqları rakursundan konfliktin həllini irəli sürürür.
-Belə çıxır ki,
Amerika yeni prosesdən kənarda qalır?
- Birləşmiş Ştatların prosesdən tədricən geri çevrilməsi əsasən onun başının Venesuelada siyasi prseslərə qarışması oldu. Bundan əlavə, Nikol Paşinyanın birdənbirə mövqe dəyişdirməsi, əsasən Kremldən qaynaqlanır. Artıq, bundan sonra danışıqlar Rusiyanın moderatorluğu ilə aparılacaq. Danışıqlarda Rusiya Azərbaycana öz şərtlərini diqtə edəcək. Bu şərtlər əsasən "sülhməramlı" qüvvələrin yerləşdirilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla üç rayonun qaytarılmasıdan ibarətdir. Ermənistanla ötən ilin payızından başlayan ümidverici danışıqlar Kremlin müdaxiləsi ilə sona çatdı. Danışıqlar yenə də əvvəlki məcrasına-çıxılmaz bir yola qədəm qoydu. Azərbaycan qəti şəkildə bu danışıqlara etimad etməməli, Birləşmiş Ştatlarla təmasları artırıb, hərbi təzyiqlərə başlamalıdır.
-Bu arada ATƏT-in yeni sədri
regionda səfərdədir. Bu səfərdən gözləntiləriniz
nədən ibarətdir?
-Qeyd
etdiyiniz kimi ATƏT-in yeni sədri Miroslav Layçak regionda səfərdədir.
İlk görüşünü Rusiyanın XİN rəhbəri
Sergey Lavrovla keçirən Layçak, Lavrovla Qarabağ
münaqişəsinin həlli ətrafında
danışıqlar aparıb. ATƏT sədri bilir ki, proses
Rusiyanın nəzarətindədir, hazırkı
danışıqlara da Rusiya vasitəçilik edir. Diqqətçəkən
budur ki, Lavrov münaqişənin həlli ilə bağlı
yeni planın olduğunu qeyd etsə də, tərəflərin
özlərinin razılığa gəlməsini bir daha deyir.
Rusiyanın bir neçə on ildir ki, "tərəflərin
özləri razılığa gəlməlidir" mesajı
absurd bir yanaşmadır. Rusiya belə yanaşmanı qeyd
edirsə, ilk növbdədə vasitəçilikdən geri
çəkilməlidir. Rusiya yeni təklif irəli sürəcək
və bu yeni təklifin Azərbaycanın əleyhinə
olduğunu istisna etmirəm. Ona görə də Lavrov bunu qeyd
etməklə, Azərbaycana mesaj verir ki, özünün həll
variantını Ermənistan qəbul edir, Azərbaycan da qəbul
etməlidir.
-Belə çıxır ki, ATƏT
sədrinin problemin həllinə hər hansı təsiri
olmayacaq?
-Ümumiyyətlə
ATƏT sədrinin münaqişənin həllində demək
olar ki, heç bir təsiredici funkisiyası yoxdur. Hazırda
ATƏT-ın Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədilər.
Həmsədrlər danışıqların yeni formatda
başlanmasını və Ermənistan Azərbaycan liderlərinin
görüşünün keçirilməsinə
çalışır. Belə görüş olacaqsa, Rusiya ərazisində
baş tutacaq.
Qeyd edim
ki, lokal müharibə də istisna edilmir. Çünki,
Paşinyan daxili qüvvələrin təzyiqi ilə üzləşib.
Danışıqlarda real nəticə olması
üçün mini müharibə qaçılmaz olacaq.
Paşinyana da bu variant təzyiqlərdən qurtarmaq
üçün ən optimal siyasi gedişdir. Çünki,
münaqişənin həllində irəlləyiş regionun
ümumi siyasi mənzərəsini tələb edir. Qərbdə
Aprel döyüşləri kimi yeni lokal müharibənin
leyhinədir.
-Paralel olaraq Amerika ilə Türkiyə
arasında münasibətlər gərginləşməkdədir.
Bəs, bu amil regiona necə təsir göstərə bilər?
-Məlumat
üçün qeyd edim ki, Birləşmiş Ştatlar
prezidenti Türkiyəyə qarşı yeni nəsil F-35 təyyarələrinin
satışının dayandırlması barədə qanun
layihəsini imzaladı. Türkiyə tərəfi müdafiə
naziri Hulusi Akarı bununla bağlı təcili Vaşinqtona
danışıqlar üçün göndərdi. Hulusi
Akarın ABŞ yetkililəri ilə danışıqların
müsbət həll edilməsi gözlənilmir. ABŞ
Suriyada YPG terror təşkilatına dəstəyi
dayandırıb, Ankara ilə əlaqələri birgə davam
etdirsəydi, bu gün Ankara-Moskva əlaqələrinin
yüksək səviyyədə olmasından söhbət gedə
bilməzdi. Baş verənlərin əsas səbəbkarı
Vaşinqton və onun arxasında dayanan anti-Türkiyə siyasətidir.
Ağ Ev rəbəri Donald Trampın bu sərıncamı iki
ölkə arasında müttəfiq əlaqələrinin
qırılmasını inkişaf etdirəcək. Bundan əlavə,
Ankara-Moskva strateji tərəfdaşlığının
inkişafına zəmin yaradacaq. Baş verənlər fonunda
belə qənaət formalaşır ki, ABŞ Türkiyəni
özü Rusiyanın yanına itələyir ki, Ankaraya
qarşı sərt siyasi-iqtisadi və hərbi-texniki
sanksiyalar tətbiq edərək zəiflətsin. Burada əsas
hədəf Ərdoğan sistemini zəiflətməkdi.
Qeyd edim
ki, Vaşinqton Türkiyəyə digər silah növlərinin
satışına da qadağa gətirir. Təbii ki,
ABŞ-ın bu qərarı Türkiyənin Rusiya ilə
yaxınlaşması və Suriyada qərarlı siyasətinə
qarşıdır. Ankara ilə Vaşinqton arasında
"Patriot" raketlərinin alışı barədə
danışıqlar aparılsa da, məsələ müsbət
həllini tapmayıb. Ona görə ki, Vaşinqton bu raketləri
baha qiymətə təklif edir, həmçinin birgə
istehsal məsələsində Vaşinqton
razılaşmır. Türkiyə Rusiyadan S-400 raketlərini
isə ucuz alır. Digər tərəfdən gələcəkdə
Türkiyədə birgə istehsal zavodunun tikintisi nəzərdə
tutulur. Türkiyənin Rusiya ilə yaxınlaşması və
ABŞ -ın Türkiyəyə qarşı silah
satışına sansksiya tətbiq etməsi, iki ölkənin
müttəfiqliyinin defakto sonlanması kimi qiymətləndirmək
olar. Bu gün Putin Rusiyası ilə Ərdoğan Türkiyəsi
artıq strateji tərəfdaşdırlar. Hazırda
Rusiyanın Türkiyə qədər yüksək əlaqələrə
malik olduğu ikinci ölkə yoxdur. Putin Yaxın Şərqdə
ABŞ qarşı Türkiyə-Rusiya və İran
üçbucaqğı formalaşdırmağa nail olub. Gedən
siyasi proseslər fonunda Suirya üzrə siyasətdə
Türkiyə Putinin siyasi mövqeyini dəstəkləmiş
olacaq. Bu siyasət Suriyanın rəhbərliyi ilə
danışıqların bərpasından keçir.
Türkiyə Dəməşqlə yaxınlaşmaqala YPG-nin
Suriyada fəaliyyətinin qarşısını almağı
planlaya bilər. Ərdoğan Rusiya ilə yaxınlaşmaq, Qərb
qarşısında manevr imkanlarını genişləndirməklə,
yanaşı regionda geosiyasi dəyişikliyə imza atır.
Füzuli
Olaylar.- 2019.- 22 fevral.- S.14.