Regional proqramlar

Beyləqanın simasını dəyişib

 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın mərhələli icrası nəticəsində bütün bölgələrimiz inkişaf edir, müasirləşir, infrastrukturu yenilənir, yeni müəssisə və obyektlər tikilərək, fəaliyyətə başlayır. Bu isə öz növbəsində həm paytaxt Bakıda, həm bütün bölgələrdə yaşayan əhalinin sosial rifah halını yaxşılaşdırılır. Dövlət başçısının başçısının həyata keçirdiyi sosial siyasətin nəticəsi kimi qeyri-neft sektorunun əsas istiqamətlərindən olan, kənd təsərrüfatı, turizm kimi sahələr dayanıqlı inkişaf edir. Bu inkişafda regional proqramların uğurla icrası mühüm əhəmiyyət kəsb edir. Bölgələrə göstərilən diqqət, regionların simasını dəyişib. Bu isə ölkəmizə gələn turistlərin sayını ildən-ilə artırır. Prezident İlham Əliyevin tez-tez regionlara səfəri və orada keçirdiyi müşavirələr bölgələrə göstərilən diqqətin bariz nümanəsidir.

 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Beyləqanda da uğurla həyata keçirilir.

Dövlət başçısı Beyləqan rayonuna səfəri çərçivəsində yenidən qurulan 110/35/10 kV-luq "Beyləqan-1" yarımstansiyasının açılışında iştirak edib.

Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlardan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq "Beyləqan-1" yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq, 15 MVA yeni güc yaradılıb. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, səhiyyə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

"Beyləqan-1" yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kv-luq qapalı paylayıcı qurğular məsafədən dispetçer idarəetmə sisteminə (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün otaqları, yardımçı texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.

Dövlət Proqramının müvəffəqiyyətlə icrası turizm sektonu canlandırır. Muzeylər isə mədəni turizmin cəlbedici obyektləridir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası yenidən qurulması işi geniş vüsət alıb.

Məhz cənab prezident Beyləqan rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak edib.

1981-ci ildə yaradılan muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq var. Muzeydə həm ölkəmizin, həm Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu eksponatlar turistlərdə böyük maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına hərtərəfli imkan yaradacaq.

Burada 6087 adda eksponat mövcuddur. Muzeyin fondunda kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar məlumatlar nümayiş etdirilir.

Regional proqramların uğurla icrası Azərbaycanın hərtərəfli inkişaf etdirir. Bu inkişafda iqtisadiyyatdın dayanıqlığı xüsusi rol oynayır. Dayaqnıqlı iqtisadiyyatımız bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyət kəsb edir. İqtisadi inkişaf Silahlı Qüvvələri müasir standartlara cavab verən peşəkar orduya çevirir. Azərbaycanın hərbi-sənaye kompleksinin olması ordumuzun gücünü artırır. Məhz ölkə prezidentinin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması bu sahədə istehsalyönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da gücləndirib. 2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" ASC-nin yaradılması ilə bağlı imzaladığı Fərman da Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində sistemli tədbirlər görülüb. Hərbi qulluqçuların rütbə vəzifə maaşları artırılıb, onlar üçün paytaxtda bölgələrdə xidməti yaşayış binaları tikilib.

Dövlət başçısı Beyləqan səfəri çərçivəsində Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanılıb. Artıq tikintinin birinci mərhələsi başa çatdırılıb. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi üçün birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla, 48 mənzilin tikintisi davam etdirilir. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş fiziki hazırlıq, eləcə digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb.

Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu. Yaylım atəşli reaktiv sistem SMERÇ kompleksi reaktiv mərmilər atmaqla nüvə hücum vasitələrinə, cəmləşmə rayonlarında, marşda döyüş düzülüşündə tank, motoatıcı, artilleriya raket bölmələrinə, enmə meydançalarında helikopter bölmələrinə, mövqelərdə raket hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub. 122 millimetrlik yaylım atəşli reaktiv sistem BM-21 cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini döyüş texnikasını, atəş mövqeyində artilleriya minaatan batareyalarını məhv etmək susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi müqavimət mərkəzlərini dağıtmaq üçün təyin edilib. 220 millimetrlik TOS-1A ağır odatan sistemi T-90 tankının şassisi üzərində quraşdırılan reaktiv qurğudur. O, idarə olunmayan reaktiv mərmilərin daşınması, saxlanması, hədəfə tuşlanması düşmənin tağım dayaq məntəqəsi tipli ərazi hədəflərini, həmlə edən bölük, artilleriya minaatan batareyalarının atəş mövqelərini, marşda olan avtomobil kalonlarının məhv edilməsi üçün təyin olunub. 152 millimetrlik 2A36 topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək susdurmaq, düşmənin arxa cəbhəsini idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib. 130 millimetrlik M46 topu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikasını canlı qüvvəsini, arxa xidmət məntəqələrini ordunun idarəetmə bölmələrini məhv etmək, səhra uzunmüddətli müdafiə qurğularını dağıtmaq üçün təyin olunub.

Şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq təsərrüfat otaqlarından, ərzaq soyuducu anbarlardan ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.

Beyləqan digər bölgələrin inkişafına baxdığımız zaman "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi Dövlət Proqramı"nın bölgələrin simsasını dəyişdiyinin şahidi oluruq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 27 fevral.- S.15.