Regional inkişaf
proqramları uğurla
icra olunur
Azərbaycanın bütün sahələrdə
qazandığı uğurlar
ölkəmizin ümumi
inkişafına böyük
töhfə verir. Respublikamızın sosial-iqtisadi sahələrdə
gerçəkləşdirilən sistemli islahatları nəticəsində dövlətimiz
sürətlə və
uğurla inkişaf edir. Azərbaycanın həyata keçirdiyi
iqtisadi siyasətin başlıca istiqamətlərindən
biri də regionların tarazlı və yüksək inkişafıdır. Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramının 2004-cü ildən mərhələli
şəkildə icra
olunması ilə bölgələrimizin sosial-iqtisadi
inkişafını sürətlənib.
Xatırladaq ki, regionların
inkişafına dair 4
dövlət proqramı
qəbul olunub və onlardan üçü artıq uğurla icra edilib. Bu minvalla
Dövlət Proqramının
icrası regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadə edilməsi
insanların həyat şəraitinin və rifahının yüksəlməsinə
gətirib çıxarıb,
şəhər və
rayonlarımızın simasını
köklü şəkildə
dəyişib, infrastruktur
təminatını, biznes
və investisiya mühitini yaxşılaşdırıb.
Regional proqramlar bölgələrin simasını
dəyişib. Bu dəyişimdə yol infrastrukturu mühüm rol oynayır. Regionalrımızı sürətli inkişaf
etdirən səbəblərdən
biri də məhz müasir standartlara cavab verən infrastrukturtun yaradılmasıdır. Ölkəmizdə müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə
olunması yüksək
keyfiyyətli nəqliyyat
şəbəkəsi və
xidmətləri vasitəsilə
nəqliyyat ehtiyaclarına
sürətlə artmaqda
olan tələbatın
təmin edilməsinə,
əlverişli coğrafi
mövqeyi baxımından
ölkəmizin geniş
tranzit imkanlarından istifadə edilir. Regional proqramlar çərçivəsində
görülən işlər
nəticəsində Azərbaycanın
bütün bölgələri
müasir tələblərə
uyğunlaşdırılmağa davam edir. Bu gün ölkəmizdə
regional pöroqramlar çərçivəsində müasir
standartlar səviyyəsində
çəkilən və
yenidən qurulan yolları ildən-ilə artır. Regionlarda infrastrukturun modernləşməsi
sürətlə davam
edir.
Məhz
bu minvalla əhlinin rahat gediş-gəlişinin təmin
olunması, kənd təsərrüfatı, turizmin
və sənayenin inkişafını hədəfləyən
1000 km-dən artıq
yol infrastrukturu layihələri icra edilir.
Onlardan biri də Biləsuvar rayonunun Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad
avtomobil yoludur.
Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən
avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən
regionların sosial-iqtisadi
inkişafı dövlət
proqramı çərçivəsində
yenidən qurulur. Uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun
olaraq bərpa edilir.
Uzun illər
istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir
olunmayan yol boyu qabarma və
çökmələr mövcud
idi, üstəlik yol geyimi dağılmış,
torpaq yatağı güclü deformasiyaya uğramışdı. Bu üzdən 4 yaşayış
məntəqəsinin 10 mindən
çox əhalisi bəzən 10-15 dəqiqəlik
məsafəni uzun müddətə qət etmək məcburiyyətində
idilər. Sakinlər indi
yol tikintisinin sürətindən və
keyfiyyətindən xeyli
razıdırlar.
Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri
yararsız qruntu qazılaraq çıxarılır,
əvəzinə yararlı
karxana çınqılı
materialı tökülərək
torpaq yatağının
bərpası və qazılmış hissələrin
əks-dolğusu işləri
görülərək yol
profilə salınır. Yolun 1-5 və
12-13-cü km-lik hissələrində
torpaq yatağının
genişləndirilməsi işləri
görülür və
ortalama 0.8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır.
Tikinti zamanı
kənd sakinlərinin
ürəyincə olan
daha bir yenilik yolun altında
mövcud suötürücü
boruların bərpası,
həmçinin müxtəlif
diametrli yeni dəmir-beton suötürücü
boruların inşasıdır. Çünki suötürüvcü boruların
köməyi ilə yolun altından ötürülən su ilə onlar əkin sahələrini daha rahat və
məhsullar xarab olmadan suvara bilir. Ümumilikdə 286 paqon-metr uzunluğunda
yeni suötürücü
boruların tikintisi işləri aparılır.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən,
bu işlərin ardınca optimal-qırmadaş
və qum-çınqıl
qarışıqlarından istifadə edilməklə
yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtük döşənir.
2 laydan ibarət
asfalt-beton örtüyünün
80 min kv.m-ə yaxın
sahədə salınması
nəzərdə tutulub.
Biləsuvar böyük kənd təsərrüfatı rayonlarından
biridir. Burda ixrac yönümlü
məhsullar üstünlük
təşkil edir.
Belə ki, rayonda taxıl
və pambıq, bostan və tərəvəz məhsullarının
istehsalı ildən-ilə
artır. Yenidən qurulan
Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad
avtomobil yolu boyunca da bunu
müşahidə etmək
mümkündür. Yolun
əsaslı şəkildə
bərpa edilərək
istifadəyə verilməsindən
sonra isə sözügedən kəndlərin
əhalisinin öz pay
torpaqlarında yetişdirdikləri
məhsulları bazarlara
rahat və xarab olmadan qısa
zamanda çıxarmaq
imkanı yaranacaq.
Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu vasitəsi ilə əhali nəinki rayon mərkəzinə, həmçinin
Ələt-Astara-İran İslam
respublikası ilə dövlət sərhədi
avtomobil yoluna rahat çıxış
əldə edəcək,
respublikanın bütün
istiqamətlərinə yük
və sərnişin daşıması asanlaşacaq.
Regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri
yol təsərrüfatının
bərpası, yenidən
qurulması və müasir standartlara çatdırılması idi. 15 ildə
görülən işlərə
baxanda aydın olur ki, bütün
regionların və yaşayış məntəqələrini
birləşdirən avtomobil
yollarının yenidən
qurulması və tikintisi üzrə irimiqyaslı layihələr
uğurla həyata
keçirilib. Cənab prezidentin
tapşırığı ilə respublika və yerli əhəmiyyətli
yolların yenidən qurulub, hətta ucqar dağ kəndlərinə yeni yollar çəkilib.
Məhz İmişli rayonunda 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur. İmişli rayonunda da bu layihələr çərçivəsində cari ildə Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində addımlar atılır. Avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. İmişli rayonu Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu sözügedən yolun uzunluğu 14.3 km olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin uzunluğu 21.7 km olan IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir. Hər iki istiqamət üzrə avtomobil yollarının yenidən qurulması İmişli şəhəri və Bəhrəmtəpə qəsəbəsi də daxil olmaqla ümumilikdə 12 yaşayış məntəqəsinin 50 minə yaxın əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 7-6 m, çiyinlərin eni 2-2.5 m olmaqla yolun ümumi eni 12-10 m təşkil edəcək. Layihə çərçivəsində yollar yararsız və deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək yayılıb və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranmışdı. Məhz bu mqəsədlə yol boyu müxtəlif diametrlərə malik 398 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb və izolyasiya olunub. Layihə çərçivəsində hazırda yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Bunun üçün zəruri qalınlıqlarda qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunur. Yol əsası hazır olan hissələrdə isə artıq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Buna paralel olaraq körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülür. Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 190 yol nişanı, km göstəriciləri, 1372 siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 8 ədəd avtobus dayanacağı inşa ediləcək. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğunyaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna, həmçinin Ağsu-Kürdəmir-İmişli avtomobil yolu vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yollarına rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyatın inkişafına təkan verməkdir.
Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsi kimi ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 2-3 iyul.- S.15.