UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasında milli
mülkiyyətlərə aid məsələlər
müzakirə edilib
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası milli mülkiyyətlərə aid məsələlərin müzakirəsi ilə işini davam etdirib.
"Report"
xəbər verir ki, uyulun 3-də keçirilən iclasda
UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan mədəni
mirasın qorunma vəziyyəti haqqında hesabat dinlənilib.
Tədbiri
açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın
Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə
olunacaq hesabatdan danışıb və hər kəsi
müzakirələrdə fəal olmağa
çağırıb.
Sessiyada
iştirakçı ölkələrin nümayəndələri
Asiya-Sakit okean regionunda yerləşən mədəni
mirasın real vəziyyətindən söz açıblar.
Tədbirdə
Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala,
Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin
təmsilçiləri təqdim olunan hesabatla bağlı
fikirlərini bildiriblər.
Strateji ətraf mühitin qiymətləndirilməsinin vacibliyindən və bu istiqamətdə görülən işlərdən söz açılıb. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır. Bütün layihələr monitorinq qrupunun tövsiyəsi əsasında həyata keçirilməlidir. Elektrik stansiyaları bufer zonadan kənarda inşa edilməlidir. İqtisadi inkişaf və ətraf mühit arasındakı əlaqə ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bunlar qarşılıqlı şəkildə müzakirə olunmalıdır.
Azərbaycan Kuba və Çinin Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətindəki təkliflərini dəstəkləyib. Su və hava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.
Sessiya işini
müzakirələrlə davam etdirir.
Olaylar.-2019.- 4-5 iyul.- S.4.