Azərbaycanda söz azadlığı yüksək səviyyədə təmin edilib

 

 

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra onun qarşısında bir çox mühüm məsələlıər dayanırdı. Bir tərəfdən Sovetlərin zamanından yığılıb qalmış problemləri həll etmək zərurəti meydana çıxmışdısa, digər tərəfdən müstəqil respublikanı müasir dövrün tələblərinə, suveren ölkələrin prinsiplərinə uyğun inkişaf etdirmək, onu tərəqqiyə istiqamətləndirmək lazım gəlirdi. Ancaq heç də qarşıda duran vəzifələri reallaşdırmaq o dövr üçün asan deyildi.

 

Azərbaycan yenicə müstəqillik əldə etdiyi üçün bütün dünyanın gözü məhz ölkəmizdə idi desək yanılmarıq. Beynəlxalq aləm, dünya dövlətləri Azərbaycanın müstəqil ölkə kimi beynəlxalq hüquq və prinsiplərə, demokratik dəyərlərə necə əməl etdiyini diqqətlə izləyir, müşahidə edirdi. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində hansısa demokratik prinsiplərdən, azadlıq və demokratiya, insan hüquq və azadlıqlarından danışmaq yersiz idi. Demokratiya pərdəsi, adı altında hakimiyyətə gələn siyasi qüvvələrin özləri ən böyük, ciddi antidemokratikliyə imza atır, yol açırdılar. O zaman hakimiyyətdə olan siyasi hərəkatdan başqa ölkədə digər siyasi partiyaictimai təşkilatların fəaliyyətinə ciddi əngəllərin yaradılması, onlara öz toplantıları, qurultay və konfranslarını keçirmək üçün şəraitin yaradılmaması həmin dövrün özünəməxsus xüsusisyyətləri sayılırdı. Bu da ilk növbədə Azərbaycanda demokratiyanın olmadığı, siyasi plüralizm üçün heç bir şərait yaradılmadığı reallığını ortaya qoyurdu. Elə bu səbəbdən idi ki, həmin illərdə ayrı-ayrı beynəlxalq təşkilat vəı qurumlar, dünya səviyyəli qeyri-hökumət təşkilatları hazırladıqları hesabatlarda, verdikləri bəyanatlarda Azərbaycanda demokratiyanın, siyasi plüralizmin pozulduğu kimi fikirlər öz əksini tapırdı. Bunun ən bariz nümaunələrindən biri o zaman təsis olunan Yeni Azərbaycan Partiyasına öz təsis qurultayını keçirmək üçün imkan verilməməsi idi. Məcburiyyət qarşısında qalaraq Yeni Azərbaycan Partiyası həmin dövrdə öz təsis qurultayını Naxçıvan Muxtar Respublikasında keçirməli olmuşdu. Həmçinin sözügedən partiyanın təsis edilməsindən sonra onun yerlərdə, eləcə də paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında yerli təşkilatlarının yaradılmasına imkan verilməməsi, həmin partiya üzvlərinə qarşı artan təzyiqlər həmin dövrdə siyasi plüralizmin olmadığının əyani sübutu idi. Onu da qeyd etmək yerinə düşər ki, eyni yanaşma, münasibət digər siyasi partiya və təşkilatlara qarşı da mövcud idi.

 

Ancaq zaman keçdikcə hər bir şey, proses, situasiya dəyişdiyi kimi ölkədəki ab-hava, tendensiya dəyişməyə başladı. Daha doğrusu bu istiqamətdə müsbət tendensiya ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmasından sonra baş verdi. Həmin il ölkədə baş verən gərgin siyasi proseslər, hətta vətəndaş qarşıdurması təhlükəsi zamanı ümummilli lider Heydər Əliyevdən Bakıya siyasi hakimiyyətə qayıtmağı təkidlə tələb edən Azərbaycan xalqı nəhayət ki, bu istəyinə nail oldu. Hər zaman millət və xalq maraqlarını öz şəxsi maraqlarından üstün tutan Heydər Əliyev bu dəfə də xalqın səsisnə səs verərək onun xilasına öz yardım əlini uzatdı. Beləliklə, 1993-cü ilin iyun ayında Naxçıvan Muxtar Respublikasından Bakıya, siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində ölkədə yaranmış gərgin siyasi vəziyyəti aradan qaldırmaqla yanaşı, tədricən respublikanın hərtərəfli inkişafına da nail oldu, bu istiqamətdə sistemli və nəticəyə hesablanmış addımlar atdı.

 

Qeyd etdiyimiz kimi həmin illərdə demək olar ki, dünyanın gözü, nəzər diqqəti Azərbaycanda idi. Ölkəmizin müstəqil respublika kimi necə inkişaf edəcəyi, hansı yolla gedəcəyi, demokratik dəyərlərə. Insan hüquq və azadlıqlarına, siyasi plüralizmə nə qədər önəm və qiymət verəcəyi maraq doğururdu. Düzdür, etiraf etmək lazımdır ki, dünya birliyi, beynəlxalq aləm Azərbaycanın müstəqil bir ölkə kimi inkişaf edəcəyinə bir qədər şübhə ilə yanaşırdı. Ancaq Azərbaycan xalqında bir əminlik vardı. Cəmiyyət, xalq ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinə, idarəçilik mexanizminə bələd idibilirdi ki, ulu öndər qısa müddət ərzində qarşısına qoyduğu məqsədləri, Azərbaycanı demokratik yolla inkişaf etdirməyi bacaracaq.

 

Beləliklə, cəmiyyətin bütün gözləntiləri zaman-zaman özünü doğrultdu və Azərbaycan müstəqil respublika kimi demokratik prinsiplərə üstünlük verərək bu istiqamətdə inkişaf etməyə başladı.

 

Ümummilli lider gözəl bilirdi ki, istənilən ölkədə demokratiyanın mövcud olub-olmadığı, bu prinsiplərə necə əməl edildiyi göstərən, sübut etdirən amillərdən biri də həmin ölkədə kütləvi informasiya vasitələrinin necə fəaliyyət göstərməsidir. Yəni, bir qədər də konkretləşdirsək fikir, söz azadlığı, siyasi plüralizmin mövcud olub-olmaması əsas diqqət mərkəzində olan məsələlər sırasındadır.  Medianın, kütləvi informasiya vasitələrinin cəmiyyətin güzgüsü olduğunu nəzərə alsaq, o zaman kütləvi informasiya vasitələrinin nə dərəcədə müstəqil, azad olmasının həmin ölkə barədə fikir formalaşdırdığını deyə bilərik. Daha dəqiq desək bir ölkənin demokratik dəyərlərə uyğun inkişaf edib-etmədiyinə fikir vermək, diqqət yetirmək, təhlil etmək üçün həmin ölkənin media məkanına diqqət çəkmək kifayətdir.

 

Bu məqamda onu da etiraf etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər ölkədə qeyd edilən azadlıqlardan danışmaq yersiz idi. Nə fikirsöz azadlığı mövcud idi, nə qəzetlər müstəqil şəkildə çap oluna bilir, nə də onların maddi-texniki bazası yüksək idi. O dövrdə qəzet təsis edib nəşr etdirmək sözün həqiqi mənasında böyük ustalıq tələb edirdi.  Bu azmış kimi o zaman hakimiyyətdə olan "demokratlar" ölkədə nəşr edilən media qurumları, kütləvi informasiya vasitələrində sağlam tənqidə belə dözümsüz yanaşır, belə bir qəhrəmanlıqla çıxış edənlərə qarşı fiziki güc tətbiq edirdilər. Sabiq daxili işlər naziri İsgəndər Həmidovun qəzet baş redaktorunu döyməsi, ona işgəncə verməsi, avtomobilin yük yerinə qoyması, eləcə də nəşr edilən qəzeti ona yedirzdirməsi bütün deyilənlərin əyani sübutudur.

 

Lakin qeyd etdiyimiz kimi ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması yuxarıda qeyd etdiyimiz bütün probmelərin həllinə yol açdı. Çünki Heydər Əliyev hansı addımı nə zaman, hansı situasiyada atmağı dəqiq bilirdi. Ona görə də təsadüfi olaraq deyilmir ki. Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  Qısa zaman ərzində Heydər Əliyev tərəfindən insanların öz fikir və yanaşmalarını azad şəkildə ortaya qoyması, onu cəmiyyətə çatdırması üçün müvafiq addımlar atıldı. Heç şübhəsiz ki, bu addımlar birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. Ümummilli liderin 1998-ci ildə ölkədə senzuranın ləğvi ilə bağlı atmış olduğu addım o dövr üçün bir inqilabi yenilik idi. Çünki Azərbaycanla paralel olaraq etni zaman ərzində  müstəqillik əldə edən digər ittifaq ölkərində  senzura hələ də qalırdı. Müstəqil respublika kimi bu istiqamətdə ilk addım atan ölkə məhz  Azərbaycan Respublikası oldubununla ölkədə fikir, söz, ifadə və məlumat azadlığına nə qədər önəm verdiyini əyani şəkildə təsdiqlədi. Məhz bundan sonrakı illərdə keçmiş ittifaq ölkələri də Azərbaycanın bu təcrübəsindən yararlanmağa başladı. Ümummilli liderin məlum addımı eyni zamanda bir hüquqi baza rolunu oynamış oldu. Sonrakı illərdə Heydər Əliyevin qeyd edilən istiqamətlərdə atmış olduğu addımlar ölkə mediası üçün sğzün həqiqi mənasında inqilabi dəyişikliklərə səbəb oldu. Artıq Azərbaycan mediası, kütləvi informasiya vasitələri azad, müstəqil şəkildə fəliyyət göstərirdi. Tədricən media, kütləvi informasiya vasitələri üçün yaradılan şərait, imkanlar yeni-yeni müstəqil media qurumlarının yaradılmasına, təsis edilməsinə yol açırdı ki, bu da ölkədə müstəqil medianın formalaşmasına öz müsbət təsirini göstərirdi. Bir sözlə müstəqil mətbu orqanlarının yaradılması Azərbaycanda fikir, söz. ifadə və məlumat azadlığının təminatından xəbər verirdi.

 

Bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin zamanında, 90-cı illərin əvvəllərində qoyduğu ənənə uğurla davam edir. Günümüzdə Azərbaycan Respublikasında bu siyasət, media, kütləvi informasiya vasitələrinə diqqət və qayğı ilə yanaşmaq siyasəti Heydər Əliyev siyasi kursunun davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda ölkəmizdə çoxsaylı yazılı media, eləcə də yüzlərlə intenet portalı, xəbər saytları fəaliyyət göstərir ki, bu da ölkəmizdə fikir, söz azadlığı, plüralizmin mövcudluğunun, onun ən yüksək səviyyədə qorunduğunun göstəricisidir.  Öz növbəsində kütləvi informasiya vasitələri də yaradılan bu mühitdən səmərəli istifadə edir, yararlanırlar. Eyni zamanda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə öz töhfələrini verirlər.

 

Olaylar.-2019.-6-8 iyul.-S.15.