Azərbaycan ilə
Braziliya UNESKO-da
sıx əməkdaşlıq edirlər
Bakı Konqres
Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyası çərçivəsində
Braziliyanın Parati mədəniyyəti və biomüxtəlifliyi
ilə bağlı nominasiyasının Dünya İrs
Siyahısına daxil edilməsi ilə bağlı mətbuat
konfransı keçirilib.
Olaylar.az bildirir
ki, mətbuat konfransında Braziliyanın
vətəndaşlıq nazirinin xüsusi katibi Henrique Piress ölkəmizdə
olmağından məmnunluğunu ifadə edib.
Bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində
Şəkidə olduğunu bildirən qonaq bu qədim məkanın
bu gün UNESKO-nun irs
siyahısına salınması münasibətilə təbriklərini
çatdırıb.
Bu gün Braziliya üçün kədərli
bir hadisənin baş
verdiyini təəssüflə qeyd edən qonaq, bossa-nova musiqi üslubunun banilərindən olan
Juan Jilbertunun xatirəsinin
Bakıda anılmasını yüksək qiymətləndirib.
Tədbirdə
Braziliyanın UNESKO-dakı səfiri Maria Ediluza bildirib ki, onun Bakıya artıq
4-cü səfəridir. O deyib: "Çox gözəl ölkəniz, qonaqpərvər
xalqınız var. Azərbaycan dövlətinə
və xalqına təşəkkür edirəm ki, Braziliyanın UNESKO-da mədəni
irsinin qəbuluna dəstək olub. Bu gün
Şəkinin Dünya İrs
Siyahına daxil olunduğu
sessiyada iştirakımdan məmnunam".
UNESKO üzrə Azərbaycan
Respublikasının Milli
Komissiyasının Baş katibi
Elnur Sultanov tədbir
iştirakçılarını salamlayaraq
qonaqların Azərbaycanla bağlı dedikləri xoş sözlərə görə təşəkkür
edib. İki xalq arasında oxşarlıqların olduğunu qeyd edən E.Sultanov əlaqələrin daha
genişləndirilməsi üçün
yaxşı imkanların mövcud olduğunu söyləyib. Ölkələrimizin
UNESKO-da sıx əməkdaşlıq
etdiklərini qeyd edən Baş
katib Braziliyanı Parati
mədəniyyəti və biomüxtəlifliyi ilə
bağlı nominasiyasının Dünya İrs Siyahısına daxil
edilməsi münasibətilə təbrik edib. Qeyd edib
ki, bu gün
Azərbaycan üçün də əlamətdardır.
Şəki UNESKO-nun dünya
irs siyahısına qəbul olunub. Elnur Sultanov
bu məsələdə Azərbaycana
göstərdiyi dəstəyə görə Braziliyanın
nümayəndə heyətinə təşəkkür edib.
Olaylar.-2019.-9-10
iyul.-S.8.