Azərbaycanın mədəni irsinin
dünya ölkələrinə tanıdılması
Erməni vandallarına qarşı
diplomatik savaşın tərkib hissəsidir
Azərbaycan-UNESKO
əlaqələri yüksələn xətlə inkişaf
edir və ölkəmiz bu əlaqələrə böyük
önəm verir. Azərbaycan ümumdünya mədəni və
təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri
bir araya gətirərək bu prosesə mühüm töhfələr
verir. Elə UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin
beynəlxalq miqyasda artan
nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Məlum oldiğu kimi Azərbaycanın zəngin tarixə və
mədəniyyətə malikdir və bir çox tarixi-mədəni
abidələrimiz UNESKO-nun mədəni irs siyahısına
daxil edilməsinə namizəddir. Etiraf edilməlidir ki,
respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın bu əlaqələrin
inkişafında xüsusi rolu var. Artıq bu əməyin və
aparılan işin nəticəsidir ki, Azərbaycanın
"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"
UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Millət
vəkili Kamilə Əliyeva deyib ki, UNESKO-nun Ümumdünya
İrs Komitəsinin Bakıda keçirilən 43-cü
sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə
Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya
İrs Siyahısına daxil edilməsi çox böyük
tarixi və mədəni hadisədir. Bu, Azərbaycanın
dünyadakı nüfuzunun və çəkisinin daha bir
göstəricisidir. Deputat qeyd edib ki, artıq bir neçə
gündür Azərbaycan, patyaxt Bakı belə bir önəmli
və əhəmiyyətli tədbirə uğurla və
layiqincə ev sahibliyi edir:
"Bu günə kimi ölkəmiz bir çox beynəlxalq və
regional nüfuzlu toplantılara, tədbirlərə möhtəşəm
şəkildə ev sahibliyi edib, özünü
dünyanın siyasi, iqtisadi, humanitar, hərbi, mədəni
dialoq məkanı kimi tanıdıb, təsdiq edib. UNESKO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasının Bakıda
keçirilməsi də məhz bu ənənənin
davamıdır, Azərbaycana yüksək etimad və
etibarın növbəti bariz nümunəsidir. Qeyd edək ki,
Azərbaycan müstəqillik əldə etdikdən sonra,
xüsusilə, son 15-20 ildə UNESÇO kimi çox önəmli
bir təşkilatla çox uğurlu və səmərəli
şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlığın
yüksələn xətt üzrə inkişaf etməsində
və etdirilməsində də ölkə prezidenti cənab
İlham Əliyevin, o cümlədən, ölkənin birinci
xanımı, birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın xidmətləri
misilsizdir, ölçüyəgəlməzdir,
danılmazdır".
Onun sözlərinə
görə, heç təsadüfi deyil ki, bu qurumla effektli, səmərəli
əməkdaşlığına, önəmli töhfələrinə
görə Mehriban xanım illər öncə UNESKO-nun
xoşməramlı seçilib və bu adı, bu missiyanı
da bu illər ərzində çox uğurla, çox şərəflə
daşıyır. UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasının
Bakıda keçirilməsi həm də Mehriban xanımın birbaşa fəaliyyəti və
xidmətləri ilə bağlıdır. Belə bir tədbirin
ölkəmizdə baş tutması bizim üçün həm
də bir fürsət, şans, tribunadır. Çünki
uzun illərdir ki, torpaqlarımız işğal
altındadır və ermənilər tərəfindən
işğal olunmuş ərazilərimizdə tarixi, milli, dini,
mədəni abidələmrimiz yerlə-yeksan edilib,
dağıdılıb, məhv olunub. Bunlar məhz sivil
dünyanın gözləri qarşısında baş verib,
bu dəhşətli proses, vandalizm hərəkətləri hələ
də davam etməkdədir: "Həmçinin, bəzi digər
xalqlar, dövlətlər tərəfindən mənəvi, mədəni
isrsizimə yiyəyələnmək, sahiblənmək cəhdləri
zaman-zaman özünü göstərməkdədir. Amma
çox təəssüflər olsun ki, dünya buna susqun,
laqeyd qalmaqdadır, bəzən olanları görməzdən,
eşitməzdən gəlməkdədir. Belə olduğu təqdirdə,
UNESKO bizim üçün çox mühüm tribunadır,
biz bu qurum vasitəsi ilə başımıza gələnləri
və gətirilənləri, maddi-mənəvi ekspansiya cəhdlərini
dünyaya bir daha olduğu kimi, çatdıra bilərik və
çatdırırıq. Yəni, xüsusilə, Ermənistana,
erməni qaniçənlərinə, vandallarına
qarşı diplomatik savaşın mühüm tərkib hissəsi
kimi, UNESCO-nun tribunasından istifadə etmək bizim olduqca
vacib və əhəmiyyətlidir. Bütövlükdə demək
istədiyim odur ki, UNESCO ilə əmkdaşlıq və onun
uğurlu, möhtəşəm nəticələri göz
qarşısındadır və bu istiqamətdə əməkdaşlıq,
fəaliyyət daha da gücləndirilməlidir və güclənəcək.
Ölkə prezidentinin Azərbaycan xalqına təbrikində
də deyildiyi kimi, son illər Azərbaycanın mədəni
irsinin dünya səviyyəsində tanıdılması və
qorunması istiqamətində çoxsaylı layihələr
həyata keçirilib ki, bu fəaliyyətlər beynəlxalq
təşkilatlarla, xüsusən dünya mədəniyyəti,
təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq
şəraitində gerçəkləşdirilir. Təsadüfi
deyil ki, "İçərişəhər, Qız
qalası və Şirvanşahlar Saray Kompleksi",
"Qobustan Qaya Sənəti Mədəni Landşaftı"
UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin
xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi
UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer
alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər
mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda
bir daha etirafıdır. Eyni zamanda, Mehriban xanım
Əliyevanın təbrikində vurğulandığı
kimi, Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin,
tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq
dünyada tanıdılması istiqamətində böyük
nailiyyətlər əldə edib və bu gün Xan Sarayı
ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun
Ümumdünya İrs Siyahısına salınması tarixi
hadisədir. Şəxsən mən də bir Azərbaycan vətəndaşı,
bir ziyalı, bir millət vəkili
kimi bu tarixi hadisə münasibətilə bütün
xalqımızı səmimi qəlbdən təbrik edir, bu
istiqamətdə və digər istiqamətlərdə
növbəti qələbələr, zəfərlər
arzulayıram. Axırıncı yox, axarancı, davamlı
olsun!"
Zəka
Olaylar.-2019.-9-10 iyul.-S.4.