Prezidentdən daha bir Xalq
artistinə mənzil hədiyyəsi
Azərbaycan
Prezidenti İlham
Əliyev Xalq artisti
Heydər Anatolluya ev
bağışlayıb.
Olaylar.az xəbər verir ki, bu
barədə H.Anatollu Oxu.Az-ın əməkdaşı
ilə söhbətində bildirib.
Mərhum
müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra
Hakimiyyətindən zəng vuraraq cənab
Prezidentin ona mənzil
hədiyyə etdiyini bildiriblər:
"Artıq
evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni
Yasamal ərazisində yerləşir.
Cənab
prezident İlham
Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Bu, sənətimə və səhnə fəaliyyətimə
verilən ən yüksək dəyərdir".
Qeyd edək ki,
bundan əvvəl ölkə
başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar
artistlər Vəfa Rzayevaya, Sənubər
İsgəndərliyə də ev hədiyyə
edib.
Olaylar.-2019.-9-10 iyul.-S.2.