Xan Sarayı ilə birgə Şəkinin
tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsi Türkiyə mətbuatında
Bakı Konqres
Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü sessiyasının növbəti
iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə
Şəkinin tarixi mərkəzi" adlı nominasiyasının
UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi
Türkiyə mətbuatında geniş
işıqlandırılıb.
Olaylar.az
bildirir ki, Anadolu agentliyi, Haber Global, NTV və TRT Avaz
kanalları və digər nüfuzlu xəbər mənbələri
bu barədə türkdilli oxuculara ətraflı məlumat
veriblər.
Qeyd edək ki,
ümumiyyətlə Türkiyə KİV-lərində
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyası geniş işıqlandırılır.
Olaylar.-2019.-9-10 iyul.-S.3.