"Rəis məşğuldu,
mən də məşğulam"
Deyirəm Tanrının yaratdığı
bütün külli-aləm
nə iləsə məşğuldur, hətta
ağaclar da, bitkilər də. Böyüyürlər, çoxalırlar, bar verirlər.
Vaxtı-
vədəsi gələndə
ölürlər, sonra
yenidən dirilirlər.
Lap insanlar kimi.
İnsanlar da elədir.
Dünya
düzəni budur.
Hamı bir- birinin başını
qarışdırır. Almanlarla fransızların başını
lap qarışdırıblar. Afrikanın, ərəb ölkələrinin qarabalalarını
töküblər Avropaya
ki, di get başını qarışdır , bir an boş
dayanma. Zatən bu düzəni həzm
edə bilməyən
almanların anası Angela Merkel xala titrəməyə düşüb.
Düz bir aydı bu
titrəmə dayanmır.
Neyləsin axı, titrəyər
də. Almanları Hitler qağadan sonra
güc-bəla ilə
dünya liderliyinə
çıxardan Merkel xala
qarabalaların buna mız qoymasına, qaydaları pozmasına dözə bilmir, titrəyir. Böyük Britaniyada bibiqızı
Mey Terezanın "Brexit"ə görə
titrəməsi heç
dayanmır. London və Nyu-York birjaları silkələnir.
Titrəmə də məşğulluğun bir
növüdür, özü
də etiraz və çöküş
növü.
O de... dünya da titrəyir,
Tramp əmi İran hakimiyyətini necə silkələyibsə, bütün
cümlə məmləkət
titrəyir.Titrəmə insanlardan
mala- mülkə keçib;
böhran, ucuzlaşma,
bahalaşma - hamı əsim-əsim əsir.
Bah atonnan, bu boyda şişirdilmiş İran indi titrəməni sağaltmaqla
məşğuldur. Gah qorxur,
gah hədə-qorxu gəlib söyür, gah da arada
lap şellənsə də
xeyri olmur. Rusiya da İrana nə
qədər iynə vurur ki, titrəməsi
dayansın, əksinə
olur. Titrəmə Rusiyanın özünə
keçməyə başlayıb.
İcazəsiz bərk
gedənin başını
belə qarışdırarlar
e...Di get, məşğul
ol.
Deyirəm hamı - Güney Amerika, Çin, Afrika, bütün qonşularmız titrəmə
içində qalıblar,
bir bizdən başqa.
Qonşularımız demişkən,
Bolton əmi Ermənistanı,
Putin bacıoğlu Gürcüstanı
elə titrəməyə
salıb ki, hətta temperaturları birə beş
qalxıb. Hələ Ukraynanı demirəm.
Səhnədə əsən,
əsdirən, titrədən
Zelenski bibioğlunu bu ölkəyə başbilən gətirdilər
ki, məmləkətin
titrəməsini daha da artırsın .Di gedin...
Nə illahdırsa biz ( şükürlər
olsun! ) bu titrəmələrdən uzağıq.
Düzdür bir neçə
əqdəm bundan əvvəl bir vələdizna bank müdiri
titrəmə yaratmaq istəyirdi. Onu da ya Amerika, ya
da Rusiya öyrətmişdi. Nöşün
ki ,
hamı titrəyirsə,
"bəs bundan bizdə niyə yoxdur" fikrini əsas götürüblər.
Gözünə döndüyüm hüquq mühafizə və vergi orqanları
bu vələdiznanın
qabağını elə
kəsdilər ki, özü titrəməyə
başladı. Basdılar
qoduğluğa, di get...
Bizdə ona görə titrəmə baş vermir ki, ta
bineyi qədimdən başımızı işə
qatmışıq, MƏŞĞULLUQ işinə. Məşğulluq
başımızı elə
qatıb ki, arada canımıza titrəmə gələndə
də fikir vermirik .
Titrəməyə başımızın qarışdırılması yolverilməzdir.
Zatən
ona heç vaxtımız da olmur. Bizdə hamı nə
iləsə məşğuldur.
Bir halda ki, hamı məşğuldur,
o zaman bu məşğulluq idarəsi
nəyə lazim? Gəlib yanınıza
göz yaşı töksələr, desələr
ki, işsizik, inanmayın.
Onların göz yaşları, məşğulluğun bir
növüdür. Biz elə istedadlı xalqıq ki, hər şeylə və hər zadla məşğuluq.
Bircə an belə boş qalmarıq. Boş və bekar qalsaq titrəməyə
düşə bilərik.
Göz yaşı tökülürsə,
gülürlərsə, dərd
çəkirlərsə, söhbət
edirlərsə, can verirlərsə,
doğulurlarsa, düşünürlərsə,
dava edirlərsə, nə bilim daha
nələr...nələr
edirlərsə, deməli
məşğuldurlar, deməli
titrəməyəcəklər. Titrəsələr dava-dərmandan boluq,
başlarının üstünü
elə kəsərik ki, yenə məşğul
olmağa başlayarlar.
Sizə zarafatdı, şakadı,
nədi ondan gəlməsin. Nəfəs almaq da məşğulluğun bir
növüdür. Elə deyilsə,
bəs niyə onda bu xalq
hava almaq üçün meşəyə,
dəniz qırağına,
parklara səpələnir,
ətək-ətək pul
xərcləyir. O gün
Göy-Gölə, bir
hotelə zəng edib soruşuram ki, qardaş, bir gecə o zümrüd gölün qırağında qalsam, mənə neçəyə
başa gələr? Deyir ki, 350 manata, hə... elə bilirsən hava almaq havayıdır?
Di get, başını
qarışdırıb 700 manat tap ki, iki
gecə yemək- içməksiz orada qalıb hava alasan! Məni də belə
məşğul etmək
istədilər.
Yaxud, televiziya
kanallarının birində
şoumenlər arasında
sorğu keçirirlər
ki, Nəsiminin neçənci yubiley ilidir. Boyunuza qamış
ölçüm! On beş
nəfərdən bir
Cavanşir düzgün
cavab verdi. Cavanşir dayınəvəsi
də bekarçılıqdan
düzgün cavab verdi. Qalanları
dedi ki, əşi, bizi belə ağır söhbətlərə qatmayın,
iş adamıyıq,
məşğuluq. Deyirəm,
indi o birilər bu dayınəvəsini gözümçıxdıya salacaqlar
ki, əşi, get bir işin qulpundan
yapış da, yoxsa oturub ağıllı-ağıllı
cavablar verirsən, özünü də, bizi də biabır
edirsən. Sənin cavabından sosial
şəbəkələr titrəməyə başlayıb.
Ən yaxşı cavab isə Manaf Ağayevin oldu. Kişi kimi dedi ki,
bu ağır , ziyalı söhbətidi,
məni bu işə qatmayın, halal olsun! Deyirəm belə
suallara ən yaxşı cavabı Elariz verərdi, çünki intellektdi.
Özüm şahidəm. Amma perikdirib quş kimi uçurtdunuz Amerikaya. İndi bu işlə
orada məşğuldur.
Yadıma "Əhməd haradadır?" filmindən Zülümov düşdü. Xatırladınız, hə, belə deyir: "Rəis məşğuldu, mən də məşğulam". İşi-gücü də Əhmədi axtarmaq olur.
Görürsən, cavan PPX (post-patrul xidməti) işçiləri postdan idarəyə qayıdırlar, amma bir dəqiqə də boş dayanmırlar, hətta yolda da. Baxırlar ki, yoldan cavan, yaraşıqlı bir qız nazlana-nazlana keçir. Dərhal bir gödək, iki uzun serena verib, sonra siqnalı söndürürlər. Nə ilə məşğul olmaq lazımdır, bilən biləcək.
Bir hadisə də yazım, sonra nöqtə qoyum. İdarədən sənəd almalıydım. Şöbə müdürünə telefon açdım. Tanıdı (hörmətə bax e...), dedi Mirzə, sabah saat on birdə gözləyirəm. Vaxt-vədəsində orada oldum. Katibə kompyuterdə eşələnə - eşələnə, başını qaldırmadan, üzümə baxmadan sualıma cavab verdi ki, rəis məşğuldur, gözlə. Yəni mən də məşğulam. Bir azdan selektordan rəisin qayğılı səsi gəldi:
- Ay qız, Mirzə ordadır? Ordadırsa, qoy gəlsin! Katibə mənə baxdı, yəni Mirzə sənsənsə, keç.
Rəis fizika alimləri kimi yumruğunu alnına dayayıb ciddi-ciddi sağ əlindəki qələmi fırladırdı.
Başını qaldırmadan dedi:
- Hə, Mirzə, yaxşı gəlmisən, bayaqdan krossvordda bu şoğəribi tapa bilmirəm. "Cin" beş hərfdən ibarətdi, axırıncı hərfi "n"
- Pekin, - dedim və hiss etdim ki, məni titrəmə
tutur. Titrəməm dayansın, məşğul
olum deyə mən də bunu yazdım. Di get!
Oğuz, Yunus.
Olaylar.-2019.- 13-15 iyul.- S.9.