Azərbaycanda söz və ifadə
azadlığı ən yüksək səviyyədədir
Bəhruz Quliyev: "Ölkəmizdə
kütləvi informasiya vasitələrinin
sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin
öz iradələrini azad
şəkildə ifadə etmələri üçün
bütün zəruri imkanlar
yaradılıb"
"Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Əlbəttə ki, əldə edilən nailiyyətlər isə, heç də təsadüfi deyil. Ancaq bir mühüm amili unutmamalıyıq ki, məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanda demokratik və milli düşüncə bərqərar oldu, xüsusilə mətbuat sahəsində çox önəmli addımlar atıldı - senzura ləğv edildi, qəzetlərin borcları dövlət tərəfindən silindi, yeni mətbu orqanların işıq üzü görməsi üçün maksimum şərait yaradıldı." Bu fikirləri Olaylar.az -a Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Siyasi ekspert qeyd edir ki, ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən Ulu Öndərimizin siyasi varisi və layiqli davamçısı Prezident İlham Əliyev cənablarının kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm və davamlı tədbirlər həyata keçirilir və bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə, yaxud təhlükə mövcud deyil: "Ümumiyyətlə, Azərbaycanda jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. O cümlədən, internet və sosial media azadlığı ən yüksək həddə inkişaf edib. Dövlətimizin başçısı son 16 ildə respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb.
Cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir"
Daha bir vacib məqamı da xatırladan siyasi ekspert vurğulayır ki, 10 il öncə - 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyaya olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi:
"Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi.
O cümlədən, artıq bu gün "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir".
Bəhruz Quliyev bildirir ki, peşə etikası ilə yanaşı, milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisi olmalıdır:
"Lakin bir məqamı da unutmaq olmaz ki, müasir dövrdə ölkə mediasının üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Buna görə də peşə etikası ilə yanaşı, milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisi olmalıdır."
Prezident İlham Əliyev cənabları müxtəlif vaxtlarda jurnalist cameəsi ilə görüşlərində bir mühüm fikri xatırladan Bəhruz Quliyev qeyd edir ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır: "Bu mənada, ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli Mətbuatımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd edilən amillərin birmənalı təsdiqidir."
Siyasi ekspert bildirir ki, ümumiləşdirilmiş ifadə isə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur: "Dövlət başçısı İlham Əliyevin "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatlarına bir neçə dəfə layiq görülməsi ötən bu dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərdir.
Ölkəmizdə bütün
azadlıqlar mövcuddur!
Bu gün xalqımız əmin olmalıdır ki, dövlətimizin uğurlu siyasəti nəticəsində diplomatik mübarizədə qələbəmiz, eyni zamanda iqtisadi qüdrətin artması fonunda ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin güclənməsi işğal altında olan torpaqlarımızın azad olunmasını təmin edəcək.
Söz yox ki, Azərbaycan demokratik və hüquqi ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə bütün azadlıqlar mövcuddur. İnsanlar öz hüquqlarından sərbəst istifadə edərək, həm də azad söz və ifadə hüquqlarından da tam sərbəst şəkildə istifadə edirlər. Həmçinin, vətəndaşların sərbəst toplaşmaq azadlıqları yüksək səviyyədə təmin edilir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal lazımi şərait yaradılıb. Eyni zamanda cəmiyyətin idarə olunmasında əsas amil olan qanunlarımız mövcuddur. Qanunlara hörmətlə yanaşmaq siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qarşısına əsas tələb kimi qoyulur. Qeyd etdiklərimiz demokratiyanın vacib elementləri olmaqla yanaşı, bu gün Azərbaycan mətbuatının vəzifələrinə də işıq salır. Dövlət başçısı İlham Əliyev istər "Jurnalistlərin dostu" mükafatının təqdim edilməsi mərasimində, istərsə də mənzillərin verilməsi mərasimində vurğulayıb ki, Azərbaycanın ayrı-ayrı sahələr üzrə qazandığı uğurlara diqqəti yönəldərək bu fikri bildirdi ki, mətbuat bu reallıqları ictimaiyyətə çatdırmaqda böyük rola malikdir. Təbii ki, informasiya bolluğu təmin edilərsə, bu halda istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət bəzi dairələrin, eləcə də sapı özümüzdən olan baltaların apardığı yalan təbliğata uymaz, həqiqətlərin təbliğində fəal mövqe tutaraq, bu işə öz dəstəklərini göstərmiş olarlar.
Onu da qeyd etmək vacibdir ki, Azərbaycan gənc müstəqil dövlət olsa da öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. "Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır" vurğulayan möhtərəm Prezidentimiz bu kəlamı ilə qeyd edir ki, müstəqillik sadəcə dövlət atributları deyildir, o eyni zamanda müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq."
"Reallıq isə budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş
və məqsədyönlü siyasət uğurların
davamlılığını təmin etməklə, gələcəyə
daha böyük inamla yanaşmağa stimul verir. Harda
yaşamasından, siyasi əqidəsindən
asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı
uğurlarımızdan qürur
duymalı, inkişafa, tərəqqiyə
öz töhfəsini verməyə
çalışmalıdır. Biz
jurnalistlər daim həmin faktoru
diqqətimizdə saxlamalı, dövlətimizin demokratik tərəqqisi üçün
var gücümüzlə
çalışmalıyıq."
Olaylar.-
2019.-18-19 iyul.- S.7.