Kütləvi informasiya vasitələri
dünyada demokratiya və
informasiya azadlığının mühüm vasitəsi hesab
edilir
Ölkədə fəaliyyət göstərən informasiya agentliklərinin hər biri fikir, söz və məlumat azadlığını, plüralizmi əsas götürərək müstəqil fəaliyyət göstərərək, Azərbaycan həqiqətlərini, tarixi, mədəniyyətimizi təbliğ edir
1875-ci ildən bəri Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçib. Maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edərək, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmış, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar etmişdir. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Füyuzat", "Tazə həyat", "Həqiqət", "Tərəqqi", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar məhz "Əkinçi"nin ideya xəttini və ənənələrini davam etdirmiş, ötən əsrin əvvəllərində vüsət alan milli oyanış və özünüdərk proseslərinə mühüm töhfələr vermişlər.
Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına hər zaman yüksək qiymət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olmuş, müstəsna xidmətlər göstərmişdir. Məhz Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoymuşdur. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılmışdır. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir", - söyləyən ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına diqqət göstərərək, uğurlu nəticələrə nail olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Ulu önderin siyası kursunu layiqincə dabam etdirən ölkı başçısı İlham Əliyev hər zaman sözün, mətbuatın yanındadır. Mətbuata, jurnalistlərə daim qayğı və yüksək diqqət göstərən prezidentin sayəsində ölkədə fikir, söz və məlumat azadlığı, plüralizm inkişaf edir. Azərbaycanda azad jurnalistikanın rolu çox böyük olduğunu qeyd edən prezident İlham Əliyev ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu və hər zaman bu rolu yüksək qiymətləndirdiyini çıxışlarında qeyd edir.
1993-cü il dekabr ayının 20-də BMT Baş Məclisinin qərarı ilə may ayının 3-ü "Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü" elan olunub. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisidir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir.
Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə yüksək qiymət verirlər. Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi əlbəttə ki, gücümüzü artırır.
Jurnalistlərin məsuliyyəti də daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə, jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır."
XXI əsr
informasiya mübarizəsi
əsridir. Ölkə başçısı hər
zaman qeyd edir ki, internetin mövcudluğu bu mübarizəni daha da kəskinləşdirir.
İstər ölkə, istərsə
də beynəlxalq ictimaiyyətin Azərbaycan
reallıqları ilə
dolğun məlumatlandırılmasında
təbii ki, mətbuatın üzərinə
böyük məsuliyyət
düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü
nəzərə alsaq,
bu missiyanın obyektivliyə, qərəzsizliyə
söykənməsinin böyük
zərurət olduğu
aydın dərk edilir. Ən əsası nəzərə
alsaq ki, Azərbaycan müharibə
şəraitindədir, bu
gün mətbuatdan gözləntilərin nədən
ibarət olduğu daha qabarıq şəkildə özünü
büruzə verir.
Ölkə başçısı daim
medaianın inkişafı
naminə müəyyən
tədbirlər həyata
keçirmiş, sərəncamlar
imzalamışdı. Bu gün
Azərbaycanda fəaliyyət göstərən azad mətbuat
sayəsində insanlar çəkinmədən
öz fikirlərini, arzu
və istəklərini media vaistəsilə
ölkə başçısına
çatdırırlar. Hazırda ölkədə söz azadlığı ilə bağlı qanunvericilik mükəmməldir, hətta bəzi
dövlətlərin qanunlarından daha ədalətli,
obyektivdir. Məhz bu qanunlar sayəsundə ölkədə
yüzlərlə elektron informasiya
agentliklər fəaliyyət göstərir. Hər biri fikir, söz
və məlumat azadlığını, plüralizmi
əsas götürərək müstəqil fəaliyyət
göstərərək, Azərbaycan həqiqətlərini, tarixi, mədəniyyətimizi təbliğ edir.
Olaylar.- 2019.- 9-10 iyul.- S.15.