Azərbaycanda söz, fikir və mətbuat azadlığına xüsusi diqqət yetirilir
"Azadlıq demokratiyanın əsasını təşkil edən vacib elementlərdən biri hesab olunur. Azadlıq sivil cəmiyyətin əsası hesab edilir. Bəzən azadlıq və vətən qarşısında vəzifə borcları qarışıq salınır. Azadlıq dedikdə, söz, fikir, mətbuat və s. kimi müxtəlif məfhumlar aid edilir. Azadlığa söz, fikir, mətbuat və s. kimi müxtəlif məfhumlar aid edilir. Fikir, söz və mətbuat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Fikir, söz və mətbuat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Bəzən azadlıq və vətən qarşısında vəzifə borcları qarışıq salınır. Azadlıq dedikdə, müxtəlif məfhumlara nəzərə alınır.
Cəmiyyətdə insanların fikir, söz azadlığından istifadə etməsi üçün müxtəlif imkanlar və resurslar fəaliyyət göstərir. Sosial şəbəkələr, internet resursları, azad və icazəli şəkildə toplaşaraq fikir mübadiləsi aparmaqları buna xüsusi misaldır. Mətbuat azadlığı isə qəzet, jurnal, televiziya şəbəkələri aid edilir. Müasir dövrdə bütün təşkilatların, dövlətlərin, qeyri hökümət təşkilatlarının, partiyaların mətbu orqanları fəaliyyət göstərir. İstər dünya arenasında, istərsə də Azərbaycanda insan azadlıqlarının inkişafına xüsusi önəm verilir. BMT-nin 2006-cı ildə əsası qoyulduğu İnsan Hüquqları komitəsi buna xüsusi nəzarət edir. Dövlət cəmiyyət əsasında qurulur. Cəmiyyəti təşkil edən isə məhz vətəndaşlardır".
Bu fikirləri Olaylar.az-a politoloq Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, Azərbaycanda söz fikir və mətbuat azadlığına xüsusi diqqət yetirilir: "Azərbaycanın şanlı tarixinə diqqət edərsək, ilk mətbu orqan 1873-cü ildə Həsən bəy Zərdabinin redaktoru olduğu Əkinçi qəzeti açılmışdır. Əkinci qəzeti o zamanlar insanların maarifləndirilməsində, öz aqibətlərini necə idarə edəcəkləri barədə müxtəlif təhlillər aparır, yazılar ərsəyə gətirirdi. 1918-ci ildə Azərbaycanda müstəqillik əldə edildikdə, yəni Şərqdə İlk Demokratik Türk Respublika qurulduqda mətbu orqan Ceyhun Hacıbəylinin redaktorluq etdiyi Azərbaycan qəzeti olmuşdur. Lakin 1920-ci ildə SSRİ-nin tərkibinə qatıldıqdan sonra Azərbaycan vətəndaşlarının azadlığı məhdudlaşdırılmışdır. 1966-cı ildə Sovet HokumətiNazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə yaradılmışdır ki, məhz bu mətbuat üzərində xüsusi senzuralar tətbiq edirdi. İnsanlara azdlıqlarından istifadə etmək qadağan edilirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etməsinə baxmayaraq, ölkədə azadlıqlar yüksək şəkildə tətbiq edilmirdi. 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiq etmək adı altında bu idarənin mətbuat üzərində nəzarəti daha da gücləndirilmişdir. Bundan sonra 15 aprel 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Ə. Elçibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək, jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırılmış və idarənin fəaliyyəti daha da sərtləşdirilmişdir. Lakin Ümumilli Lider Hyedər Əliyev hakimiyyətə gəldikdən sonra ilk olaraq insanların hüquq və azadlarının təkmilləşməsi və tətbiq edilməsinə nəzarət etmişdir. Ulu Öndər ilk olaraq ölkədə vahid konstitusiyanın qəbulunu önəmli saydı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında bütün sahələrə xas qanunlar cəmlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığı" bölümündə göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı vardır. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır. Heydər Əliyev 1998-ci ildə söz və mətbuat azadlığına həsr edilmiş sərəncam imzalamışdır. Sərəncam əsasında mətbuat üzərində qoyulmuş senzura ləğv edilmişdir. Sərəncamda qeydə alınan müddəa əsasən deyilirdi: "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının layihəsi hazırlanıb təqdim edilsin". Senzuranın ləğvi ölkədə demokratiyanın təkmilləşməsi eləcə də, demokratik qanunların tətbiq edilməsinn aydın təzahürü idi. Bununla insanların inkişafı yüksək şəkildə inkişaf etməyə başlamışdır. Cəmiyyət sivil şəkildə formalaşmağa başlamışdır. Bu sərəncamla bir söv sanki Azərbaycan Avropaya inteqrasiya etməyə başlamışdır".
Politoloq qeyd edib ki, "Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi: "Əsil, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Humanist olduğu qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. Ümummilli Lider söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmiş, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoymuşdur. O, "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi.
XXI əsr
informasiya mübarizəsi
əsridir. Ölkə Prezidenti cənab
İlham Əliyevin vurğuladığı kimi,
internetin mövcudluğu
bu mübarizəni daha da kəskinləşdirir.
İstər ölkə, istərsə
də beynəlxalq ictimaiyyətin Azərbaycan
reallıqları ilə
dolğun məlumatlandırılmasında
təbii ki, mətbuatın üzərinə
böyük məsuliyyət
düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü
nəzərə alsaq,
bu missiyanın obyektivliyə, qərəzsizliyə
söykənməsinin böyük
zərurət olduğu
aydın dərk edilir. Ən əsası nəzərə
alsaq ki, Azərbaycan müharibə
şəraitindədir, bu
gün mətbuatdan gözləntilərin nədən
ibarət olduğu daha qabarıq şəkildə özünü
büruzə verir.
Plüralizmdən söz açarkən nəzərə çatdırım
ki, bəzən plüralizmlə tolerantlıq
fikirləri eyniləşdirilir. Bir birinə
oxşar fikirlər olsalar belə ayrı izahlara gəlib çıxır.
Tolerantlıq plüralizmin bir
şərtidir, yəni
tolerant olmayan plüralizm
yalançı, saxta plüralizmdir. Bunların arasında
fərq ondan ibaratdir ki, tolerantlıq
dəyərlərə hörmət
edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu
təsdiq edir. Çünki plüralizm fərqlərin
və müxtəlif mövqelərin şəxsləri,
siyasətləri və
cəmiyyətləri zənginləşdirən
dəyərlər kimi
qiymətləndirir. Plüralizm müxtəlif
fikirlətin qəbul edilməsidir. Plüralizm
müxtəlif sahələri
əhatə edir: siyasi, sosial, dini, elmi və
s. Sosial plüralizm dedikdə cəmiyyətin
formalaşmasında insanların
fikirləri, onların
istəklərinə uyğun
olaraqdan qanun layihələrinin həyata
keçirilməsi nəzərə
alınır. Elmi plüralizm
elm, təhsil sahəsində
insanların inkişafına
uyğun olan prinsiplərin həyata keçirilməsi insanların
ümumi fikirlərini
ortaq məxrəcdə
birləşdirən bir
sistem nəzərdə
tutulur. Dini plüralizm geniş
anlayışlardan biri
kimi hesab olunur. Müasir dövrümüzdə müxtəlif dini inanclar və möqvelər mövcuddur.
İnsanların seçimləri isə daim dəstəklənir
və azad inanc mövcuddur. Azərbaycan müxtəlif dini inanclı insanların bir yerdə məskunlaşmasına imkan
yaradan ölkələrdən
biri kimi qəbul edilir. Lakin digər dini inanclara hörmətlə
yanaşılır və
onların inkişafı
üzrə xüsusi ibadət mərkəzləri
fəaliyyət göstərir.
Buna misal olaraq
kilsələri göstərə
bilərik Ölkədə
İslam dininə inancı olan insanların faiz göstəricisi daha yüksək hesab olunur. Siyasi plüralizm isə
daha böyük məfhum hesab olunur. Siyasi plüralizm dedikdə
dövlət idarəetməsində
çox fikirlilik, daha doğrusu çox partiyalılıq
sisteminin tətbiq edilməsi nəzərdə
tutulur. Azərbaycanda siyasi plüralizm
yüksək şəkildə
tətbiq edilir. Buna daha çox
siyasi institutların fəaliyyətində rast
gəlmək mümkündür.
Azərbaycan Respublikası Milli
Məclisində millət
vəkilləri 20-yə yaxın
partiya təmsil olunur. Ölkədə partiyaların inkişafı
üçün xüsusi
imkanlar yaradılmışdır".
Ə.E. Miriyev vurğulyıb ki, müasir dövrdə fikir, söz, mətbuat azalığı
və plüralizmin inkiafının artırılması
üçün daha böyük imkanlar da yaradılmalıdır:
"Mətbu yazıların
xarici dillərdə tərcümə edilib yazılması daha məqsədəuyğun sayıla
bilər. Bununla beynəlxalq aləmə
inteqrasiya daha da güclənmiş olar. Ölkədə jurnalistlərin beynəlxalq
təcrübədə iştirak
etməsini də məqsədəuyğun hesab
edirəm. Beynəlxalq mətbuat
əsasında insanlar
dünyada gedən başlıca problem və
hadisələrdən xəbərdar
olmalıdır. Bu həm idarəetmə, həm də cəmiyyətin formalaşmasında
xüsusi rol oynayacaqdır.
Ulu Öndər Heydər Əliyev KİV nümayəndələrinə
xüsusi dəstək
verərdi. vOnlara
dövlət qayğısı
ayırardı. Məhz
buna görə də Heydər Əliyev
2002-ci ildə "Jurnalistlərin dostu"
mükafatına layiq görülmüşdür.
Cənab Prezident İlham
Əliyev ölkədə Jurnalistlərə xüsusi
dəstək verir. Onlarla tez
tez görüşər mətbuat sahəsində
irəliləyişlərlə bağlı
tapşırıqlar verir. 2005-ci ildən
bəri 500-ə yaxın KİV əməkdaşı müxtəlif
mükafaatlarla təltif edilmişdir.
2008-ci ildə ölkə Prezidenti 2008-ci il 31 iyul tarixində
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası"
adlı sərəncam imzalamışdır. Bu
konsepsiya söz və
məlumat azadlığının, KİV-lərin müstəqilliyinin
təmin edilməsi məqsədilə kompleks
tədbirlərnəzərdə tutan mühüm sənəddir. Burada
əks olunmuş məsələlərin
həlli üçün
yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıltədbirlər həyata keçirir. Fond uğurla fəaliyyət göstərərək
mətbuatın inkişafına, o cümlədən
qəzetlərin ayrı-ayrı layihələrinin maliyyələşdirilməsinə
dəstək verir. Məhz bu
göstərir ki, respublikamızda mətbuata
dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır".
Olaylar.- 2019.- 20-22 iyul.- S.7.