Azərbaycanda pluralizm ənənələri qorunur

 

Azərbaycan beynəlxalq aləmin, dünya birliyinin bir üzvü kimi dünyada mövcud olan norma və prinsipləri qoruyur, onlara ən yüksək səviyyədə əməl edir, onu öz həyatında, günlük yaşam tərzində həyata keçirir. Bir qayda olaraq demokratik cəmiyyətlərdə mövcud olan norma və prinsiplər fikir, söz və məlumat azadlığı, plüralizm, insan hüquq və azadlıqları, eləcə də digər vacib elementlərdir. Azərbaycanda qeyd etdiyimiz hər bir sahədə vəziyyət qənaətbəxş, normaldünya ölkələri səviyyəsindədir desək yanılmarıq. Hətta müəyyən məqamlarda ölkəmizdə buya digər sahə üzrə göstərici, mövcud vəziyyət dünyanın aparıcı ölkələrindən belə üstün səviyyədə xarakterizə edilir.

Götürək elə Azərbaycanda plüralizmin vəziyyətini. Qeyd etmək yerinə düşər ki, plürazlim öz-özlüyündə bir neçə istiqaməti özündə ehtiva edir. Yəni, plüralizm dedikdə, yalnız siyasi plüralizmi götürməməliyik. Eyni zamanda dini, mədəni plüralizmolur və hər bir sahədə bu pülralizmin necə qorunduğu, təmin edildiyi diqqətdə saxlanılır.

Bunun üçün siyasidini plüralizm sahəsində mövcud olan vəziyyətə diqqət edək. Başlayaq siyasi plüralizmdən. Hər şeydən əvvəl dövlətin əsas strukturlarından biri sayılan  Milli Məclisin, yəni parlamentin tərkibinə  nəzər yetirsək ölkədə siyasi plüralizmin necə təmin edildiyini aydın şəkildə görə bilərik. Bu gün Azərbaycan Milli Məclisinin tərkibi kifayət qədər rəngarəngdir. Qanunverici orqanımız sayılan parlamentimizdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, ölkənin əsas aparıcı müxalifət partiyaları da təmsil olunur. Baxmayaraq ki, Yeni Azərbaycan Partiyası qanunverici orqanda mütləq çoxluğa malikdir, ancaq buna rəğmən hakim partiya qanunverici orqana hansısa bir sənəd, təklif təqdim edəndə, mütləq həmin sənədin qanunverici orqanda azlıq təşkil edən siyasi partiyalar və onların Milli Məclisdə təmsil olunan millət vəkilləri ilə müzakirə olunmasına maraq göstərir, belə bir təşəbbüsdə olur. Bu gün Azərbaycan Parlamentində hakim Yeni Azərbaycan Partiyası ilə ysnaşı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, eləcə də digər siyasi partiyalar fəaliyyət göstərir ki, bu da parlamentin timsalında Azərbaycanda siyasi plüralizmin mövcud olduğunu ortaya qoyur. Bundan başqa Azərbaycan parlamentində müstəqil şəkildə seçilmiş deputatlar da var ki, onlar da Milli Məclisin plenar iclaslarında qanunverici orqanda mövcud olan plüralizmdən  yararlanaraq müstəqil şəkildə çıxış edə, təkliflər verə, təşəbbüs irəli sürə bilirlər. Bu azmış kimi həm ayrı-ayrı siyasi partiyaları təmsil edən millət vəkilləri, həm də müstəqil şəkildə qanunverici orqana seçilmiş deputatlar parlamentin ayrı-ayrı komissiyalarında təmsil olunur, həmin komissiyalarda hətta rəhbər şəxslər sırasında da yer alırlar. Eyni zamanda parılamentin hər bir üzvü, heç bir ayrıseçkilik tətbiq edilmədən müxtəlif ölkələrin müvafiq qurumları ilə bərabər yaradılmış dostluq qrupları, parlamentlərarası əlaqələr komissiyalarında təmsil olunurlar ki, bu da öz növbəsində Azərbaycanın qanunverici orqanında siyasi plüralizmin ən yüksək səviyyədə təmin edildiyinin əyani sübutudur.

Azərbaycanda siyasi plüralizmin mövcud olması təkcə parlamentin timsalında özünü göstərmir. Ölkədə fəaliyyət göstərən çoxsaylı partiyaların sayına diqqət etdikdə də bunu aydın görmək mümkündür. Günümüzdə Azərbaycanda yüzlərlə siyasi partiya və təşkilat fəaliyyət göstərir. Həmin siyasi partiyalar arasında sağçı, solçu, mərkəzçi, liberal, democrat, hətta islamçılar belə var. Hər bir siyasi partiya və təşkilat heç bir maneə ilə üzləşmədən, heç bir müdaxilə olmadan azad və sərbəst şəkildə fəaliyyət göstərir. Müntəzəm olaraq özünün mərkəzi qurumlarının toplantılarını keçirir, əyalətlərə səfər edərək öz elektoratı, cəmiyyətin üzvləri ilə görüşlər keçirir. Hətta istənilən siyasi partiyaya təşkilat, eləcə də siyasi partiyalar birliyi paytaxtda, müvafiq qurumları tərəfindən müəyyən edilmiş ünvanlıarda etiraz aksiyası, mitinq də keçirə bilir. Elə yaxın aylarda Milli Şura adlanan qurumun "Məhsul" stadionunda təşkil etdiyi mitinqlər bunun əyani sübutudur. Hər nə qədər həmin mitinqlərdə Milli Şura adlanan qurumda təmsil olunanlar, onun rəhbərliyi qarşıdurma, gərginlik yaratmağa çalışsalar da, lakin hökumət, hakimiyyətin müvafiq qurumları yenə də pluralism. Demokratiya prinsiplərindən çıxış edərək radikal siyasi qüvvələrə öz etiraz aksiyalarını keçirməyə imkan verir, şərait yaradır. Hətta hər bir keçirilən aksiya zamanı müvafiq güc strukturları, hüquq-mühafizə orqanları  siyasi partiya və birliklərin keçirdikləri atiraz aksiyası, mitinqlərin təhlükəsizliyini təmin edir.

Burada bir məqama da diqqət çəkək. Qeyd etdiyimiz etiraz aksiyaları zamanı radikal siyasi düşərgə onun təmsilçiləri, Milli Şuranın rəhbərliyi siyasi etikadan kənar, heç bir siyasi mübarizəyə sığmayan, yalnız cəmiyyətdə gərginlik yaratmağa xidmət edən fikirlər, ifadələr səsləndirirlər ki, bu da nəticə etibarilə polislə, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya hesablanmış addım olur. Lakin Azərbaycan hakimiyyəti onun müvafiq qurumları, güc strukturları radikal siyasi düşərgənin bu addımlarına,  xaos, anarxiya yaratmaq cəhdlərinə onların özlərinə uyğun şəkildə deyil, soyuqqanlılqla yanaşır, heç bir siyasi təzyiq göstərmir. Halbuki, ən inkişaf etmiş ölkələrdə belə hər hansı bir siyasi partiya ya təşkilatın etiraz aksiyası, mitinq keçirmək istəyi heç asanlıqla reallaşmır. Əksər hallarda bir xarici media, televiziya digər kütləvi informasiya vasitələrindən belə məlumatlar əldə edirik ki, Avropanın ayrı-ayrı ölkələrində aksiyaçılara qarşı fiziki güc tətbiq edilir, onlar polis zorakılığına məruz qalır. Bunun özü Azərbaycanda siyasi plüralizmin ən yüksək səviyyədə təmin edildiyinin əyani sübutudur.

Bir başqa missal. Bu gün hakimiyyətə qarşı barışmaz mövqedə dayanan, yerli-yersiz onu tənqid edən, əsaslı ya əsassız şəkildə fikirlər səsləndirən radikal siyasi düşərgənin kurasiyasında olan onlarla media qurumu, qəzet internet portallar, eyni zamanda internet televiziyalar var ki, həmin media quruluşları vasitəsilə radikal siyasi düşərgə öz sözünü, yeri gələndə qərəzi, kini, yalanını ortaya qoyur. onu cəmiyyətə çatdırır ki, bu da Azərbaycanda siyasi plüralizmin mövcud olduğunun əyani sübutudur.

Ancaq yaxın tarixə nəzər salsaq, daha dəqiq desək bu gün demokratiya, insane hüquq azadlıqları, fikir. Söz azadlığı, plüralizmdən bəhs edən siyasi qüvvələrin 90-cı illərin əvvəllərində hakimiyyətdə olduğu dövrə nəzər yetirsək görərik ki, heç də həmin dövrdə ölkədə pluralism ənənələri, xüsusilə siyasi pluralizm olmayıb. Əksinə o dövrün "demokratları" ən ciddi və qatı dictator olublar. 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü nəinki ölkədə demokratiya yaradır, əksinə ona ən ciddi şəkildə mane olurdu. Həmin dövrdə yeni yaradılan siyasi  təşkilat və partiyalara qarşı olan hücumlar, bəzi pattiyaların təsis edilməsinə isə ümumiyyətlə ciddi əngəlin yaradılması deyilənlərin əyani sübutudur. Yeni Azərbaycan Partiyasının yerli rayon təşkilatlarının yaradılmasına yaradılan əngəl də bunun sübutudur. Bundan başqa siyasi partiya rəhbərlərinə qarşı təzyiqlər, fiziki güc nümayiş etdirmək cəhdi də yaxın tariximizin, daha dəqiq desək AXC-Müsavat hakimiyyəti dövrünün acı təcrübəsidir. Dəfələrlə ümummilli lider Heydər Əliyevə qarşı olan hücumlar, onun cəmiyyət arasında nüfuzdan salınmasına yönəlik cəhdlər məhz ümummilli liderin partiya quruculuğuna qarşı yönəlmiş təsir mexanizmi idi. Təsadüfi deyil ki, hətta bir neçə dəfə o vaxtkı hakimiyyətin daxili işlər naziri Naxçıvana silahlı dəstə göndərərək ümummilli lider Heydər Əliyevi fiziki cəhətdən zərərsizləşdirmək istəyirdi. Azərbaycanda mövcud olan bu özbaşınalıq, siyasi partiya və təşkilatlara qarşı olan hücumlar isə heç şübhəsiz ki, beynəlxalq aləm, ayrı-ayrı təşkilat və qurumlar, dünya dövlətləri tərəfindən də izlənilir, müşahidə edilir və nəticə etibarilə onların hazırladıqları hesabatlarda, bəyanatlarda ölkədə mövcud olan həmin mənfi tendensiya əksini tapırdı. Təsadüfi deyil ki, həmin illərdə beynəlxalq təşkilat və qurumların, ayrı-ayrı dövlətlərin haszırladıqları hesabatlarda, yaydıqları bəyanatlarda Azərbaycan demokratiya, pluralism ənənələrinin ən pis qorunduğu, bu ənənələrə qarşı ciddi basqıların olduğu ölkə kimi xarakterizə edilirdi. Eyni fikirlər, yanaşma fikir, söz, məlumat azadlığı prizmasında da əksini tapırdı və həmin sahədə də Azərbaycanda vəziyyət qeyri-qənaətbəxş hesab edilirdi.

 

Olaylar.- 2019.-25-26 iyul.- S.7.