Uşaqlarda diqqət dağınıqlığı

 

Psixoloqlar DANIŞDI

 

Daha çox uşaqlarda müşahidə olunan bu problem, böyüklərdən də yan keçmir. Məktəblilərin bu halından müəllimlər, işçilərin bu halından isə rəhbərləri şikayət edirlər. Buna bəzən hiperaktivlik, bəzən də genetiknevroloji amillərin səbəb olduğu bildirilir. Mütəxəssislər hansısa dərman preparatının müalicəsindən çox, psixoloqlarla birgə bu problemi aradan qaldırmağı məsləhət görürlər.

Olaylar.az bu dəfə psixoloqlarla birgə  uşaqlarda diqqət pozuntusunu araşdırır.

Psixoloq Sona Davudova bildirir ki, diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir: "Yəni, insan ona təsir edən cisim və hadisələrdən həyatı üçün daha əhəmiyyətli olanı seçir, psixi fəaliyyətini onun üzərinə yönəldir və onun ətrafında mərkəzləşdirir. Bu zaman ikinci dərəcəli, kənar təsirlərə əhəmiyyət vermir. Fizikizehni olaraq bir işlə məşğul olan zaman diqqəti cəmləyib işə tam olaraq fokuslana bilməmə halı diqqət dağınıqlığı adlanır.

Diqqət dağınıqlığı həyatın hər sahəsində deyil, bəzi məsələlərdə diqqəti cəmləyə bilməmə şəklində görülür. Uşaqlarda diqqət dağınıqlığı əlamətləri ilə yeniyetmələrdə diqqət dağınıqlığı əlamətləri bir-birinə yaxın olsa da məsuliyyətlərindən dolayı bir az fərqlilik göstərirlər.

Nümunə olaraq, ilk dəfə görüşdüyün bir insanın adını yadda saxlamamaq, günlər sonra yenidən baxılarkən qarşı tərəfin simasını ayırd etməkdə çətinlik, oxuma və dinləmə zamanı konsentrasiya olmayıb tam başa düşməmək, təkrar oxumaqya eşitmək məcburiyyətində qalmaq, imtahanlarda sadə səhvlər etmək və bunlara bənzər hallar diqqət dağınıqlığı əlamətləri arasındadır. Uşaqlar bəzi dərslərə çox yaxşı konsentrasiya olunarkən, bəzi dərslərə diqqətini cəmləməkdə əziyyət çəkir. Uşaqların diqqət dağınıqlığı problemi adətən sevmədikləri dərslərdə daha çox üzə çıxır."

Psixoloq qeyd edir ki, bundan başqa, əhəmiyyətsiz xarici xəbərdarlıqlara qarşı çox həssas olunması yenə diqqət dağınıqlığı əlamətləri arasında yer alır: "Nümunə kimi, bir işlə məşğul olarkən küçədən gələn maşın səsi, uşaq səsləri və s. səslər ilə işdən ayrılma və səsin gəldiyi istiqamətə yönəltməsini qeyd etmək olar.

Diqqət dağınıqlığı səbəblərinə baxıldığında, ilk araşdırılması lazım olan məsələ nevroloji bir problem olub-olmadığıdır. Məsələn, dərsi uzun müddət dinləməkdə, müəllimə fokuslanmaqda çətinlik yaşanması, bir vəzifəni davam etdirmək və tapşırıq etməkdə problem yaşanması, nizamsızlıq və məsuliyyət ala bilməmə kimi problemin nevroloji olub-olmadığı bir mütəxəssis köməyi ilə araşdırılmalıdır. Əlavə olaraq hormonalya bioloji bir narahatlığa sahib olunması da yenə diqqət dağınıqlığıdır."

Sona Davudova bildirir ki, uzun müddət davam edən stressin nəticəsində də diqqət dağınıqlıqları gözlənə bilməkdədir: "Məsələn məktəb, ev həyatında, sosial sahədə və ya xüsusi həyatda olan problemlər özü motivasiya aşağılığını, unutqanlığı və diqqət dağınıqlığını gətirir. Bununla birlikdə uşağın aldığı məsuliyyətin, qaldıra biləcəyi məsuliyyətdən çox olması diqqət dağınıqlığına səbəb olur."

Psixoloq uşaqlarda diqqət artıracaq çalışma və oyunları açıqlayır:

İlan şəklində uzadılmış ipin üstündə uşağın gəzməyə çalışması, sini üzərinə qoyulmuş bir stəkan suyu gətirməsi onun diqqətini paylamasına kömək edəcək.

Uşağa rəngləmə, muncuq düzmə kimi tapşırıqlar verilməlidir.

• Gizlənən əşyanı tapmaq oyunu : evin bir otağı seçilir və otaqdakı əşyalara diqqətli baxması tapşırılır. Sonra uşaq otaqdan çıxır və əşyalardan biri gizlədilir. Uşaq otağa qayıdanda həmin əşyanı tapmalıdır.

• Xəritə üzərində hər hansı ölkəni tapması oyunu ola bilər.

• Xatırlatma oyunu : uşağa bir dəqiqə ərzində şəkil göstərilir. Sonra şəkil götürülür və şəkillə bağlı suallar verilir. Məsələn, uşağın paltarı nə rəng idi, saçı necə idis.

• Fərqli olan şəkli tapmaq : uşaqdan ona göstərilən şəkillərdən hansının fərqli olduğu və nəyinə görə fərqli olmasını söyləmək tapşırılır.Məsələn, 3 balıq şəklinin yanına 1 çiçək şəkli, yaxud cansız əşyaların yanına bir heyvan şəkli qoymaqs.

• Şəkilləri xatırlama : ata - ana kağıza bir neçə geometrik şəkil çəkir, uşağa onları yadda saxlaması tapşırılır və şəkil götürülür. Sonra yadında qalanları çəkməsi istənilir.

İki oxşar şəkil arasındakı fərqləri tapmaq : iki bir - birinə bənzəyən amma kiçik fərqliliklər olan şəkil arasındakı fərqlilik tapılır.

• Danışılan hekayə və ya nağılla bağlı suallar vermə : uşağa bir hekayə danışılır və bəzi suallara cavab verməsi istənilir. Bu çalışma ilə uşağın diqqətinin artırılması həyata keçirilir.

Psixoloq Afaq Əmirli bildirir ki, diqqət pozuntusunun müxtəlif növləri var: "Uşaqlar daha çox diqqət dağınıqlığından, diqqətin həcminin az olmasından, həmçinin diqqətin tez yayınmasından əziyyət çəkirlər. Bu forma diqqət pozuntularının psixoloji səbəbləri uşaqların uzun müddət telefon, planşetya televizor qarşısında vaxt keçirmələridir. Belə ki, uşağın idrak proseslərinin normal inkişaf etməsi üçün uşaq vaxtını qadjet qarşısında deyil, onun inkişafına dəstək olacaq kitablar, çalışmalar, söhbətlərlə keçirməlidir."

Psixoloq qeyd edir ki, diqqətlə bağlı bu tip problemləri vaxtında və düzgün aparılmış korreksiya işləri ilə aradan qaldırmaq olar: "Bunun üçün uşağa səmərəli rejim qurulmalı, xüsusi diqqət çalışmaları yerinə yetirilməli və qadjetlərdən mümükün qədər az istifadə edilməlidir. Lakin uşaqlarda son zamanlar geniş yayılmış diqqət dağınıqlığı və hiperaktivlik sindromu adlı diaqnoz rast gəlinir. Bu zaman uşaqlar diqqətlərini toplamaqda çətinlik çəkir, impulsivçox hərəkətli olurlar. Bu sindromun yaranma səbəbləri tam dəqiq bilinməsə də daha çox hamiləlik dönəmində anada olan həm fizioloji, həm psixoloji problemlər, doğuş zamanı alınan travma, hipoksiya kimi səbəblər göstərilir. Bu cür uşaqlara qarşı yanaşma həm valideynlər, həm də pedaqoqlar tərəfindən xüsusi olmalıdır."

Psixoloq Afaq Əmirli bildirir ki, bu uşaqlar bir məşğuliyyət üzərində diqqətlərini toplaya bilmədiklərinə, həmçinin vaxta nəzarət çox zəif inkişaf etdiyinə görə, valideyn daima uşağa xatırlatmalar etməli, onun diqqətini toplamaqda yardımçı olmalıdır:  "Sinifdə isə müəllimə bu cür uşağı orta sırada, ön partada əyləşdirməli, ona dərsi daha geniş və lazım gələrsə təkrar izah etməli, 10-12 dəqiqədən bir hərəkət etməyə şərait yaratmalıdır. Bu cür uşaqlar daima psixoloq nəzarətində olmalıdırlar."

 

Nigar Adil

 

Olaylar.- 2019.- 25-26 iyul.- S.6.