Avropa İttifaqı ilə əməkdaşlıq
yeni mərhələdə
Həm Bakı, həm
də Brüssel bu əməkdaşlığı
inkişaf etdirməkdə
maraqlıdır
Azərbaycan
yaxın-uzaq qonşuları, beynəlxalq təşkilat və
qurumlarla yaxından əməkdaşlıq
edir, bu əməkdaşlığın
daha da inkişaf
etdirilməsi istiqamətində sistemli,
davamlı addımlar atır. Rəsmi Bakının bu mövqeyi qarşı tərəfdən
də hər zaman müsbət
qarşılanır, bizimlə əməkdaşlığı
inkişaf etdirmək həmin təşkilat
və qurumların da maraqlarında olur. Təsadüfi deyil ki, əksər beynəlxalq təşkilat və
qurumlar hətta Azərbaycana Cənubi Qafqazda etibarlı tərəfdaş kimi də baxırlar.
Rəsmi
Bakının uğurla əməkdaşlıq
etdiyi təşkilatlardan biri
də Avropa İttifaqıdır. Son illərdə sözügedən qurumla əlaqələrin inkişaf
etdirilməsi istiqamətində atılan addımlar ikitərəfli
əməkdaşlığın yeni bir mərhələyə qədəm
qoymasına gətirib çıxarıb. Bir müddət əvvəl
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevin Brüsselə
səfəri və orada keçirilən
yüksəksəviyyəli görüş,
əldə edilən razılaşmalardan sonra
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfər etməsi və
Bakıda aparılan məsləhətləşmələr
bunun əyani sübutudur.
Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu günlərdə
Azərbaycanda səfərdə olub və
bir sıra görüşlər keçirib. Donald Tuskun Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşündə
müzakirə edilən məsələlər və müsbət
ritorika üzrə mətbuata verilən
açıqlamalar onu deməyə əsas
verir ki, hər iki tərəf bu əməkdaşlıqdan
olduqca məmnundur və onun
daha da inkişaf etdirilməsində maraqlıdır.
Elə Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyev də bunu açıq şəkildə ifadə edib. Dövlət başçısı qeyd edib ki,
Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlər uğurla
inkişaf edib: "Biz çox sayda görüş keçirmişik və çox
uğurla inkişaf edən
əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri
müzakirə etmişik. Bu,
çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı
yeni səviyyəyə yüksəltməyə
nail olmuşuq".
Qarşıdakı illərdə tərəfdaşlığın
müsbət məcrada inkişaf edəcəyinə
əmin olan Prezident İlham Əliyev Avropa
İttifaqı ilə əməkdaşlığın Azərbaycanın
maraqlarına xidmət etdiyini də ifadə
edib: "Biz yeni sazişlə bağlı Avropa
Komissiyası ilə Azərbaycan arasında davam
edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri
ilə bağlı fikirlərimizi ifadə etdik.
Danışıqlar uğurla davam edir. Bir
çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində
iş aparırıq. Ötən il Avropa Komissiyası ilə
Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri
sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada
Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi və sərhədlərinin
toxunulmazlığına dəstək ifadə olunur".
Donald Tuskla Azərbaycan
Prezidenti arasında keçirilən
görüşdə müzakirə edilən mühüm
məsələlərdən biri də
Dağlıq Qarabağ münaqişəsi
olub. Dövlət başçısı bildirib ki, Donald
Tusk ilə təkbətək görüşümüz zamanı ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı mövqeyimiz barədə məlumat
verib: "Münaqişə Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən
həll olunmalıdır. Uzun illərdir ərazilərimiz
erməni işğalı altındadır. Bir
milyondan çox
qaçqın və məcburi köçkün
bu təcavüz və işğaldan
əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir
ki, münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həll olunmalıdır. Səylərimiz münaqişənin
ən tez zamanda həllinə
yönəlib. Münaqişənin indiyədək həll
olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.
Qeyd etməliyəm ki,
beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk
qrupunun səyləri münaqişənin
ən tez zamanda həllinə
yönəlməlidir. Status-kvo qəbuledilməzdir
və dəyişməlidir. Status-kvonun dəyişməsi
Azərbaycan ərazilərinin işğaldan
azad edilməsinin başlanması deməkdir".
Azərbaycanla Avropa
İttifaqı arasında yüksələn xətlə inkişaf edən əlaqələr
sırasında enerji sahəsində əməkdaşlığı
xüsusi qeyd etmək
lazımdır. Ölkəmizin malik olduğu imkanlar, zəngin
enerji təsisatları, həyata
keçirilən layihələr birməanlı olaraq Avropa İttifaqı tərəfindən
dəstəklənir ki, bu
da təbiidir. Çünki
Azərbaycan günümüzdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Hazırda da tərəflər
arasında enerji sahəsində əməkdaşlıq
yüksələn xətlə inkişaf edir və Donald Tuskla Prezident İlham Əliyev arasında keçirilən
görüşdə sözügedən məsələ də
müzakirə mövzusu olub.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə
çox konstruktiv əməkdaşlıq
edir: "Cənub Qaz
Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna
gəlincə, Azərbaycanda logistika və
nəqliyyat sahəsinə yatırılan investisiyalar
bizə mühüm nəqliyyat habına
çevrilmək imkanı verib. Şərq-Qərb
və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən
keçir. Sözsüz
ki, coğrafi mövqeyimiz üstünlük
yaradır, lakin nəqliyyat sektoruna investisiyalar
yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər
də böyük məna kəsb etməzdi.
Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq
yaxşı nəticələr verir, Azərbaycan
mühüm tranzit
ölkəyə çevrilir. Gələcəkdə
bizim tranzit ölkə
kimi rolumuz sözsüz ki, artacaq. Biz digər sektorlarda da yaxşı əməkdaşlıq
edirik. Ümidvarıq ki,
bütün planlarımız həyata
keçiriləcək".
Qeyd etdiyimiz kimi Avropa İttifaqı da öz növbəsində
Azərbaycanla əlaqələri inkişaf
etdirməkdə maraqlıdır və cənab Tusk Prezident İlham Əliyevlə görüşündə
bunu qeyd edib. Avropa İttifaqı
Şurasının prezidentinin bu əməkdaşlıqda Cənab İlham Əliyevin siyasi
iradəsi və şəxsi rolunu xüsusi vurğulaması da
onu deməyə əsas verir
ki, Brüssel Bakı
ilə əməkdaşlığı inkişaf
etdirməkdə maraqlıdır. Bunu qeyd etdiyimiz kimi Donald Tuskun
fikirlərindən də aydın şəkildə görmək
mümkündür: "Bizim
əlaqələrimizə gəldikdə, sizin
şəxsi rolunuzun, şəxsi
iştirakınızın nə dərəcədə əhəmiyyətli
olduğunu bilmənizi istəyirəm. Mən
sizin səylərinizi həqiqətən
qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və sizin çox müsbət və konstruktiv
rolunuz sayəsində bizim
görüşlərimiz də olduqca səmərəli
keçir. Münasibətlərimiz
intensivləşib və mənim bugünkü
səfərim buna aydın işarədir.
2018-ci ildə biz tərəfdaşlıq
üzrə prioritetləri müəyyən etdik
və Ümumi Aviasiya
Məkanı üzrə Saziş, habelə
yeni Aİ-Azərbaycan sazişi
üzrə danışıqlar yekunlaşmaq
üzrədir. İqtisadiyyatlarımız bunlardan
faydalanacaq və bizim siyasi, biznes və mədəni
münasibətlərimiz dərinləşəcək. Əlbəttə
ki, biz bizi
sözün həqiqi mənasında birləşdirən
Cənub Qaz Dəhlizini
unutmamalıyıq. Bu müsbət məqam
tərəfdaşlığımızı daha
yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün
birbaşa faydalı olmalıdır, Azərbaycanın
islahatlar və iqtisadi
şaxələnmə prosesini
müşayiət etməlidir. Azərbaycan özünü
nəqliyyat və logistika
qovşağına çevirmək üçün
mühüm addımlar atıb"
Avropa
İttifaqı Şurasının Prezidenti
çıxışında Azərbaycanda hökm
sürən sabitliyi də müsbət
qiymətləndirərək ölkəmiz üçün
bir nömrəli problem
olan Dağlıq Qarabağ
münaqişəsinə də toxunub və
regionda sabitliyin
davamlı xarakter daşıması üçün bu
münaqişənin həllinin vacibliyini ifadə
edib: "Regionda
sabitliyə istinad edərək biz, həmçinin həll olunmamış
Dağlıq Qarabağ münaqişəsini
də müzakirə etdik. Bu
münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn
prinsipləri əsasında siyasi yolla öz həllini
tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin
səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında
diqqətin münaqişənin ədalətli və
davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.
Biz, ümumilikdə gərginliyin
azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca
son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək
üçün təmkinli olmaq önəmlidir, lakin,
eyni zamanda, sülhə
və səmərəli danışıqların
aparılmasına imkan verən
ab-havanın bərpasına yönəlmiş tədbirlər
də mühüm əhəmiyyət kəsb
edir. Avropa İttifaqı
artıq sülhün qurulmasına yönəlmiş
fəaliyyətləri dəstəkləyir və xalqları
sülhə hazırlamaq üçün
konkret tədbirlərlə kömək
etməyə hazırdır". Donald Tuskun çıxışı zamanı "Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir"
fikri bizim üçün olduqca əhəmiyyətli
və vacibdir.
Göründüyü kimi,
mövcud olan
qarşılıqlı faydalı əməkdaşlıq və
bu əməkdaşlığı inkişaf etdirmək üçün
olan perspektivlər. Imkanlar
onu deməyə əsas verir
ki, Avropa
İttifaqı ilə Azərbaycan arasında əlaqələr,
əməkdaşlıq bundan sonra daha da
inkişaf edəcək və yeni bir mərhələyə qədəm qoyacaq.
Həmçinin tərəflər bu məqsədlə qarşılarına qoyduqları hədəflərə
nail olacaqlar. Elə
Bakıda keçirilən müzakirələr zamanı Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Avropa
İttifaqı Şurasının prezidenti
Donald Tusk da bunu açıq şəkildə
ifadə edib. Dövlət
başçısı da qeyd
edib ki, Avropa İttifaqı ilə Azərbaycan
arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə
əsaslanır: "Biz də öz tərəfimizdən Avropa
İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı
gücləndirmək üçün çox işlər görürük.
Mən, həmçinin qeyd etmək istərdim
ki, Azərbaycan Avropa
İttifaqının bir neçə üzv ölkəsi ilə strateji
tərəfdaşlığa dair sənədləri
qəbul edib və ya
imzalayıb. Bu da bizim əməkdaşlığımıza
yaxşı töhfədir".
Donald Tusk da qeyd edib
ki, Prezident İlham Əliyevlə görüşdə
Azərbaycanla əməkdaşlığı daha
da dərinləşdirmək üçün Avropa
İttifaqının hazır olduğunu bir daha təsdiq edib: "Avropa
İttifaqı və Azərbaycan hər il
bir-birinə yaxınlaşır".
Qeyd edək
ki, 1996-cı il aprelin 22-də Lüksemburqda
Avropa İttifaqı və Azərbaycan
Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət,
immiqrasiya və qeyri-qanuni
ticarətin qarşısının alınması sahəsində
əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi" imzalanıb. Bu
müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu
səhifələrindən biri kimi qiymətləndirilir. Müqaviləni
imzalamış bütün dövlətlər
tərəfindən ratifikasiya edildikdən
sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və
ümummilli lider Heydər
Əliyevin imza atdığı bu saziş tərəflər
arasında yüksək səviyyəli əməkdaşlığın
təşəkkül tapmasını təsdiqləyir.
Füzuli
Olaylar.-2019.-11-12 iyul.-S.7