Azərbaycanda
fikir, söz və məlumat
azadlığı, plüralizm yüksək
səviyyədədir
"Demokratiyanın
əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli
inkişafında, cəmiyyətlərin formalaşmasında
müstəsna rol oynayır. Azərbaycan da söz
azadlığının qorunduğu, mətbuat
azadlığı prinsipinə hörmətlə
yanaşılan ölkələrdəndir. Söz
azadlığı dünyada bəlkə
də ən əvəzolunmaz nemətlərdəndir. Bəşər
övladının azad mühitdə
yaşayıb, öz fikrini
sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz.
Fikir, söz və məlumat azadlığı, sərbəst
düşüncənin ifadə olunması üçün
hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və
bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas
dəyər və məqsəd olmaqla bərabər,
ölkənin demokratik inkişaf
səviyyəsini müəyyənləşdirməyə
imkan verən əsas elementlərdəndir.
İnsan hüquq və
azadlıqlarının ayrılmaz hissəsi olan
söz, fikir və
ifadə azadlığı və bunların təminatı hər
bir ölkədə demokratiyanın nə
dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların
nə dərəcədə uğurlu
işləməsinin əsasını təşkil edir".
Bu fikirləri Olaylar.az-
siyasi ekspert Kənan Paşayev deyib.
O bildirib ki, ölkədə azad
medianın, insan hüquq
və azadlıqlarının müdafiəsi demokratik
mexanizmlərinin mövcudluğunun əsas
şərtlərindən biri kimi qəbul edilir: "İnsan azadlığı bəşəriyyətin
əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın
müntəzəm formada
yayıldığı digər vasitələr cəmiyyətin
inkişafına ciddi təsir göstərən,
onun vəziyyətini və mahiyyətini
müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi
informasiya vasitələri cəmiyyətdə
ictimai fikri, dövlətə
inamı və sosial fəallığı
formalaşdırmaqla yanaşı, həm də onları
istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab
olunan kütləvi informasiya
vasitələri dünyada demokratiya
və informasiya azadlığının mühüm vasitəsi hesab
edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad
fəaliyyəti və inkişafı üçün
zəruri tədbirlər görülür.
Milli mətbuatımızın uğurlu inkişafı onun
zəngin keçmişinin
mirasıdır. "Əkinçi" qəzeti ilə əsası
qoyulan Azərbaycan milli
mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan
milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans
qazanıb. Həmin dövrdə müstəqil mətbuatın,
söz, fikir azadlığının
inkişafına ziyalıların göstərdiyi xidmətlər
gələcək illərdə bu sahədə
yaranan peşəkarlığın, rəngarəngliyin
əsasını qoyub.
Ölkəmiz sovetlər ittifaqı
dağıldıqdan, müstəqilliyə qovuşduqdan
sonra demokratik inkişaf yolunu seçib və sürətli
inkişafını təmin etmək məqsədilə Qərbə
inteqrasiya kursu
götürüb.1992-93-cü illərdə ölkəni
bürüyən xaosa ümummilli
lider Heydər Əliyevin xalqın israrlı tələbindən sonra hakimiyyətə
gəlməsi ilə son qoyuldu.
Ölkəmizdə alovlanan vətəndaş
müharibəsi söndürüldü,
cəmiyyətdə yaranmış ciddi parçalanma aradan
qalxdı. Azərbaycanda xaricdən idarə olunan
qiyamçı qüvvələrin fəaliyyəti
dayandırıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
zəminində gedən müharibənin gedişində ciddi dönüş
yarandı. Ümummili liderin
rəhbərliyi altında formalaşdırılan ordumuzun işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində
hücumları erməni quldurlarının işğal
etdikləri ərazilərimizin bir hissəsinin
azad olunması ilə nəticələndi.
Belə
çətin bir dövrdə, müharibə
şəraitində olan ölkədə fikir, söz və mətbuat
azadlığının, plüralizmin inkişaf etdirilməsinin nə qədər
çətin olduğunu təsəvvür
etmək, elə də çətin deyil".
Ekspert qeyd edib ki,
ölkədə kəskin parçalanmaya
səbəb olmuş AXC-Müsavat
hakimiyyətinin fəaliyyəti nəticəsində sovetlərdən
qalma köhnə qanunlar
belə, işləmirdi: "İnsan
azadlıqlarının, o cümlədən
fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsini təmin
edəcək yeni qanunların qəbul
edilməsi bir yana, heç sovetdənqalma qaydalara
riayət edilməsi də, təmin olunmurdu.
Əksinə, əllərində demokratiya
bayrağı ilə hakimiyyətə gələn bəylər
ölkədə mövcud olan
azacıq demokratiya elementlərini də ayaqlar altına atmışdılar. Hadisələr o qədər kəskinləşdi
ki, o vaxtkı daxili işlər naziri
dövlət televiziyasına hücüm
çəkdi, fikir, söz
və məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsində böyük rol oynayan telestudiyada
çalışan insanları açıq təhqir etməkdən
belə, çəkinmədi. Belə çətin
şəraitdə hakimiyyətə gələn Ümummilli Lider ölkədə
baş verən bütün
mənfi hadisələrin qarşısına sinəsini sipər
edərək, cəmiyyətdə mövcud
olan mənfi ünsürləri qətiyyətlə
sıradan çıxardı...
12
noyabr 1995-ci ildə müstəqil ölkəmizin
ilk demokratik
Konstitusiyası ümumxalq səsverməsi
ilə qəbul olundu. Yeni qəbul olunmuş
Konstitusiyamızın əsasən insan hüquq və azadlıqlarının təmin
olunması, eyni zamanda
ölkəmizdə fikir, söz
və məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi üçün
yeni üfüqlər açdı. Azad və müstəqil mətbuatın
inkişafına, qəzet və jurnalların
yeni cəmiyyətin xarakterinə uyğun fəaliyyət göstərməsinə
şərait yarandı. Televizya
kanallarının sayı artdı, onların yayım keyfiyyəti
yaxşılaşdı, yeni formalaşmaqda olan
telekanalların maddi bazasının və
peşəkar kadrlarla təmin
olunmasına başlanıldı. Siyasi
partiyaların fəaliyyətinə normal şərait yaradıldı.
1995 və 2000-ci illərdə Milli Məclisə
keçiriən seçkilərdə bütün
siyasi qüvvələrin təmsil
olunmasına imkan yaradıldı. Proporsional və mojaritar seçki sistemləri ilə keçirilən
demokratik seçkilər, eyni
zamanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişafı sahəsində
ölkədə qısa müddətdə qazanılan nəticələrə
baxışı təmin etdi. Bu seçkiləri müşahidə edən xarici müşahidəçilər istər proporsional, istərsə də mojaritar
sistemlə namizədliyini irəli sürmüş
insanlara bərabər şəraitin
yaradılmasının şahidi oldular və mətbuat konfransında bu barədə bəyanatlar verdilər".
K.
Paşayev vurğulayıb ki,
Prezident İlham
Əliyevin ölkəyə rəhbərliyi dövründə
də media sektorunun
inkişafı üçün ciddi addımlar atılıb, söz,
fikir azadlığının təmin
olunması istiqamətində əsaslı nailiyyətlər əldə
edilib: "Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Konsepsiyası ilə bağlı qərarın
qəbul olunması, Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə
fəxri adların verilməsi, onların orden
və medallarla təltif olunması, qəzet
redaksiyalarına, informasiya agentliklərinə
birdəfəlik maliyyə yardımlarının edilməsi media sektorunun
inkişafını sürətləndirdi. Bu
addım Azərbaycan jurnalistlərinin həvəslənməsi,
peşələrinə daha sıx
bağlanması ilə nəticələndi. Jurnalistlərin fərqlənməsi,
onların əməyinin qiymətləndirilməsi gənc nəsil
jurnalistlərinin ruhlanması və daha səmərəli
çalışmasına xüsusi
töhfə verdi. Fond
fəaliyyəti dövründə fikir, söz və məlumat azadlıqlarının
möhkəmləndirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirməklə bu sahəni daha da inkişaf etdirdi.
Artıq
indi Azərbaycan söz
və məlumat azadlığının təmin olunması,
medianın inkişaf etdirilməsi istiqamətində
görülən işlərdə nəinki Qafqazda
liderdir, bütün dünyada ön
sıralardadır. Azərbaycan söz
azadlığının qorunduğu, mətbuat
azadlığı prinsipinə hörmətlə
yanaşılan ölkələrdən hesab
edilir. Ölkədə azad
medianın, insan hüquq
və azadlıqlarının müdafiəsi demokratik
mexanizmlərin mövcudluğunun əsas
şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri
- qəzetlər, jurnallar, televiziya
və radiolar, informasiya
agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr
cəmiyyətin inkişafına ciddi təsir
göstərən, onun vəziyyətini və
mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib
hissəsidir. Kütləvi informasiya vasitələri
cəmiyyətdə ictimai fikri,
dövlətə inamı və sosial fəallığı
formalaşdırmaqla yanaşı, həm də onları
istiqamətləndirir. Dördüncü
hakimiyyət hesab olunan
kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab
edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad
fəaliyyəti və inkişafı üçün
zəruri tədbirlər görülür.
Artıq kütləvi informasiya vasitələri
də məhz bu imkanlardan
yararlanaraq öz
müstəqil, azad fəaliyyətlərini
davam etdirir, dövlətçilik,
milli maraqlar
prizmasından çıxış edirlər".
Ekspert əlavə edib
ki, bu gün
Azərbaycanda fikir, söz
və məlumat azadlığı, plüralizm
yüksək səviyyədədir: "Hazırda ölkədə
hər kəsin müstəqil fikir bildirmək,
yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və
hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər bir azərbaycanlı
bilir. Təhsilindən, savadından,
peşəsindən asılı olmayaraq hər
kəs öz hüquqlarını tələb
etməyə qadirdir. Təbii ki, bu proses
dövlətin diqqət və qayğısı, yaradılan
şərait nəticəsində yaranıb. Dövlətin
müstəqil medianın inkişafına dəstəyi söz və fikir
azadlığının yaranmasına səbəb olub".
Olaylar.-2019.-11-12 iyul.-S.15.