Bakı diplomatik və siyasi paytaxt statusunu təsdiqləyir
Azərbaycan beynəlxalq aləmdə
etimad mühitinin formalaşmasına öz töhfəsini
verir
NATO
ilə Rusiya arasında
danışıqlar aparmaq üçün
məkan kimi yenə də Azərbaycan seçildi. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri
Gerasimov Bakıda NATO-nun
Avropada Müttəfiq Qüvvələrinin
Ali Baş Komandanı
Tod Uolters ilə
danışıqlar aparacaq. Əslində
Bakının növbəti dəfə qlobal
güc mərkəzlərinin hərbi rəhbərliyinin
görüşü üçün
məkan kimi seçilməsini heç də təsadüfi hesab
etmək olmaz. Birmənalı şəkildə
qeyd etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi
düşünülmüş xarici siyasət bəhrəsini verməkdədir.
Yəni, artıq dünyanın super
gücləri müstəqil Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasətlə razılaşmaq zorunda qalıblar. Nəticədə Azərbaycan
qlobal münaqişələrin, beynəlxalq
sülh və təhlükəsizliyin
müzakirə edildiyi məkana çevrilib. Xatırladaq ki,
2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi
rəhbərliyinin görüşlərinin keçirilməsi
artıq ənənəvi xarakter
daşıyır. Belə ki,
2017-ci ilin fevralında Amerika
Birləşmiş Ştatlarının Baş
Qərargahlar rəisi ilə Rusiya
Federasiyası Silahlı Qüvvələrinin Baş
qərargah rəisi, 2017-ci ilin
sentyabrında isə NATO-nun hərbi komitəsinin
sədri ilə Rusiya Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi arasında
Bakıda görüşlər keçirilib.
Hazırda da bütün
dünya ölkələrinin liderlərinin,
strateji araşdırma mərkəzlərinin,
eləcə də dünyanın aparıcı mətbuat
orqanlarını gözü Azərbaycana
diklilb. Səbəb Rusiya
Federasiyası Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun
Avropada Müttəfiq Qüvvələrinin
Ali Baş Komandanı
Tod Uolters ilə
aparacağı danışıqlardır. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan
nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının üzvü
deyil. Belə halda, Rusiya və NATO-nun dialoq üçün məhz
Azərbaycanı seçməsi hansı arqumentlərə
söykənir?
Əvvala
qeyd edək ki, dünyada gedən proseslərlə
bağlı vacib bir görüşün keçirilməsi üçün məkan olaraq
Bakının seçilməsi Azərbaycanın önəmindən
xəbər verir. Bu gün
Amerika Birləşmiş Ştatları
ilə Rusiya Federasiyası arasında
münasibətlərin aspektləri baxımından vəziyyətə
nəzər salsaq, belə bir
yüksək səviyyəli görüşün
məhz Bakıda keçirilməsinin nə dərəcədə
böyük əhəmiyyət malik olması aşkarlanır. Qətiyyətlə demək olar
ki, sözgedən görüş
üçün məkanın
Bakının seçilməsi Azərbaycanın yürütdüyü müstəqil, beynəlxalq
hüququn prinsiplərinə söykənən,
qətiyyətli siyasətlə bağlıdır.Nəzərə
almaq lazımdır ki,
ölkəmiz bütün
məsələlərdə, istər regional,
istərsə də dünyada gedən
beynəlxalq proseslərə münasibətdə birmənalı
olaraq beynəlxalq hüququn
prinsiplərinə söykənir. Ən vacib
məsələlərin, ən kəskin həddə
çatmış problemlərin həlli yolu
kimi dialoqu üstün tutaraq
qarşılıqlı faydalı əməkdaşlığa
üstünlük verir.
Bu mənada Azərbaycan bu
gün dünyanın iki
supergücünün hər birindən bərabər
məsafədə görünür. Bunun da əsas səbəbi
Prezident İlham
Əliyevin yürütdüyü müstəqil,
ardıcıl və məqsədyönlü siyasətdir.
Siyasi ekspertlər hesab
edirlər ki, ən qlobal
məsələlərin həlli məqsədilə
danışıqlar aparmaq üçün
Bakının seçilməsi təsadüfi deyil.
Azərbaycan həm Rusiya, həm NATO ilə hərbi sahədə yaxın
münasibətlər saxlayır. Heç şübhəsiz ki, danışıqların Bakıda
keçirilməsi barədə qərar verilərkən Azərbaycanın
obyektiv mövqeyi ilə
fərqləndiyi, daim beynəlxalq hüququn prinsiplərinə sədaqət
göstərdiyi və başqa ölkələrin
siyasi quruluşlarına, adət-ənənələrinə
hörmət göstərməsi nəzərə
alınıb. Deməli, artıq Bakı beynəlxalq siyasi münaqişələrin müzakirə
edildiyi "diplomatik paytaxt" şəhərinə çevrilib. Bu isə Bakının geostrateji
və geosiyasi mövqeyi
ilə bağlı yürüdülən çoxvertikallı
xarici siyasət nəticəsində
qazandığı imicin təzahürüdür.
Heç şübhəsiz ki, sözgedən görüş
həlli vacib məsələlərin həlli
perspektivlərinə müəyyən bir
işıq salacaq. Bunun
da məhz Bakıda baş
verməsinin özü çox
əhəmiyyətlidir ki, bunula
da Azərbaycanın qlobal
münaqişələrin həllində rolu
artmış olur.
Digər
tərəfdən belə bir görüşün keçirilməsi üçün Bakının seçilməsi
onun neytral mövqeyə
malik olması ilə əlaqələndirilir.
Bu baxımdan demək olar
ki, Bakıda belə bir
mötəbər görüşün
keçirilməsi ölkəmizə, ölkə rəhbərinə
böyük bir
etimaddır. Bu, onu
göstərir ki, Azərbaycan dövlətinin
xarici siyasəti düzgün
və uğurludur. Məlumdur ki, hazırda dünyanın super
güc mərkəzləri olan Rusiya və Amerika Birləşmiş Ştatları
arasındakı münasibətlər müsbət istiqamətdə
getmir, ortada ziddiyyətli
maraqlar mövcuddur. Hətta
vəziyyət o həddə
çatıb ki, ABŞ Rusiyaya
qarşı sanksiyalar tətbiq edir. İki super dövlətin münasibətlərinin kəskin
olduğu bir məqamda isə Azərbaycanın mövqeyi önəmlidir. Ona
görə ki, Azərbaycan həm Rusiya, həm də ABŞ-la
düzgün münasibət qurub, üstəlik hər iki
dövləti özünə tərəfdsaş hesab edir. Belə bir vəziyyət də ölkəmizin dialoq məkanına çevrilməsini təmin
edən amillərdəndir. Bu baxımdan
demək olar ki,
Bakıda aparılan danışıqlar təkcə Rusiya və NATO-nun deyil, eləcə də dünya
dövlətlərinin baxışına təsirsiz
ötüşməyəcək.
Etiraf edilməlidir ki,
hazırda dünya ölkələrində
təlatümlərin baş verdiyi bir məqamda Azərbaycan
bu görüş üçün yeganə məkandır. Həmçinin
Azərbaycanın təşəbbüsü və
iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri
ölkəmizin bu statusunu
daha da möhkəmləndirib.
Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu
oynayır. Ona görə də həm
NATO, həm Rusiya Azərbaycan etibar edir və
damnışıqların aparılması üçün
də məkan olaraq həmişə Azərbaycanı
seçirlər. Sülh və dialoq məkanı kimi
növbəti dəfə Bakının seçilməsi Azərbaycanın
beynəlxalq miqyasda rolunu
və nüfuzunu daha da artıran amildir. Onu da qeyd
edək ki, diplomatik və
siyasi paytatx şəhərinə
çevrilən Bakıda belə bir görüşün keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə sülhün və təhlükəsizliyn təmin
olunmasında rolunu artıracağı
şübhə doğurmur. Məlumdur ki, bu vaxta
qədər Azərbaycan müxtəlif sahələri əhatə
edən kifayət qədər beynəlxalq tədbirlərə
ev sahibliyi edib. Bunların sırasına sosial,
iqtisadi, humanitar və
mədəni tədbirlər olub. İndi isə
Bakı siyasi tədbirlərin məkanına
çevrilib. Bu isə
Azərbaycanın beynəlxalq aləmdə siyasi
çəkisinin artmasına təsir göstərir.
Nurlan
Olaylar.-2019.-11-12 iyul.S.10.