Heydər
Əliyevin ölkə rəhbərliyinə gəlişini Azərbaycanda
intibahın başlanğıcı kimi səciyyələndirmək
olar
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 ili tamam olur.
1969-cu ilin, iyul
ayının bu günlərində respublikaya rəhbərliyə gələn Heydər
Əliyev ali postda əyləşdiyi
ilk gündən ölkənin
inkişafı, rifahı, tərəqqisi üçün
çalışıb. Uğurlu fəaliyyətləri
ilə uğurlu nəticələr əldə
edən ümummilli liderin
respublikaya birinci dəfə
rəhbərlik etdiyi dövrlərdə imza atdığı nailiyyətlər bu gün də fəxrlə
xatırlanır, yad edilir.
Heydər Əliyevin Azərbaycan
xalqı qarşısındakı xidmətlərindən söz açan millət
vəkili Nəsib Məhəməliyev qeyd
edib ki, XX əsr Azərbaycan
tarixinin ən parlaq
siması, qüdrətli şəxsiyyəti olan
Heydər Əliyevin siyasi obrazı
xalqımızın dövlətçilik şüurunun,
tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı mənzərəsidir. Onun
sözlərinə görə, Heydər Əliyev elə
şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna
nəzər yetirdikdə xalqımızın dünəni, bu günü, sabahı
aydın görünür: "Milli özünüdərkin ən yüksək
siyasi ifadəsi olan
müstəqil dövlət ideyası Azərbaycanın ən
yeni tarixin də məhz
onun adı və şəxsiyyəti ilə
bağlıdır. Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla
yanaşdığı vaxtlarda Azərbaycanın
milli maraqları üçün
mümkün olan bütün işləri gördü.
Sovet rejiminin sərt
qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi mədəni inkişafa, müstəqil
düşüncəyə yol
açdı. Qısa zaman kəsiyində
Azərbaycan İttifaq tərkibində o zaman üçün
müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Onun rəhbərliyi ilə XX əsrin 70-ci illərindən
elə bir tarixi
bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində
gələcəkdə müstəqil Azərbaycanın
qurulması, Azərbaycanın tamamilə yeni
tarixinin əsasının qoyulması labüd idi. Həqiqətən də, sovet
dönəmində xalqımızın dahi
oğlunun Azərbaycan üçün
gördüyü bütün
işlər böyük gələcəyə
hesablanmışdı və bu potensial müstəqillik illərində
ölkəmizin başlıca dayaqlarını təşkil etdi.
Sovet illərində olduğu kimi, müstəqillik
dövründə də Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlişini Azərbaycanda intibahın
başlanğıcı kimi səciyyələndirmək
olar". Millət vəkili
qeyd edib ki, 1993-cü il də Azərbaycan
dağılmaq, parçalanmaq təhlükəsi
qarşısında qalanda, qardaş qanı axıdılanda, xalq öz böyük
oğluna üz tutdu: "1993-cü il
müstəqilliyimizin son dərəcə
kövrək olduğu həmin dövr yaxşı yadımızdadır.
Bir tərəfdən
ölkədə cərəyan edən hakimiyyət çəkişmələri
və bunun nəticəsi olaraq
separatizm dalğasının genişlənməsi,
cinayətkarlığın baş
alıb getməsi, anarxiya, digər tərəfdən
isə Ermənistanın hərbi təcavüzü az qala o
illərdə müstəqilliyimizin əldən
getməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə gətirib
çıxaracaqdı. Hakimiyyətdə olduqları qısa
müddət ərzində nəinki heç
bir problemi həll etməyən,
üstəlik, əziyyətini xalqımızın uzun müddət çəkəcəyi
ağır fəsadlar törədən AXC-Müsavat
liderləri 1993-cü ilin yayı ərəfəsində
tamamilə nüfuzdan düşmüş
və xalqın böyük əksəriyyəti
onlardan üz döndərmişdi.
Bütün bunlara rəğmən, AXC-Müsavat
liderləri özlərinə əsas təhlükə, ən
qorxulu rəqib xalqın içərisində
böyük nüfuzu
olan Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Heydər
Əliyevi hesab edir və
onu necə aradan
qaldırmaq barədə düşünürdülər. Baxmayaraq ki,
böyük siyasətçi onların
hakimiyyətinə nəinki müxalifət mövqeyində
dayanmamışdı, əksinə, ən çətin məqamlarda
dəfələrlə onlara kömək əlini
də uzatmışdı. Elə 1993- cü
ilin iyun ayında dərinləşən
hakimiyyət böhranı zamanı da iqtidar Heydər Əliyevə üz
tutdu. Lakin Heydər
Əliyev Naxçıvandan Bakıya xalqın səsinə səs
verib gəldi. Çünki
yaranmış vəziyyətdən çıxış arayan xalq nicat
yolunu yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü; ölkədəki
hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə
başlanmış qardaş
qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya
yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi.
Heydər Əliyevə ünvanlanan
müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən
çıxış yolu deyildi.
Bu, həm
də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ
kövrək olan müstəqilliyimizin
qorunması üçün qəbul edilən
tarixi bir ümumxalq qərarı idi.
Ölkəni ancaq Heydər Əliyev
dühasının xilas edəcəyinə
bütün Azərbaycan xalqı qəlbən
inanırdı. Heydər
Əliyev də çox gözəl bilirdi ki, belə bir vəziyyətdə məsuliyyəti boynuna götürməsə, onsuz
da kövrək olan
müstəqillik əldən veriləcək, dövlətçilik
məhv olacaq. Ulu
öndərin böyüklüyü həm
də onda idi ki, hakimiyyətin ona
qarşı həyata keçirdiyi təxribatları,
qarayaxma kampaniyasını bir
kənara qoyub köməyə tələsdi".
Nəsib
Məhəməliyev bildirib ki, 1993-cü ilin iyun ayında ölkədə hər hansı
dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək böyük risk, qətiyyət
və hünər tələb edirdi: "Gəncədə qiyam
başlamışdı. Ə.Hümbətov Füzuli
bölgəsindən böyük hərbi
hissəni geri çəkərək Lənkərana
aparmışdı. Bir tərəfdən
sadvalçılar fəallaşaraq siyasi
tələblər irəli sürürdülər. Heç bir zərurət olmadan o dövrdə
yaşadığım Balakən rayonuna 7
tank və piyadaların döyüş
maşınları gətirilmişdi. Cəbhə bölgəsindən
cinayətkar qruplar müxtəlif silahlar gətirib yerli əhali
arasında satırdılar. Demək olar ki, respublikanın hər bir
rayonunda, kəndində silahlı dəstələr
çoxsaylı cinayət hadisələri törədir, hər
gün qətllər, zorakılıq, qarətçilik
hadisələri baş verirdi.
Ziyalı, ağsaqqal sözü
eşidilmirdi. Xalqın mərkəzi
hakimiyyətə və gələcəyinə inamı itmişdi. Yadımda qalan bir hadisəni xatırlamaq yerinə düşərdi.
Həmin ərəfədə bir gün rayon prokuroru ilə görüşdən sonra yaxın münasibətdə olduğum prokurorluğun
müstəntiqinin otağına girəndə maddi
sübutlarla dolu çoxlu kisənin
yığıldığının şahidi
oldum. Təsəvvür edin,
cəmi bir ay ərzində
bir rayonda 18 qətl
hadisəsi baş vermişdi.
Budur
hakimiyyətsizliyin, səriştəsiz, təsadüfi
insanların hakimiyyətinin nəticəsi. Ön
cəbhə isə siyasi çəkişmələr
ucbatından ermənilərin üzünə açıq
qalmışdı. Erməni işğalçıları üçün əlverişli şərait
yaranmışdı. Müasir dövrdə
bu acı taleni yaşayan başqa bir sivil dövlət
göstərmək qeyri-mümkündür.
Ən əsası isə odur ki, ölkəni düşdüyü
belə böhranlı vəziyyətdən hər siyasətçi
xilas edə bilmir. Yalnız
Heydər Əliyev kimi dahilər belə vəziyyətlərdə
öz xilaskarlıq missiyalarını
layiqincə yerinə yetirə bilirlər". Millət vəkili
deyib ki, Bakıya gəldikdən
sonra parlamentə Sədr seçilmək
barədə xahişləri qəbul etməyən Heydər
Əliyev Gəncədə yaranmış vəziyyətlə
tanış olmaq üçün
ora yola düşdü: "Gəncədə 709
saylı hərbi hissənin döyüş
meydanına çevrilmiş ərazisinə
baş çəkdi, şəhər
sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, öz ağsaqqal
sözünü dedi.
Ulu öndər həyatını təhlükəyə
atsa da,
missiyasını şərəflə yerinə yetirdi. Sonradan bu səfər zamanı onun
fiziki məhvi barədə cəhdlərin
olması faktları aşkarlandı. Hərçənd ki, qorxulu səfərə
yola düşərkən ona
qarşı qəsdlərin olacağını Heydər
Əliyev yaxşı bilirdi. Lakin xalqın güclü
məhəbbətinin qarşısında cinayətkarlar aciz idilər. Tarix göstərir
ki, Heydər Əliyevin Gəncəyə
səfəri ölkədə yaranmış vətəndaş
qarşıdurmasının qarşısını aldı.
1993-cü
il iyunun 15-də Heydər
Əliyevin Azərbaycan Ali Sovetinin
Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin
məhz Ulu öndərin xilaskarlıq
missiyasına olan ümid
və inamlarının göstəricisi idi.
Beləliklə, Heydər Əliyevin 1993-cü il iyunun 9-da
Naxçıvandan Bakıya gəlişi və 6 gün sonra Ali Sovetin Sədri
seçilməsi ilə müasir tariximizdə
yeni mərhələnin
başlanğıcı qoyuldu. Çünki bununla ilk növbədə Azərbaycan müstəqil
dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən,
Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən
və parçalanmaqdan qurtuldu.
Heydər Əliyev şəxsiyyətinin
miqyası, nəhəngliyi və əzəməti tarixin onun öhdəsinə
buraxdığı tale yüklü
məsələnin həllini həyata keçirmək
qüdrətini nümayiş etdirdi və Azərbaycanın tarixində xilaskar lider adını
daşımaq şərəfi məhz ona
qismət oldu. Onu
da xatırlamağa ehtiyac
var ki, Heydər
Əliyevin Ali Sovetin Sədri
seçilməsi müəyyən siyasi
dairələri qane etmirdi.
Ona
görə 1993-cü ilin iyun
ayında Gəncə hadisələrindən sonra
respublikamız birdən birə həm xaricdən, həm də
daxildən zərbələrə məruz qaldı. Belə ki, ön cəbhədəki
bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından,
ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən
erməni hərbi birləşmələri yeni
hücum əməliyyatına
başladılar. Belə bir vəziyyətdə
ölkənin o vaxtkı Prezidenti
qəflətən Bakını tərk etdi
və ölkənin cənubunda qondarma
talış-muğan respublikası elan edildi. Yaranmış vəziyyətdə
yeganə ümid yeri
yenə də Heydər Əliyev idi.
1993-cü il iyunun 24-də
Milli Məclisin qərarı ilə Heydər
Əliyev Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə
başladı. Heydər Əliyev bu dəfə
də xalqın müdrikliyinə arxalanaraq,
ölkənin parçalanmasına imkan
vermədən qətiyyətli və düzgün qərarları ilə Azəbaycan
xalqını bu bəladan xilas
etdi. 1993-cü il
oktyabrın 3-də isə xalq onu bəlalardan qurtaran
xilaskarını görünməmiş siyasi
fəallıq və ruh yüksəkliyi ilə
müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi".
Nəsib Məhəməliyev deyib ki, Azərbaycan
dövlətçiliyi sonrakı illərdə də ona qarşı yönəlmiş qəsdlərdən
uğurla çıxdı: "Ümummilli liderin qətiyyəti
xalqa ruh yüksəkliyi
gətirdi, sabaha inamını özünə
qaytardı. Ölkəmiz xaosdan xilas oldu, sabitlik
və əmin-amanlıq yarandı, tənəzzülə son qoyuldu,
hər bir sahədə inkişaf
meyilləri görünməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə
qayıdışı ilə qoca
Qafqazın bu bölgəsində yeni bir siyasi
dövr, yeni təfəkkür
mərhələsi başlandı. Məhz bu
yeni dövr Azərbaycanın XXI əsrə hüquqi,
demokratik dövlət kimi
adlamasına əsaslı təminat yaratdı. Heydər
Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilə nail olduğumuz Milli Qurtuluşdan başlanan
yüksəliş qısa zamanda bütün sahələrdə özünü göstərdi. Azərbaycan Respublikasının Milli
Məclisi 1997-ci il 27 iyun
tarixli qərarı ilə Heydər
Əliyevin ölkə rəhbərliyinə
qayıdışı gününü rəsmi
olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edib. Çünki Azərbaycanın
işıqlı gələcəyinin təməli qoyulduğu 15 İyun haqlı
olaraq qurtuluş,
xalqımızın fəlakətlərdən xilas
olub qüdrətli bir
dövlətin bünövrəsinin qoyulduğu
gün kimi ən müasir tariximizə qızıl hərflərlə
yazılıb. Milli Qurtuluş
Gününü qədir bilən
xalqımız hər zaman əziz və
qiymətli tutur, hər il
böyük sevinc və
fərəh hissi ilə qeyd
edir. Bu müqəddəs
günü tarixə yazan
isə Ümummilli lider
Heydər Əliyevdir. Bu gün
respublikamız müstəqil dövlət olaraq
mətinliklə irəliləyir, inkişaf
edir, güclənir. Ulu
öndərin siyasi kursu,
yaratdığı dövlətçilik ənənələri
onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam
etdirilir. Bunun nəticəsidir
ki, qazandığı uğurlarla
Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətə
çevrilib. Prezident İlham
Əliyevin ölkəyə rəhbərlik etdiyi
ötən 16 ilə yaxın dövr ərzində
Azərbaycan çox mühüm
keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu
artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib. Cənab İlham Əliyev Azərbaycanı
Heydər Əliyevin arzuladığı bir
səviyyəyə çatdırıb, Heydər Əliyevin
görmək istədiyi ölkəyə çevirib.
Ən əsası odur ki,
Prezident İlham
Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər addımda Azərbaycanın
dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirib,
əbədi, sarsılmaz və dönməz edib".
Süleyman
Olaylar.-2019.-11-12 iyul.-S.11.