UNESCO ilə əməkdaşlıq
iqtisadiyyatımızı gücləndirəcək
"Şəki xan sarayının UNESCO
tərəfindən tarixi mədəni abidə kimi qəbul edilməsi Azərbaycan iqtisadiyyatının
gələcəyi naminə daha yaxşı bir hadisə oldu. Bu addımdan sonra Qarabağın tarixi abidələrinin
UNESCO tərəfindən qəbul edilməsi
gözlənilə bilər".
Bu fikirləri Olaylar.az-a Səbail YAP Gənclər Birliyinin sədr müavini Fuad Heydər deyib.
O bildirib ki, hər şey Şəki xan sarayından başlayır
və bura gələn turistlər
məhz araşdıraraq Dağlıq Qarabağın bizə
məxsus olduğunu daha yaxından biləcəklər: "Bununla yanaşı xaricituristlərin Bakıya gəlişi və xan sarayı ilə tanışlıq etməsi həm
Azərbaycanı dünya arenasında güclü tanıdacaq, həm də Azərbaycan
iqtisadiyyatı güclü inkişaf edəcək. Bu münasibətlə bütünAzərbaycan xalqını təbrik edirəm. Artıq ümidimiz daha da artır ki, Qarabağı xarici ölkələr,
Azərbaycanın əzəli torpağı kimi tanıyacaqdır".
Olaylar.-2019.-11-12
iyul.-S.2.