UNESKO ilə səmərəli əməkdaşlığın daha bir uğuru

 

 

Yerləşdiyi coğrafiyada əhəmiyyətli mövqeyə malik olan Azərbaycan bütün sahələrdə özünün sürətli inkişaf, tərəqqi dövrünü yaşayır. Uzunmüddətli siyasi sabitlik fonunda əldə edilən iqtisadi inkişaf Azərbaycanın yerləşdiyi regiondadünyada mövqelərini möhkəmləndirmək, onu dünyanın aparıcı dövlətlərindən birinə çevirməklə yanaşı, ölkəmizə olan marağı da artırıb. Diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, bu inkişaf özünü bütün istiqamətlərdə göstərir və çoxşaxəli xarakter daşıyır. İstər iqtisadi, istər sosial, istər humanitar, istərsə də idman sahəsində öz sözünü deyən, dünyanın qabaqcıl ölkələri ilə eyni sırada qərarlaşan Azərbaycanda mədəniyyət, adət-ənənələrə yüksək səviyyədə verilən, tarixi-mədəni abidələrin mühafizəsi, onların ciddi şəkildə qorunması beynəlxalq birlik tərəfindən də təqdir edilir, dəstəklənir. Bunun ən bariz nümunəsi müntəzəm olaraq Azərbaycanda mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi, eləcə də bu kimi mühüm tədbirlərə Bakının evsahibliyi etməsidir. Keçirilən bu kimi tədbirlər əslində həmin beynəlxalq təşkilat və qurumların Azərbaycan dövlətinin, hakimiyyətinin mədəniyyətin inkişafı, tarixi-mədəni abidlərin qorunmasına verdiyi dəyərə dəstəyin nümayişidir.

 

Bu gün Azərbaycan demək olar ki, dünyanın qeyd edilən sahədə fəaliyyət göstərən aparıcı təşkilat və qurumları ilə yaxından əməkdaşlıq edir. Ölkəmizin buya digər təşkilatlarda yüksək səviyyədə təmsilçiliyi, müzakirəyə çıxarılan məsələlərdə və qəbul edilən qərarlarda aktivliyin Azərbaycanın həmin təşkilatlarda mövqeyini daha da möhkəmləndirir.

 

Günümüzdə Azərbaycanın bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlardan olan UNESKO ilə də əməkdaşlığı yüksək səviyyədə davam edir. Məlumat üçün qeyd edək ki,  Azərbaycan Respublikası 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib. Bundan 4 il sonra, yəni 1996-cı ildə isə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ötən illər ərzində yüksək səviyyədə qurulan ikitərəfli əməkdaşlığın nəticəsi olaraq Azərbaycanın bir neçə tarixi-mədəni abidəsi təşkilatın Ümumdünya Mədəni İrs siyahısına daxil edilib. Bu  bir tərəfdən UNESKO ilə Bakı arasında yüksək səvihyyəli əməkdaşlıqdan xəbər verirsə, digər tərəfdən bu qurumun ölkəmizə verdiyi dəyərin göstəricisidir. Heç şübhəsiz ki, UNESKO tərəfindən Azərbaycana olan bu diqqət, verilən dəyərin də təməlində, əsasında Azərbaycan hakimiyyətinin tarixi-mədəni abidələrə olan münasibəti, onların qorunması istiqamətində atdığı addımlardır. Azərbaycan dövləti müsəlman ölkəsi olmasına baxmayaraq, ərazimizdə yerləşən və başqa dinlərin, xalqların nümayəndələrinə mənsub olan tarixi-mədəni abidələri də yüksək səviyyədə qoruyur, onları mühafizə edir.  Hətta zamanı gəldikdə Azərbaycan dövləti həmin tarixi-mədəni abidələri öz hesabına tərmir də edir. Bütün bu qeyd etdiklərimiz yuxarıda vurğuladığımız kimi UNESKO, eləcə də bu sahədə fəaliyyət göstərən digər müvafiq beymnəlxalq təşkilat və qurumlar tərəfindən tərəfindən yüksək qiymətləndirilir. Elə Şirvanşahlar Sarayı, Qız Qalası, İçəri şəhər və Qobustan Qaya Sənəti Mədəni Landşaftının UNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi də bu əməkdaşlığın yüksək səviyyədə qurulduğunun göstəricisidir.

 

Ümumiyyətlə, etnikdini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və ölkənimdə müxtəlif xalqlara məxsus dinitarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır. Bu fakt bütün dünya tərəfindən, o cümlədən  UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edən mötəbər qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Belə mədəniyyət tədbirləri eyni zamanda ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Bütün bunlar ölkəmizin belə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu bir daha təsdiqləyir.

 

Bu günlərdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Azərbaycan uzun illərdir, daha dəqiq desək təşkilata üzv olduğu vaxtdan etibarən ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu prosesə mühüm töhfələr verir.

 

Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, ölkəmizin UNESKO ilə əməkdaşlığının inkişaf etdirilməsində dövlət, onun müvafiq qurumları ilə bərabər, qeyri-hökumət təşkilatları, xüsusilə də Heydər Əliyev Fonduonun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da davamlı və nəticəyə hesablanmış fəaliyyət ortaya qoyub. Yuxarıda adlarını qeyd etdiyimiz abidələrin UNESKO-nun Ümumdünya İrs sıyahısına daxil edilməsi həm də Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir desək yanılmarıq. Elə bu uğurlu fəaliyyətlərin nəticəsidir ki, Mehriban xanım Əliyeva neçə illərdir UNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərir.

 

Bu günlərdə Azərbaycan UNESKO səviyyəsində daha bir uğura imza atıb deyə bilərik. Belə ki, iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Sessiyada əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda - təcrid olunmuş bir məkanda yerləşir.

 

Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

 

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb. Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, BosniyaHerseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, 41-ci sessiyadan sonra Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın qəbulunu məqsədəuyğun hesab edirlər. Müzakirələrdən sonra "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi sözügedən təşkilatla Azərbaycan dövləti arasında qarşılıqlı faydalı əməkdaşlıq və bu əməkdaşlığın inkişaf etdirilməsinin məntiqi nəticəsidir.  Bu həm də onu göstərir ki, Azərbaycan dövləti və hökuməti tarixi-mədəni abidələrin qorunması, mühafizə edilməsi işini sistemli şəkildə davam etdirir, bu siyasətə sadiqliyini öz əməli ilə təsdiqləyir. Sessiyada Azərbaycanın maraqlarına xidmət edən qərarın qəbul edilməsi eyni zamanda tarixi-mədəni abidələrin qorunmasının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olduğunun göstəricisidir. Azərbaycanın təkcə ölkə daxilində deyil, eləcə də xaricdə tarixi-mədəni irsin qorunmasına verdiyi töhfələr də bu məsələdə xüsusi rol oynayır desək yanılmarıq. Bir neçə il əvvəl Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransaİtaliyada tarixi-mədəni abidələrdə həyata keçirilən təmir-bərpa işləri buna ən bariz nümundədir. Bu həm də qeyd etdiyimiz situasiyanın Azərbaycanda davamlı xarakter daşıdığının əyani sübutudur.

 

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəki ilə bağlı qərarın qəbul edilməsinin ölkəmizin turizm sektoruna da faydalı olacağını əminliklə deyə bilərik. Onsuz da xarici turistlərin əsas ziyarət etdiyi məkanlardan olan Şəki "Xan Sarayı" UNESKO-nun Ümumdünya İrs siyahısına daxil edildikdən sonra daha çox xarici turistlərin ziyarət etdiyi məkanlardan birinə çevriləcək ki, bu da istər-istəməz ölkə iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək. Bununla həm də xarici ölkə vətəndaşları, turistlər Şəki vasitəsilə Azərbaycan mədəniyyəti, onun inciləri ilə daha yaxından tanış ola biləcəklər. Bu da Azərbaycan xalqının dünya mədəniyyətinə xüsusi töhfəsi kimi dəyərləndirilə bilər.

 

Bu gün Azərbaycanla UNESKO arasında davam edən yüksək səviyyəli əməkdaşlıq gələcəkdə daha bir neçə tarixi-mədəni abidələrimizin təşkilatın Ümumdünya İrs siyahısına daxil ediləcəyinə əminlik yaradır. Məlumat üçün qeyd edək ki, Bakı dağ mərhələsi, Binəqədi dördüncü dövr faunaflora qəbirstanlığı, Lökbatan palçıq vulkanı, Hirkan Milli Parkı, Ordubad tarixi şəhəri, Atəşgah, Şuşa tarixi şəhəri, Xəzər dənizinin sahilindəki müdafiə qurğuları, Naxçıvan türbələri və Zaqatala dövlət təbiət qoruğu UNESKO-nun Ümumdünya irs siyahısına namizəd məkanlardandır.

 

Süleyman

 

Olaylar.-2019.-11-12 iyul.-S.7.