Vüqar Rəhimzadə: "Azərbaycandan dünyaya sülh, sabitlik və multikultural dəyərləri
əks etdirən mesajlar
ünvanlanır"
"Bu gün
Azərbaycan dünyanın diqqət mərkəzində olan
ölkələr sırasındadır. Elə mütəmadi
olaraq paytaxt Bakıda
keçirilən beynəlxalq tədbirlər, siyasi,
iqtisadi, mədəni və s. müstəvilərdə aparılan
müzakirələr bunu deməyə əsas
verir. Təbii ki, bütün bunlar səbəbsiz
deyil. Möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən uğurlu daxili və xarici siyasət
beynəlxalq aləm üçün cəlbedici
olmaqla yanaşı, region
və dünyaya sabitlik,
sülh və təhlükəsizlik vəd
edir. Azərbaycanın təşəbbüsü
ilə reallığa çevrilən qlobal
layihələr ölkələr arasında yeni
əməkdaşlıqların meydana gəlməsinə
və daha da genişlənməsinə
yol açır. Bu
layihələr qarşılıqlı milli
maraqlara hörmət etməklə hər
bir iştirakçı ölkəyə böyük qazanc, iqtisadi mənfəət gətirir". Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Siyasi
Şurasının üzvü, "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə
bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri
Gerasimov ilə NATO-nun
Avropada Müttəfiq Qüvvələrinin
Ali Baş Komandanı
Tod Uolters arasında görüşün məhz Bakıda
keçirilməsi ölkəmizin beynəlxalq arenada
yüksələn nüfuzunun, artan siyasi çəkisinin parlaq
təzahürüdür: "Azərbaycan nə NATO, nə də
Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının üzvü deyil. Buna baxmayaraq,
bu qurumları təmsil edən qlobal güclərin nümayəndələrinin
məhz Bakıda görüşmələri ölkəmizə
olan inam və etimadın
nəticəsidir. Azərbaycan dünyada
sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Bu
müsbət imicin formalaşmasında
ölkə rəhbərliyinin həyata keçirdiyi
məqsədyönlü siyasət əsas amil
kimi çıxış edir.
Bu görüş ondan xəbər verir ki, müstəqil siyasət yürüdən,
heç kimdən asılı olmayan Azərbaycan dünya
miqyasıdan söz sahibi
olan ölkələr
sırasındadır".
"İki sahil" qəzetinin
baş redaktoru
vurğulayıb ki, qitələri birləşdirən,
böyük güclərin hörmətlə
yanaşdığı, hər zaman
hesablaşdığı Azərbaycan artıq beynəlxalq dialoq məkanına çevrilib:
"Bu məkandan isə dünyaya
sülh, sabitlik və
multikultural dəyərləri, birgə əməkdaşlığı
əks etdirən mesajlar
ünvanlanır".
Olaylar.-2019.-11-12 iyul.-S.13.