UNESKO-nun 43-cü sessiyası başa
çatdı
Şəki
Xan sarayının UNESKO-nun
Dünya irs
siyahısına daxil edilməsi Azərbaycan
mədəniyyətinin tarixi qələbəsidir
İyulun 10-da Bakı Konqres Mərkəzində UNESKO Dünya İrs Komitəsinin
43-cü sessiyasının baş
çatması münasibətilə Təşkilat Komitəsinin
sədri, Mədəniyyət naziri
Əbülfəs Qarayev mətbuat
konfransı keçirdi.
Olaylar.az bildirir
ki, bütün media nümayəndələrinə minnətdarlığını
bildirən Əbülfəs Qarayev tədbir
müddətində qəbul edilmiş qərarlardan,
keçirilən görüşlərdən, əldə edilən
uğurlardan söz
açdı.
Nazir dedi ki, ölkəmizin son illər
sürətli inkişaf yoluna
qədəm qoyması dünya birliyində
yüksək qiymətləndirilir. Dünyanın mötəbər
beynəlxalq təşkilatlarının öz
tədbirlərini Azərbaycanda keçirmələri müstəqil
dövlətimizin nüfuzundan xəbər
verir.
Azərbaycan-UNESKO münasibətlərinə
toxunan Əbülfəs Qarayev
bu qurumla əlaqələrin
inkişafında Prezident İlham
Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın əvəzsiz
xidmətlərini xüsusi
vurğuladı. Qeyd etdi
ki, Prezident İlham Əliyevin 9 avqust
2018-ci il tarixli sərəncamı
ilə UNESKO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü
sessiyasının Bakı şəhərində keçirilməsi
ilə əlaqədar Təşkilat Komitəsi
yaradılıb. Komitədə nazirliklərin, dövlət
komitələrinin, digər aidiyyəti qurumların rəhbər
və məsul şəxsləri təmsil olunub.
Mədəniyyət
naziri ölkəmizin 10 gün
ərzində ev sahibliyi
etdiyi möhtəşəm tədbirin əhəmiyyətini
yüksək qiymətləndirdi. Bildirdi ki,
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən
biri milli-mənəvi dəyərlərin,
tarixi-mədəni irsin qorunması və
təbliği ilə yanaşı, beynəlxalq səviyyədə
dünya irsinin
müdafiəsi və mühafizəsinə dəstək verməkdir.
Bu məqsədlə
ölkəmiz müstəqilliyini bərpa etdiyi
vaxtdan UNESKO ilə sıx əməkdaşlıq
münasibətləri qurub və təşkilatın
fəaliyyətinə öz töhfəsini
verib. 2013-cü ildə UNESKO-nun
Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasına uğurla ev
sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı
ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilir.
Nazir daha sonra dedi: "UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasının
Bakıda keçirilməsi olduqca məsuliyyətli
bir iş idi. Komitə üzvlərinin ölkəmizin
belə nüfuzlu bir
tədbirə ev sahibliyi
etməsinə səs verməsi, sözsüz
ki, ilk növbədə
Azərbaycanın dünyadakı artan nüfuzundan xəbər verirdi.
Qeyd etmək istəyirəm ki, Ümumdünya İrs Komitəsinin əvvəlcədən
göndərilmiş şərtlər toplusu
var idi və aidiyyəti
dövlət orqanlarımız bu şərtlərlə
tanış olmuşdular. Bu
istiqamətdə bütün işlər
həyata keçirildi".
Nazir qeyd edib ki, bu
sessiya çərçivəsində
Bakıya gələn insanlar öz ölkələrinin tanınmış
şəxsləridir: "Onlar
tanınmış mütəxəssislərdir. Qonaqlar şəhəri
gəzdilər, tarixi yerləri ziyarət
etdilər. Ölkədəki vəziyyət onlarda
müsbət təəssürat yaratdı. Xarici
media da bu sessiyanı işıqlandırdı. Sessiya ilk gündən son günə qədər UNESKO-nun
saytında yayımlanırdı. Bu
müddət ərzində kommisiya 166 məkana
baxıb, onların mövcud vəziyyəti
müzakirə olunub. Bunlardan
32-si yeni nominasiya idi. Biz Şəkinin Dünya İrs
Siyahısına daxil edilməsinə nail olduq. Bundan
arxayınlaşmamalıyıq, beynəlxalq qaydalara
əməl edilməlidir. Gərək elə edək ki, gələcəkdə bu
prosesə nəzarət edə bilək. Hər il ya planlı, ya da plansız şəkildə
komissiya gəlir, vəziyyəti dəyərləndirir".
Ümumdünya İrs Komitəsinin təşkilatın əhəmiyyətli
qurumlarından olduğunu söyləyən
nazir bildirdi ki, bu komitənin
sessiyası dünya mədəni irsinə
töhfə verən ən nüfuzlu tədbirlərdən
hesab olunur: "Ümumdünya İrs
Komitəsi dünya xalqlarının kimliyini və tarixi
yaddaşını
ifadə edən mədəni və təbii irs
nümunələrinə, ən dəyərli abidələrə
dair qərarlar qəbul edir.
Bu tədbirə ev sahibliyi etmək və eyni
zamanda komitəyə sədrlik etməklə
Azərbaycan Respublikası dünya
xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoydu".
Gələn il
Çində keçiriləcək
44-cü sessiya zamanı Azərbaycan
UNESKO-nun Ümumdünya
İrs Komitəsinin bir neçə
yerin qurumun Dünya İrs
Siyahısına salınması üçün
iddia qaldıracağı qeyd
olundu.
Əbülfəz Qarayev Şəkinin
UNESKO-nun Dünya İrs Siyahısına salınmasını
ölkənin uğuru adlandırıb: "Fəxr etməliyik
ki, siyahıya daxil
edilən mədəni obyektlərin sayı artır".
Nazir xatırladıb ki, Şəkinin siyahıya daxil
edilməsi iddiası 6 il öncə
qaldırılıb: "Hökumət və ictimaiyyət UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyasının nəticələrini ciddi şəkildə təhlil etməlidirlər.
Azərbaycanda 6 700 adda tarixi
abidə var. Onların bərpasının
tez bir zamanda
aparılması imkanlar xaricindədir. Bu proses mərhələli
şəkildə aparılır. Məsələn,
Çıraqqala, Bərdədə yerləşən "Allah, Allah" türbəsi
təhlükəli vəziyyətdə idi,
onun bərpasına başladıq".
Vurğulandı
ki, sessiya çərçivəsində
səmərəli müzakirələr aparılıb, bir sıra vacib qərarlar
qəbul olunub. Bakı sessiyasında UNESKO-nun Dünya irs siyahısına daxil
edilmək üçün üzv dövlətlər tərəfindən
təqdim olunmuş fayllar
təhlil olunub və müvafiq
qərarlar qəbul edilib. Nəticədə
29 irs nümunəsi UNESKO-nun
siyahısına salınıb. Bunlardan
24-ü mədəni, 4-ü təbii və 1-i
qarışıq nominasiyadır. Bununla da təşkilatın irs
siyahısında qorunan nümunələrin
sayı 1121-ə çatıb: "Bu tədbir
təkcə Azərbaycan üçün
deyil, həm də dünya
ölkələri üçün əlamətdar
hadisədir. 150-dən çox ölkənin
nümayəndələrinin iştirak etdiyi sessiya dünya mətbuatında geniş
işıqlandırılıb. Həmçinin sessiya UNESKO-nun saytında
canlı yayımlanıb.
Nazir vurğuladı ki, Şəki Xan
sarayı ilə birlikdə Şəkinin tarixi
mərkəzinin UNESKO-nun Dünya
irs siyahısına daxil
edilməsi Azərbaycan mədəniyyətinin tarixi
qələbəsidir. Bu prosesin asan başa gəlmədiyini qeyd
edən Əbülfəs Qarayev bildirdi ki, altı ildir ölkəmizdən ekspertlər bu sənədi hazırlayaraq müvafiq
beynəlxalq təşkilatlara təqdim etmişdilər: "İlk mərhələdə onların təhlili
zamanı bir sıra məqamlar ortaya çıxmış, müəyyən
tövsiyələr verilmişdi. Azərbaycanın gətirdiyi sübutlar
və dövlətimizin başçısının
"Şəki şəhərinin tarixi
hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər
haqqında" sərəncamının icrası bu qərarın verilməsində müsbət
rol oynadı. Bununla da Azərbaycanın UNESKO-nun
Dünya irs
siyahısında yer alan
mədəni irs nümunələrinin
sayı üçə çatmış oldu".
Sonda Azərbaycanın Mədəniyyət
naziri Əbülfəs Qarayev
tarixi abidələrin qorunması ilə
bağlı sahibkarlara və ictimaiyyət
nümayəndələrinə müraciət edib:
"Tarixi abidələr müqavilə əsasında
istifadəyə verilərkən hər hansı dəyişiklik
edilirsə, məsələn, pəncərə
açılırsa, bu, mütləq
dövlət qurumları ilə
razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır", - nazir
əlavə edib.
Ə.Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal
olmağa çağırıb.
Nigar Adil
Olaylar.-2019.-11-12 iyul.-S.13.