XXI əsrdə regiondadünyada baş verən ziddiyyətli proseslərin fonunda...

 

Nəsib Məhəməliyev: "Xalqımızın necə bir mədəni irsin daşıyıcısı olması beynəlxalq ictimaiyyətə çatdırılmalıdır"

 

"Bu yöndə hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun apardığı gərgin öz bəhrəsini verir"

 

Azərbaycanın beynəlxalq təşkilat və qurumlarla səmərəli əməkdaşlığı ona yeni-yeni imkanlar açır, perspektivlər vəd edir. Uzun illərdir qurulan bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmin təşkilat və qurumlar vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına töhfə verməklə yanaşı, mədəniyyətimiz, adət-ənənələrimiz, iqtisadi potensialsiyasi gücümüzündünyaya tanıdılması baxımından əhəmiyyətlidir. Burada diqqət çəkən məqamlardan biriondan ibarətdir ki, məhz yüksək səviyyədə qurulan bu əməkdaşlığın məntiqi nəticəsi olaraq həmin təşkilat və qurumların mütləq əksəriyyəti öz tədbirlərini paytaxtımızda keçirməyə üstünlük verirlər.   Bu günlərdə Bakıda növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. UNESKO-nun Ümumdünya irs komitəsinin 43-cü sessiyası Bakıda keçirilən bir çox beynəlxalq tədbirlərdə olduğu kimi yüksək səviyyədə işini başa vurdu. Dünyada mədəni irsin qorunması istiqamətində çox önəmli qərarlar qəbul edildi.  Belə qərarların biri konkret olaraq "Şəki xanlarının sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin" UNESKO-nun Ümumdünya irs siyahısına salınması idi ki, bu da hər bir azərbaycanlının çox böyük sevincinə səbəb oldu.

 

Millət vəkili Nəsib Məhəməliyev deyir ki, mədəni irsimizin belə bir nüfuzlu təşkilatın reyestrinə salınmasının arxasında çox böyük zəhmət durur. Onun sözlərinə görə,  Azərbaycanın 1-ci vitse prezidenti Mehriban xanım Əliyeva UNESKO-nunİSESKO-nun xoşməramlı səfiri seçildikdən sonra ölkəmizin bir çox maddiqeyri maddi sərvətləri bu təşkilatların qeydiyyatına salınıb: "Bu da öz növbəsində Azərbaycan xalqının keçmişinin, tarixinin, mədəniyyətinin, incəsənətinin bütün dünyada təbliğ olunmasında çox böyük əhəmiyyətə malikdir".

 

Millət vəkili bildirib ki, XXI əsrdə regiondadünyada baş verən ziddiyətli proseslərin fonunda, bir çox ölkələrin, o cümlədən bizim də məcburən qatıldığımız informasiya müharibələrində, mədəniyyətimizin təbliği, xalqımızın necə bir mədəni irsin daşıyıcısı olması beynəlxalq ictimaiyyətə çatdırılmalıdır: "Bu yöndə hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun apardığı gərgin öz bəhrəsini verir. Azərbaycan UNESKO-nun fəal üzvü olaraq nəinki ölkəmizin, eyni zamanda bir çox dünya ölkələrinin mədəni irsinin qorunmasında mühüm addımlar atır. Ölkəmiz qədim yaşayış məskəni olmaqla çoxlu sayda tarixi, memarlıq, mədəniyyət abidələri ilə zəngindir. Demək olar ki, hər bir rayonumuzda xalqımızın tarixini özündə əks etdirən müxtəlif dövrlərə aid abidələr mövcuddur. Onların üzə çıxarılması, bərpa olunması üçün hər birimiz əlimizdən gələni etməliyik.  Mənim Xan Sarayı ilə tanışlığım 1969-cu ildə Şəkinin Kiş kəndində pioner düşərgəsində olduğum zamana təsadüf edir. O zaman bizim uşaq qəlbimizdə formalaşmış hissləri bir neçə sözlə ifadə etməyin nə qədər çətin olduğunu yəqin ki, hər kəs anlayışla qarşılayar. O dövrə uyğun kiçik evlərin, binaların fonunda Xan sarayı olduqca böyük, möhtəşəm bir bina olaraq yaddaşlarımızda həmişəlik həkk olundu. Divarlardakı müxtəlif döyüşov səhnələri, müxtəlif heyvanların, meyvələrin təsvirləri, binanın tikintisi ilə bağlı aparılan işlər, istifadə olunan çay daşlarının əldən-ələ ötürməklə daşınması , heç bir dənə də olsun mismardan istifadə olunmaması, memarın acı taleyi barədə əfsanələr, qarşı tərəfdəki binada yerləşən muzeydə Azərbaycanın dövlət və ictimai xadimi Nəriman Nərimanovun Tiflisdən Şəkiyə gəldiyi fayton haqqında verilən məlumatlar uşaq qəlbimizdə çox dərin izlər buraxmışdı. Yeri gəlmişkən çox istərdim ki, Şəkinin mərkəzi hissəsi hər hansı bir müasir elementlər istisna olmaqla öz tarixi keçmişinə uyğun şəkildə restavrasiya olunsun. Məsələn qonşu Qaxda bu sahədə xeyli işlər görülüb. Deputatı olduğum Balakən şəhər minarəli məscidin də gələcəkdə UNESKO və İSESKO-nun maddi irs siyahısına salınması ilə bağlı arzularımı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə çatdirmaq istərdim. Bu məscid və minarə XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikilməklə keçmiş SSRİ-i ərazisində ən hündür minarə hesab olunurdu. Minarənin tikintisi zamanı bərkidici material kimi əhəng və yaxud sement əvəzinə yalnız yumurta sarısı və süddən istifadə olunub. Hesab edirəm ki, fərqli memarlıq stilinə görə bu məscid kompleksi unikal tarixi abidə hesab oluna bilər".

 

Millət vəkili 2011-ci ildə millət vəkili Asim Mollazadə və Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevlə ABŞ-nın Kaliforniya ştatının Monterey şəhərində olarkən meriyanın yerləşdiyi 200 il əvvəl tikilmiş, şəhərdə yeganə tarixi ikimərtəbəli bina ilə bağlı təəssüratlarını da bölüşüb: "Bizim düşüncələrimizə görə nə görünüşünə, nə də ki, ölçülərinə, memarlıq stilinə görə qeyri-adi təəssürat bağışlamayan bu bina yerli əhali tərəfindən qürurla təqdim olunur və şəhərin tarixinə aid olan qəzetlər, meriyanın müxtəlif dövrlərdə qəbul etdiyi qərarlar, texniki vasitələr qonaqlara nümayiş olunurbu da həmin bölgə ilə bağlı insanlarda tam təsəvvür formalaşdırır. Çox yaxşı olardı ki, bölgənin tarixini özündə əks etdirən hadisələr barədə də Şəki Xan Sarayında bukletlər, broşüralar, video görüntülər qonaqlara, ələlxüsus xarici turistlərə təqdim olunardı". Nəsib Məhəməliyev məlum tarixi hadisə, Şəkinin Ümumdünya İrs siyahısına salınması ilə əlaqədar  başda cənab Prezident İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva olmaqla, Azərbaycan xalqını, şəkililəri təbrik edib: "Uğurlarımız bol olsun".

 

S.İsmayılbəyli

 

Olaylar.-2019.-11-12 iyul.-S.8