Regional proqramlar aqrar və
sənaye
sahələrinin inkişafına təkan verib
Regionların sosial iqtisadi
inkişafı ilə bağlı dövlət
proqramlarının icrası respublikanın bütün
bölgələrdə inkişafa təkan verib. Məhz həmin proqramların uğurlu
icrası iqtisadiyyatın ayrı-ayrı sahələrinin ən
yüksək səviyyəyə çatmasını təmin
edib. Artıq birmənalı şəkildə demək
olar ki, respublikamızda kənd təsərrüfatı və
sənaye sahələrində xeyli irəliləyişə
nail olunub. Xüsusən, müasir istehsal infrastrukturuna malik sənaye
parkının yaradılması ölkədə sənaye sahələrinin
inkişafının, ölkə iqtisadiyyatının tarazlı
inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin
və onun innovasiya istiqamətinin inkişafını nəzərdə
tutan dövlət siyasətinin reallaşdırılmasına
yönəldilmişdir.
Sənaye
parklarının yaradılması, həmçinin ölkənin
qeyri-neft sektorunun davamlı inkişafı, ölkə
iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli,
idxalı əvəz edən məhsulların
istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun
təmini, investisiyaların və müasir texnologiyaların cəlb
edilməsi kimi öncül vəzifələrin yerinə
yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Onu da qeyd edək ki, ölkədə sənaye
parklarının yaradılması bir sıra dövlət
proqramlarında, o cümlədən Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 26 dekabr 964 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında sənayenin inkişafına dair2015-2020-ci illər
üçün Dövlət Proqramı"nda nəzərdə
tutulub. Hazırda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı
Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir
Sənaye Parkı, "Pirallahı Sənaye Parkı fəaliyyət
göstərməkdədir. Müasir istehsal
infrastrukturuna malik sənaye parklarının yaradılması
ölkədə sənaye sahələrinin
inkişafının, ölkə iqtisadiyyatının
tarazlı inkişafının təmin edilməsini, habelə
istehsal sahələrinin və onun innovasiya istiqamətinin
inkişafını nəzərdə tutan dövlət siyasətinin
reallaşdırılmasına yönəldilmişdir. Sənaye
parklarının yaradılması, həm də ölkənin
qeyri neft sektorunun davamlı inkişafı, ölkə
iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli,
idxalı əvəz edən məhsulların
istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun
təmini, investisiyaların və müasir texnologiyaların cəlb
edilməsi kimi öncül vəzifələrin yerinə
yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Regionların sosial iqtisadi inkişafı ilə
bağlı dövlət proqramlarının icrası eləcə
də kənd təsərrüfatının dinamik
inkişafı ilə müşayət olunur. Belə ki, bu günlərdə
ölkə regionlarında kənd təsərrüfatının
və heyvandarlığın inkişafına, eləcə də
mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə
dəstək məqsədilə Azərbaycan Hökuməti və
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən
birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf
fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində
növbəti yem emalı müəssisələri Balakən,
Zaqatala, Qax rayonlarında istifadəyə verilib. Bununla da Balakən rayonunun Qazma, Zaqatalanın
Qazangül, Qaxın Tasmalı kəndlərində yem
emalı müəssisələri fəaliyyətə
başlayıb. Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin
müavini Nadir Adilov, ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin nümayəndəsi Riçard Bayes və yerli
sakinlər özəl bölmənin, aqrar sahənin
inkişafına göstərilən dövlət dəstəyi
tədbirlərindən bəhs edib, yem emalı müəssisələrinin
bölgələrdə bitkiçilik və
heyvandarlığın inkişafında, yemə olan tələbatın
ödənilməsində, eləcə də mikro və
kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsində
əhəmiyyətli olduğunu vurğulayıblar. Məlumat
üçün qeyd edək ki, Balakən, Zaqatala və Qax
rayonlarında yem emalı müəssisələrinin istifadəyə
verilməsi ilə Azərbaycan Hökuməti və
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən
birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində
fəaliyyətə başlamış yem emalı müəssisələrinin
sayı 27-ə çatıb. Yem emalı müəssisələrində
istehsal sahəsi və anbar inşa olunub, hər birinin
gücü saatda 2 ton olan toxum təmizləyən, yem
üyüdən və ot doğrayan
avadanlıqlar quraşdırılıb, yeni iş yerləri
açılıb. Beləliklə,
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
dövlət proqramlarının icrası müddətində
Azərbaycan uğurla inkişaf edib, qarşıda duran
bütün vəzifələr artıqlaması ilə yerinə
yetirilib. Nəticədə ölkəmiz güclənib və
hərtərəfli inkişaf edib.
Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin
sədri Eldar İbrahimov deyib ki, kənd təsərrüfatının
geniş potensialından daha səmərəli istifadə etmək
məqsədilə aqrar sektorda yeni islahatlar paketi elan olunub. Kənd təsərrüfatında
yeni islahatlar kursunun məqsədi ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün intitusional potensialın
gücləndirilməsindən, aqrar sahə üzrə
dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsindən,
biznes mühitinin yaxşılaşdırılmasından, kənd
təsərrüfatı məhsullarının istehsal
imkanlarının artırılmasından, bazar infrastrukturunun
təkmilləşdirilməsindən və
istehsalçıların bazara
çıxışının
asanlaşdırılmasını təmin etməkdən ibarətdir.
E.İbrahimov bildirib ki, bu məqsədlər üçün
normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
regional ixtisaslaşdırma aparılması, aqrar sahəyə
investisiya qoyuluşlarının təşviq edilməsi,
informasiya-məsləhət xidməti şəbəkəsinin
formalaşdırılması, aqrar sığortanın tətbiqi
ilə bağlı hüquqi və institusional tədbirlər
görülməsi, ixracın çeşidinin
artırılması və bazarların diversifikasiyası və
s. addımların atılması nəzərdə tutulur.
Bütövlükdə, aqrar sektorun maddi-texniki
bazasının ardıcıl şəkildə möhkəmləndirilməsinə,
yeni yanaşmaların tətbiqinə "yaşıl
işıq" yandırılmasına, həmçinin bu sahədə
aparılan institusional islahatlara istinadən deyə bilərik
ki, respublikamızda məhsuldarlığın
artırılmasına hesablanan yeni bir kənd təsərrüfatı
sistemi formalaşdırılır: "Şübhə yoxdur
ki, həyata keçirilən məqsədyönlü tədbirlər
və islahatlar perspektivdə regionların inkişafı ilə
yanaşı, milli iqtisadiyyatımızda aqrar sektorun
mövqeyinin möhkəmlənməsini təmin edəcək.
Aqrar sektorda startı verilən yeni islahatlar
kursunun əsas hədəflərindən biri ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün institusional potensialın
gücləndirilməsindən ibarətdir. Qlobal risklərin artdığı bir şəraitdə
Azərbaycan əhalinin ərzaq təhlükəsizliyinə
ölkənin milli təhlükəsizliyinin vacib bir komponenti
kimi daim böyük önəm verir. Son 15
ildə respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi
istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilib. Öz növbəsində bu
istiqamətdə həyata keçirilən tədbirlər
artıq öz müsbət nəticələrini verir. Respublikamızda bir sıra pozisiyalar üzrə
daxili ərzaq tələbatının 100 faiz həcmində
yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir.
Hazırda ölkəmizdə meyvə-tərəvəzə
olan daxili tələbat tam həcmdə yerli istehsal hesabına
təmin edilir. 2018-ci ildə respublikamızda 1,5 milyon tondan çox tərəvəz, 1 milyon
tondan çox meyvə və giləmeyvə istehsal olunub ki, bu
da müstəqillik dövründə qazanılmış ən
yüksək nəticədir. Bu nəticələrdə
regionların sosial iqtisadi inkişafı ilə bağlı
dövlət proqramlarının xüsusi əhəmiyyəti
var".
Milli Məclisin deputatı Tahir Rzayev isə deyib ki, sənayenin
inkişafına dair proqramların icrası nəticəsində
ölkəmizin regionlarında sənayeləşmə prosesi
geniş vüsət alıb. Tahir Rzayev bildirib ki,
regionlarda sənaye məhəllələri tikilir. Onun
sözlərinə görə, hər bir sənaye məhəlləsi
10-dan çox müəssisəni özündə birləşdirməklə,
yeni iş yerlərinin açılmasına öz töhfəsini
verir: "Neftçalada, Masallıda belə sənaye məhəllələri
artıq fəaliyyətdədir. Sənaye məhəllələrinin
yaradılması ölkəmiz üçün yeni sahə
olan avtomobil sənayesinin inkişafına da təkan verib.
Mingəçevirdə
açılışı olmuş yüngül sənaye
parkında isə 2 rezident fəaliyyətə başlayıb
və burada 5 rezidentin fəaliyyət göstərəcəyi
planlaşdırılır. Bu isə parkda 5000 yeni iş
yerinin açılmasına gətirib çıxaracaq. Gəncədə alüminium və ağır sənaye
müəssisələri fəaliyyət göstərir ki, bu
da ölkəmizin ixrac qabiliyyətinin artmasına öz
töhfəsini verir. Xalçaçılığın
inkişaf etdirilməsi sahəsində də böyük layihələr
həyata keçirilir, regionlarda xalça və yun emalı
müəssisələri açılır. Bir sözlə, Azərbaycanın tarixini
özündə yaşadan qədim xalça sənətinə
yeni nəfəs verilir". Millət vəkili
deyib ki, 2019-2023-cü illəri əhatə edən
dördüncü Dövlət proqramının icrası nəticəsində
regionlar müasir dövrün
çağırışlarına uyğun inkişaf edəcək,
iqtisadiyyatın qeyri-neft sektorunda bölgələrin payı
artacaq və regionlarda ixtisaslaşmış müəssisələr
istifadəyə verilməklə ölkəmizin ixrac
potensialı yüksələcək. Eyni
zamanda, regionlarda işsizlik problemi əsaslı şəkildə
həll olunacaq və əhalinin sosial rifahı daha da
yaxşılaşacaq.
Millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir.2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlanıldı. Artıq 3 Dövlət proqramı uğurla reallaşdırılıb. Onun sözlərinə görə, Dövlət proqramlarının icrası nəticəsində bölgələr sürətlə inkişaf edir, bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur: "İcra olunmuş Dövlət proqramları Azərbaycanın regionlarını böyük inkişafına gətirib çıxarıb. Yəni, 2003-cü ildə ölkədə işsizlik 50 faizdən çox idisə, 2018-ci ilin sonunda 5 faiz olub. Əhalinin təbii qazla təmin olunması 50 faizdən 95 faizə, içməli su təminatı 28 faizdən 70 faizə qalxıb. 3200-dən çox təhsil müəssisəsi, 640-dan çox tibb müəssisəsi yenidən qurulub, 44 olimpiya kompleksi, 15000 kilometrdən çox avtomobil yolları yenidən tikilərək istifadəyə verilib. Regionların elektrik enerjisi ilə təminatı kifayət qədər yaxşılaşıb, istehsal olunan elektrik enerjisini özümüzü təmin etməklə yanaşı, xaricə də ixrac edirik. Ölkədə rabitə və poçt xidmətləri müasirləşib, internet istifadəçilərinin sayı 80 faizi keçib, elektron hökumətin yaradılması prosesi başa çatıb. Regionların sosial infrastrukturu əsaslı şəkildə müasirləşib. Bu da regionlarda sahibkarlığın inkişafına öz töhfəsini verir. Son 15 ildə Azərbaycanda 100 mindən çox müəssisə istifadəyə verilib və bu müəssisələrin böyük hissəsi məhz regionlarda yerləşir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 1-3 iyun.- S.15.