Dövlət Proqramları sərhədyanı
rayonların da simasını dəyişib
Azərbaycanın hərtərəfli inkişafı, bu günkü səviyyəyə gəlib çatmasında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının da mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik. 2004-cü ildən etibarən icra olunmağa başlayan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın hər bir bölgəsində, şəhər və rayonunda, kənd və qəsəbəsində inkişafa, tərəqqiyə gətirib çıxarıb desək yanılmarıq. Bu gün respublikamızın istənilən bölgəsinə nəzər yetirdikdə, orada məhz Dövlət Proqramlarının uğurlu nəticələrini görə bilirik. Bura istər dağ, istərsə də Aran rayonları da daxildir. Hətta düşmənlə təmas xəttində yerləşən rayonlarımızda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasını aydın şəkildə görmək mümkündür.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edildiyi cəbhəyanı rayonlardan biri də Tərtər rayonudur. İstər bundan əvvəl icra olunan 3 Dövlət Proqramı, istərsə də hazırda icrası davam etdirilən və 2019-2023-cü illəri əhatə edən sayca dördüncü Dövlət Proqramı çərçivəsində görülən işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və əldə edilən nəticələr belə deməyə əsas verir.
Belə ki, Regionların 2019-2023-cü illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ilk aylarında Tərtərdə yeni istehsal və emal müəssisələri yaradılıb ki, bu da rayoinda məşğulluğun artmasına müsbıt təsir göstərib. Belə ki, bu dövr ərzində "Azərxalça"nın Tərtər filialının tikintisi başa çatdırılıb, Tərtər-Hindarx avtomobil yolunun rayon ərazisindən keçən 19 kilometr hissəsində əsaslı təmir işləri aparılıb. Dövlət proqramı çərçivəsində rayonda yol infrastrukturunun yaxşılaşdırılması, quruculuq-abadlıq işlərinin həyata keçirilməsi istiqamətində də xeyli işlər görülüb. Belə ki, Tərtər şəhərinin Mehdi Hüseynzadə küçəsində 0,5 kilometr, Vəzir Orucov küçəsində 0,3 kilometr asfalt örtük salınıb. Ekoloji tarazlığın qorunması məqsədilə 9 mindən çox müxtəlif növ ağac, 2 min ədəd gül, 500 min ədəd həmişəyaşıl kollar əkilib. Kovdadıq və Zolgəran kəndlərində modul tipli məktəb binalarının quraşdırılması başa çatmaq üzrədir. Hazırda Rayon İcra Hakimiyyətinin inzibati binasının, Bayraq muzeyinin, Olimpiya İdman Kompleksinin tikintisi, Sarov-Borsunlu kəndlərarası və Hacıqərvənd kəndarası avtomobil yollarının əsaslı təmiri davam etdirilir.
2019-cu ilin birinci rübündə 3 milyon 257,1 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 780,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
Ümumi məhsul
buraxılışının həcmi keçən illə
müqayisədə 0,6 fazi artaraq 28,7 milyon manat olmub. Keçən
ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı
məhsulunun həcmi 1,1 faiz, sənaye
məhsulunun həcmi 5,8 faiz, informasiya
və rabitə xidmətlərinin həcmi 13.7 faiz, nəqliyyat
xidmətlərinin həcmi 8,6 faiz, nəqliyyat sektorunda
yükdaşımaların həcmi 2,2 faiz, sərnişin
daşımalarının həcmi
1,6 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi
1,2 faiz, iaşə dövriyyəsinin həcmi 1,0 faiz, əhaliyə
göstərilən ödənişli xidmətlərin həcmi
1,6 faiz artıb. Bütün
maliyyə mənbələri hesabına əsas kapitala 3 milyon
612,7 min manat investisiya yönəldilib.
278-i daimi olmaqla, 728 yeni iş yeri açılıb.
Cəbhə bölgəsində yerləşən Tərtər
rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Belə ki, Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının 4-cü mərhəlkəsi çərçivəsində rayon üzrə kənd təsərrüfatı
məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq
dövrünə nisbətən 1,1 faiz artaraq 7 milyon 570,8 min
manat təşkil edib. Cari ilin məhsulu üçün 3427
hektar sahədə pambıq, 682,5 hektarda şəkər
çuğunduru, 811,5 hektarda dən üçün günəbaxan,
854 hektarda təzə yonca, 261,5 hektarda müxtəlif növ tərəvəz,
278 hektarda kartof, 42 hektarda noxud, 10,6 hektarda sair bitkilər əkilib.Hazırda
yazlıq bitkilərin səpini davam etdirilir.
Qeyd edək ki, bundan əvvəlki Dövlət
Proqramlarının icrası müddətində də Tərtər
rayonunda aqrar sahənin inkişaf etdirilməsi istiqamətində
xeyli işlər görülüb. Belə ki, 2017-ci ildə 3123 hektar
sahədən 8419,9 ton məhsul tədarük
edərək orta məhsuldarlığa görə
respublikanın pambıqçılıq rayonları
arasında ön sırada dayanan Tərtər
pambıqçıları ötən il də yüksək nəticəyə
nail olublar. 3300 hektar sahədən 8196,5 ton
məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində
orta məhsuldarlıq 24,8 sentner olub. Hazırda rayonumuzda 3427 hektar sahədə pambıq səpini
aparılıb. Bu günə kimi 3350
hektaradək sahədə yaxşı bitiş alınıb.
Buğda
və şəkər çuğunduru istehsalına görə
ötən illər respublikada ön sıralarda gedən tərtərli
əkinçilər tərəfindən 2018-ci ildə 7545,6 hektar sahədə
buğda əkilib 30984,4 ton, 859 hektar sahədə şəkər
çuğunduru əkilib, 29928 ton məhsul əldə edilib.
Buğdanın orta məhsuldarlığı 41,1
sentner, şəkər çuğundurunun orta məhsuldarlığı
378,1 sentner olub. Bu il isə 7087,9 hektar sahədə
buğda, 682,5 hektar sahədə şəkər
çuğunduru əkilib.
Baramaçılıq sahəsinin inkişaf etdirilməsi və
yem bazasının artırılması istiqamətində də
Dövlət Proqramı çərçivəsində kifayət
qədər işlər görülüb. Belə
ki, son üç-dörd ildə rayon ərazisində 223357 ədəd
çəkil tingi əkilib. Ötən il rayon üzrə
10,2 ton barama istehsal olunub. Bu il
isə kümçülərə 500 qutu ipək qurdu verilib,
20 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramları çərçivəsində heyvandarlıq məhsulları
istehsalını artırmaq üçün də işlər
davam etdirilib.
Sayca üçüncü Dövlət Proqramının
icrası müddətində
795 ton diri çəkidə ət, 5 min 636,9 ton süd,
3 milyon 285 min ədəd yumurta istehsal edilib. 2018-cı ilin
müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta
istehsalı 0,5 faiz artıb. Heyvandarlıq məhsulları
istehsalının artmasında heyvanların cins tərkibinin
yaxşılaşdırılması mühüm rol
oynayır. Birinci rübdə 447 baş
heyvan süni yolla mayalandırılıb, 269 baş cins tərkibi
yaxşılaşdırılmış buzov doğulub.
Bundan
başqa Regionların 2014-2018-ci ilər sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının icrası
müddətində Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində
Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyi tərəfindən birgə həyata keçirilən
"Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi
çərçivəsində yem emalı müəssisəsi
istifadəyə verilib.Bu münasibətlə keçirilən
tədbirdə rayon icra hakimiyyətinin, İqtisadiyyat
Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin, ABŞ-ın Beynəlxalq
İnkişaf Agentliyinin (USAİD), yerli özünüidarəetmə
orqanlarının nümayəndələri və kənd
sakinləri iştirak ediblər. Azərbaycan və Birləşmiş
Ştatların Beynəlxalq İnkişaf Agentliyinin birgə
maliyyələşdirdiyi layihə çərçivəsində
tikilən müəssisədə yem emalı
üçün istehsal sahəsi və anbar inşa olunub,
toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar
quraşdırılıb, yeni iş yeri açılıb.
Dövlət Proqramları çərçivəsində
sərhəd rayonunda səhiyyə sahəsinin inkişaf
etdirilməsi istiqamətində xeyli işlər
görülüb. Belə ki, yeni tibb müəssisələri,
səhiyyə ocaqları tikilib istifadəyə verilib ki, bu da
ümumulikdə rayonda səhiyyə xidmətlərinin
yaxşılaşdırılmasına öz müsbət təsirini
göstərib. Belə ki,
hər zaman vətəndaşların
sağlamlığının qorunması, göstərilən
tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi
rayonda həyata keçirilən sosial siyasətin
prioritet istiqamətlərindəndir. Prezident
İlham Əliyevin tapşırığına əsasən,
2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının
kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi
vətəndaşların sağlamlığına göstərilən
qayğının təzahürüdür. "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr
olunan konfransda Prezident İlham Əliyev əhalinin tibbi
müayinədən keçməsinin vacibliyinə toxunaraq
deyib ki, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən
keçir. Bu da bizim təşəbbüsümüzdür,
çox müsbət təşəbbüsdür.
Hazırda bizdə vətəndaşların tibbi müayinədən
keçmələri üçün hər bir yerdə
müasir avadanlıq quraşdırılmış xəstəxanalar
var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu
sahədə də gözəl nümunə göstərir.Dövlət
başçısının tapşırıq və
tövsiyəsinə uyğun olaraq, respublikamızın hər
yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən
Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi
uğurla həyata keçirilir. Əhalinin
sağlamlığının qorunmasına yönələn
bu tədbirin yüksək mütəşəkkilliklə
keçirilməsini təmin etmək üçün rayonda
xüsusi komissiya yaradılır, tibb ocaqlarında iş
qrafiki tərtib edilib. Tibbi müayinələr
rayon mərkəzi xəstəxanası ilə yanaşı
Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında,
kəndlərdəki tibb məntəqələrində da
aparılır. Bundan başqa, yüksəkixtisaslı
mütəxəssislərdən ibarət həkim
briqadaları tərəfindən rayonun kəndlərində də
əhalinin tibbi müayinəsi həyata keçirilir. Müayinələrin
yüksək səviyyədə aparılması, vətəndaşların
rahatlığı üçün xəstəxana zəruri
avadanlıqlarla təchiz olunub, lazımi şərait
yaradılıb. Sakinlər əsasən
terapevt, endokrinoloq, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq,
ginekoloq tərəfindən müayinə edilir, kardioqrama,
ultrasəs, rentgen, laborator və sair müayinələrdən
keçirilir.
Ümumilikdə,
2014-2018-ci illəri əhatə edən sayda
üçüncü Dövlət Proqramı çərçivəsində
rayonda 12 məktəb, 3 körpələr evi-uşaq
bağçası, 9 inzibati bina, 1 tibb məntəqəsi
tikilib və ya əsaslı təmir edilib, Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 54 mənzilli bina və 14 nəfərə fərdi
yaşayış evi, Uşaq gənclər Şahmat məktəbi,
Tarix-diyarşünaslıq muzeyi, 1176 məcburi
köçkün ailəsi üçün yeni çoxmərtəbəli
binalar tikilib, 2 ədəd strateji əhəmiyyətli
körpü inşa edilib istifadəyə verilib. Tərtər şəhərinin içməli su və
kanalizasiya sistemi qurulub, 15 kənd içməli su ilə təchiz
olunub. 112 ictimai yaşayış binasının dam
örtükləri, fasad və giriş hissələri əsaslı
təmir olunub, həyətlərinə asfalt salınıb, 4
küçədə abad məhəllə yaradılıb, 2
mini futbol meydançası quraşdırılıb. Rayon icra hakimiyyətinin qarşısındakı mərkəzi
meydan və Heydər Əliyev parkı yenidən qurulub. Bundan başqa şəhərin 36 küçə və
meydanlarında təmir-abadlıq işləri aparılıb,
asfalt örtüyü qoyulub. Təmas xəttində
yerləşən 5 kənddə gecə işıqlanması
sistemi quraşdırılıb. 2016-cı
ilin aprel hadisələri zamanı 17 yaşayış məntəqəsində
256 fərdi yaşayış evinə dəymiş ziyan aradan
qaldırılıb. Rayonda ekoloji tarazlığın
qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə
istiqamətində yol kənarlarına və rayonun
yaşayış məntəqələrində, meşə
zoladlarında 35 mindən çox müxtəlif növ
ağaclar, 6 min gül kolları və 650 min ədəd həmişəyaşıl
kolları əkilib.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 4-7
iyun.- S.15.