“Azərbaycan
dövləti adına çox önəmli
layihələrə layiqincə imza
atırıq”
Lalə Həsənova: "Yeni
qurulan təşkilatımızda dövlətini sevən
insanlar olaraq daim aktiv fəaliyətimizə davam edirik"
Son illərdə diaspora sahəsində
müsbət bir tendensiya müşahidə edilir. Ayrı-ayrı ölkələrdə
diaspor sahəsində həyata keçirilən yeni təşkilatlanma,
müxtəlif diaspor təşkilatlarının koordinasiya
şuraları tərkibində birləşməsi xaricdə
yaşayan soydaşlarımız arasında diaspora sahəsinə
marağı da artırır. Nəticə
etibarilə yeni-yeni diaspor təşkilatları yaranır ki,
bu da ölkəmizin səsinin, onun həqiqətlərinin daha
geniş anlamda, mütəşəkkil şəkildə
yayılmasına xidmət edir.
Günümüzdə yaranan və uğurla fəaliyyət
göstərən diaspor təşkilatlarından biri də
Türkiyənin Antalya şəhərində fəaliyyət
göstərən Azərbaycan Xalqlar Dostluğu Birliyidir. Sözügedən
təşkilat yeni yaransa və cəmi 1 yaşı olsa da,
lakin qısa müddətdə onlarla yaşı olan diaspor təşkilatlarına
uyğun şəkildə fəaliyyətlər ortaya qoyub.
Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri
Lalə Həsənova ilə söhbətimizdən də belə
bir mənzərə yarandı. "OLAYLAR"-a
verdiyi müsahibədə Lalə Həsənova rəhbərlik
etdiyi qurumun yaranma zərurəti, ötən müddət ərzində
həyata keçirdiyi tədbirlər və
qarşıdakı planlar barədə danışıb.
-Lalə xanım, əvvəlcə
Antalyaya yerləşmə səbəbiniz barədə bilmək
istərdim. Nə zamandan burada
yaşayırsınız və hansı zərurət Sizi
Antalyaya apardı?
-Mənim Türkiyənin Antalya şəhərinə
yerləşmə səbəbim səhhətimlə bağlə
oldu. Azərbaycanda bir antibiotik zəhərlənməsi nəticəsində
böyrəklərimin fəaliyyəti dayandı. O zaman,
daha dəqiq desək 2010-cu ildə Antalya Akdeniz Üniversiteti Tibb
fakültəsi xəstəxanası orqan
köçürülməsi sahəsində həddindən
çox uğurlara imza atmışdı. Mən
və ailəm də çox araşdırdıqdan sonra
Antalyaya, bəhs etdiyim xəstəxanaya gəldik və anam
Fima xanımın böyrəyi mənə
köçürüldü. Anamın və
dəyərli həkimlərim Prof.Dr. Ayhan Dinçkan,
Prof.Dr. Murat Tuncer , Prof. Dr. Hüseyin
Koçak və diğərlərinin sayəsində 2011-ci
ildə təkrar həyata döndüm. . O zamandan indiyə qədər
Antalyadayam. 2015- ci ildə yenidən mədəaltı
vəzi köçürülməsi əməliyyatı
keçirdim və rəhmətə gedən birinin
orqanını mənə köçürdülər . Azərbaycanda yarımçıq qalan karyeramı təkrard
burada davam etdirdim. Akdeniz Üniversiteti
hüquq fakültəsində beynəlxalq hüquq sahəsində
magistratura təhsili aldım. Diplom işimin mövzusu
"Beynəlxalq Hüquqda Diplomatik Qoruma" idi
. Bu təhsilimi uğurla başa vurdum.
Hazırda Ankara Yıldırım Beyazit
Universitetində hüquq fakültəsində Dövlət
Hüququ sahəsində doktorantam.
-Rəhbəri olduğunuz Azərbaycan
Xalqlar Dostluğu Birliyinin yaranma tarixi barədə bilmək
istərdik. Təşkilatınız nə
zamandan fəaliyyət göstərir və əsas fəaliyyət
istiqamətlərinə nələr daxildir?
-Hazırda
sədrlik etdiyim Azərbaycan Xalqlar Dostluğu Birliyi Antalyada
yeni, 2019 cu ildəqurulan bir birllikdir. Daha öncə
2015-ci ildə bu birliyin infrastrukturu-sosial media səhifələri,
planlamaları, layihələri hazırlanmışdı.
Sadəcə az öncə bəhs etdiyim
kimi səhhətimlə bağlı olaraq Birliyin qurulması
istiqamətində layihəmi tam həyata keçirməmişdim.
Azərbaycan Xalqlar Dostluğu Birliyimizin əsas fəaliyyət
istiqamətlərinə Antalyada və eləcə də
Türkiyədə yaşayan soydaşlarımız
arasında birlik, bərabərlik qurmaq, beynəlxalq layihələrə
qoşularaq Azərbaycanın elmi, texniki, hüquqi, dünyəvi
əlaqələrini dünya ictimaiyyətinə
çatdırmaq daxildir. Eyni zamanda burada yaşayan
soydaşlarımızın problemləriylə maraqlanaraq təhsil , tibbi, iş icazesi problemlərində
onlara dəstək göstərməkdir . Yarandığı
gündən hazırki vaxta qədər Azerbaycan Xalqlar
Dostluğu Birliyi bir sıra tədbirlər keçirib. Bu ilin fevral ayında Azərbaycanın milli mənəvi
dəyərlərinəsadiq qalaraq 6 ölkəxalqları
arasında "Dostluq festivalında" Azərbaycanı
layiqincə təmsil etdik. Azərbaycanın
milli bayramı olan Novruz bayramında həm də Birliyimizin
açılış gününü qeyd etdik. Azərbaycanın rəsmi və milli bayramları,
matəm günlərimiz Birliyimiz tərəfindən hər
zaman qeyd edilir. Aprel döyüşlərində
şəhid olan əskərlərimiz və eləcə də
bütün şəhidlərimiz üçün ehsan
süfrəsi qurulub. Ulu Öndərimiz Heydər
Əliyevin anadan olmasının 96 cı ildönümü
münasibətiylə Antalya Muratpaşa Bələdiyyəsi
, Antalya Jurnalistlər Cəmiyyəti, Anadolu və Orta Şərq
Dostluq Assosiasiyası ilə birlikdə Azərbaycan Xalqlar
Dostluğu Birliyimiz çox böyük, təntənəli
bir tədbir keçirdi. İki ay öncə 42 ölkətəmsilçisi
arasında Türk Eğitim Vakfının düzənlədiği
Dünya Qadınları Korosunda təşkilatımızı
və Azərbaycanı Elvira xanım layiqincə təmsil etdi . Bütün xarici dövlətlərdən
gələn qadınlar "Sarıgəlin" və "Bu
qala daşlı qala" mahnısını oxudular. Qızımız da milli rəqsləonlara dəstək
oldu. Hazırda Azərbaycan adına
Antalyada başqa layihələri həyata keçirməyə
hazırlaşırıq.
-Azərbaycan Xalqlar
Dostluğu Birliyi olaraq Türkiyədə fəaliyyət
göstərən digər Azərbaycan diaspor təşkilatları
və Azərbaycan səfirliyi, eləcə də konsulluğu
ilə əməkdaşlıq edirsinizmi və bu əməkdaşlıq
hansı formada qurulur?
-Az
öncə qeyd etdiyim kimi , biz yeni
qurulmuş təşkilatıq. Buna baxmayaraq
Türkiyənin digər şəhərlərində fəaliyyət
göstərən Azərbaycan təşkilatları ilə əməkdaşlıq
edirik. Əlbəttə ki, bu çox
geniş şəkildə aktivliyini göstərmir. Hazırda Türkiyədə Dünya Azərbaycanlıları
Platformu quruldu. Azərbaycan Xalqlar
Dostluğu Birliyi bu platformda
yer alır. Bundan əlavə olaraq Türk Dünyası
Platformu ilə yaxından əməkdaşlıq edirik . Azərbaycanın
Ankaradakı səfiri cənab Xəzər İbrahim bəy
dövlətini, millətini sevən bir insandır
. Hər zaman da bizlərlə əməkdaşlığa
dəstək göstərir . Bu yaxınlarda Antalyada yeni bir laylhəmiz həyata
keçəcək, Xəzər bəy də burada bizimlə
olacaq. Bir çox
soydaşlarımızın problemlərində müraciət
etdiyimiz zaman Xəzər bəy başda olmaqla, Konsulumuz
Şöhrət bəy və səfirliyin digər əməkdaşları
lazımı dəstəyi göstərirlər.
-Bəs, Türkiyənin rəsmi
qurumları ilə hansısa formada əlaqələriniz
varmı?
-Əvvəla Türkiyə Cümhuriyyətinə ilk
növbədə öz adımdan minnətdaram ki, burada yenidən
həyata qayıtdım. İsrər
Azerbaycan Xalqlar Dostluğu Birliyimiz olsun, istərsə fərdi
şəkilde olsun, demək olar ki, dövlətin bütün
orqanları ilə sıx əməkdaşlıq edirik.
Antalyanın fərqli rayonlarının icra və bələdiyyə
orqanları, miqrasiya idarəsi və s. Ilə hər zaman rəsmî
əməkdaşlığımız davam edir
. Bütün rəsmî, milli günlərimizlə tədbirlərdə yaxından və
böyük maraqla iştirak edirlər.
-Bəzən iddia edirlər ki,
Türkiyə bizə qardaş ölkə olduğu
üçün burada diaspor fəaliyyətinə ehtiyac
yoxdur. Siz bu barədə nə
düşünürsünüz. Bu kimi
fikirlər nə dərəcədə doğru
yanaşmadır?
-Bəli,
Türkiyə bizə qardaş ölkədir. Amma hər bir
ölkənin özünəməxsus qanunları,
qaydaları var . Buraya Azərbaycandan
gələn soydaşlarımızın öz növbələrində
çətinlik çəkdikləri, problemlərlə
üzləşdikləri məqamlar əfsuslar olsun kl,
çox olur. Məsələn, bir
soydaşımızın qardaşı qəfildən
dünyasını dəyişdi . Bu o qədər
ağır bir məqam idi ki, heç kim nə
edəcəyini bilmirdi. Biz o zaman təşkilatımızı
qurmamışdıq. Mən sadəcə bir hüquqşünas olaraq
prosesi necə izləmək lazımdırsa, digər
dostlarımızla birlikdə o yöndə lazımi
addımları birlikdə atdım. Buna oturum
iznləri bitən xəstə övladlarımız var. Onlar
ilik köçürülən xəstələrdir. Pasport , oturum izni və s işlər
üçün Antalyadan ya İstanbula, ya da Azərbaycana getməlidirlər.
Amma səhhətləri buna icazə vermir.
Bu sahədə ya bir fərq
yaradılmalıdır, ya da düşünürəm ki,
sırf Akdeniz bölgəsində problemi olan
soydaşlarımızın işlərinin
asanlaşdırılması üçün aktiv diaspor fəaliyyətinə
dəstək göstərilməlidir.
-Ümumiyyətlə, Azərbaycan
diaspor təşkilatları Türkiyədə malik olduğu
potensial qədər aktiv, səmərəli fəaliyyət
göstərər bilirlərmi?
- Biz yeni
qurulan təşkilatımızda dövlətini sevən
insanlar olaraq daima aktiv fəaliyətimizə davam edirik. Bizim heç bir yerdən maddi dəstəyimiz yoxdur.
Heç bir fond, heç bir sərmayə şirkəti
, işadamları tərəfindən dəstək
almırıq. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti
adına çox önəmli layihələrə
layiqincə imza atırıq. Çox istərdik ki dövlətimiz
də bizi dəstəkləsin . Bu zaman
daha səmərəli, daha da akriv bir diaspora təşkilatını
görmüş olarıq.
-Bir diaspor təşkilatı olaraq Azərbaycan
diasporunun fəaliyyətini, hazırkı durumunu necə dəyərləndirərdiniz?. Xüsusilə son vaxtlar
diasporamızın daha da təşkilatlanması istiqamətində
müşahidə edilən müsbət tendensiyaya sizin
baxışınız necədir?
-Bir
diaspor təşkilatı olaraq daha da güclənmək
üçün təşkilatlanmaq lazımdır.
Əfsuslar olsun ki, bu sahədə bir az
passiv qalırıq. Birləşmək əvəzinə, hər
kəs fərqli yönlərə çəkilir
. Amma hazırda qurulan Dünya
Azerbaycanlıları Platformu (DAP) ümid edirəm ki, təqdirəlayiq
olacaq. Məlumat
üçün qeyd edim ki, Dünya Azərbaycanlıları
Platformu Ankarada yaradılıb və mən də onun qurucu
üzvlərindən biriyəm. Bizim təşkilatımız
həmin Platformun Antalya təmsilçisidir. Sentyabr ayında Türkiyədə yaşayan azərbaycanlı
elm adamlarının iştirakı ilə böyük bir
konfrans keçirməyi nəzərdə tuturuq. Ümumiyyətlə,
hesab edirəm ki, diaspor fəaliyyəti sadəcə mədəni
olmamalıdır. Eyni zamanda daha aktiv fəaliyyət
göstərərək bütün sahələrdə, elm, təhsil,
idman sahələrində irəli getməlidir. Bu arada bir məqamı da qeyd edim. Son vaxtlar Diasporla İş üzrə Dövlət
Komitəsi təırəfindən ayrı-ayrı ölkələrdə
Azərbaycan diaspor təşkilatlarının Koordinasiya
Şuraları yaradılır ki, hesab edirəm, bu çox
doğru və düzgün addımdır. Düşünürəm ki, Türkiyədə də
belə bir Koordinasiya Şurasının yaradılmasınma
ehtiyac var.
-Azərbaycan Xalqları
Dostluğu Birliyi olaraq qarşıdakı müddətdə həyata
keçirməyi düşündüyünüz layihələr,
tədbirlər nədən ibarətdir?
-Azərbaycanda
olan üniversitetlərlə Antalya üniversitetləri
arasında ixtisasartırma proqramlarının təşkili,
Azərbaycan turizmiylə Antalya turizmi arasında ortaq və fərqli
tərəflər mövzusunda konfrans həyata keçirmək,
Azərbaycanın milli geyimləri və əl işləri sənətiylə
bağlı defilə və sərgi proqramı
hazırlamaq, gənclərimiz
(tələbələrimiz) üçün yay məktəbi
proqramı həyata keçirmək qarşıdakı
planlarımız sırasındadır. Eyni
zamanda Antalya şəhərinin çox gözəl
küçələrindən birinə Qarabağ
adının verilməsini təmin etmeyi nəzərdə
tuturuq. Azərbaycanın gənçlər
təşkilatlarıını bu yolda bizimlə əməkdaşlıq
etməyə çağırıram.
- Lalə xanım, bu bir
reallıqdır ki, təşkilat olaraq
gördüyünüz işlərin mətbuat, televiziyalar tərəfindən
işıqlandırılması rəhbərliki etdiyiniz
birliyin cəmiyyətə daha yaxından tanıdılması
istiqamətində mühüm vasitədir. Bu mənada dərnəyinizin
keçirdiyi tədbirlərə mətbuatın diqqəti
hansı səviyyədədir?.
Antalyanın media quruluşları, jurnalist təşkilatları
ilə əməkdaşlığınız hansı səviyyədə
qurulur?
--Təşkilatımızın
fəaliyyəti, həyata keçirdiyi tədbirlər KİV
tərəfindən hər zaman
işıqlandırılır. Bu sahədə bizə hər
zaman dəstəyini göstərən dəyərli dostumuz,
eyni zamanda təşkilatımızın qurucu üzvlərindən biri olan Antalya Jurnalistler Cəmiyyəti
(AGC) və Akdeniz Jurnalistler Federasiyasının (AGF) sədri
Mevlüt Yeni bəyə və cəmiyyətin diğər əməkdaşlarına
minnətdarıq.
- Bəs Türkiyənin dövlət
qurumları, onların rəhbərləri ilə təşkilat
olaraq təmaslar qurursunuzmu?. Qardaş ölkənin dövlət
qurumlarının Sizin fəaliyyətə marağı, diqqəti
necədir?
-Qardaş
ölkə Türkiyənin bizim təşkilatımıza
diqqəti yüksək səviyyədədir. Türkiyənin
xarici işlər naziri, cənab Mevlüt
Çavuşoğluna göstərdiyi diqqətə görə
hər zaman təşəkkür edirəm. Cənab nazir Azərbaycanın dostu, Azərbaycan
sevdalısı bir insandır.
Ümid edirəm ki, gələcək layihələrimizdə
də hər zaman yanımızda olacaqdır.
Süleyman
Olaylar.- 2019.- 4-7
iyun.-S.10.