Vətənpərvərlik insanın
daxilində olan bir
hissdir
Bu hiss olmasa, nə Vətəni, nə torpağı, nə də valideyni sevmək mümkün deyil
Tariximizin hansı səhifəsini
vərəqləsək, orada
igid babalarımızın
keçdiyi qəhrəmanlıq
yollarının izinə
rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən
uğrunda mübarizə
əsas şərtdir.
Məhz bu amil vətənpərvərliyi
şərtləndirir. Əsl vətənpərvər isə
Vətənə məhəbbətini
sözdə deyil, gördüyü işdə,
çəkdiyi zəhmətdə,
fəaliyyətində nümayiş
etdirir. Məhz buna görə
də vətənpərvərliyin
meyarı söz ilə əməlin üst-üstə düşməsidir.
Azərbaycan Vəkillər
Kollegiyasının üzvü
Rövşən Qasımov
qeyd edib ki, hər bir
insan vətənpərvərliyi
əməlləri, gördüyü
işlərlə sübut
etməlidir:
"Bütün sevgilərin
əzəli, bünövrəsi
Vətən sevgisi, insanlığa, haqqa, ədalətə və sülhə olan sevgidir. Bu sevgi qanlarına hopmuş insanlar üçün öz şəxsi arzuları ikinci dərəcəli olur.
Onlar öz sevdiklərinə qovuşmaq həsrətilə
qovrulsalar da, xalqının, millətinin,
Vətəninin rifahı
onlar üçün
hər şeydən irəlidə olur. Tarixdən düzgün nəticə
çıxara bilməyən
millət isə tənəzzülə uğraya
bilər. Hər kəs
öz işində məsuliyyətli olarsa, cəmiyyətin həyatında
neqativ hallar da azalar. Fani dünya heç kimə qalmayıb, heç bundan sonra da qalmayacağı
dəqiqdir. Bu dünyada qalan insanın əməlləridi.
Müdriklərimiz deyib ki, iki cür əməl
var, bir insanlara qarşı əməlindi, bir də Vətən qarşısında əməlindi.
Vətən qarşısında nə qədər yaxşı əməl sahibi olsan, bu
torpağa nə qədər dərin köklərlə bağlansan,
bu torpaq üzərində yaşayanlar
da səni unutmayacaq. Bu həyatda isə istənilən məsələni
çox asanlıqla həll etmək mümkündür. Ən önəmli
olan tərəf isə ondan ibarətdir ki, bütün məsuliyyətlərin
və zəhmətlərin
fövqündə bir
müqəddəs ad yaşamalıdır.
Mən deyərdim ki, bu ad bizim üçün
dünyanın ətrafında
fırlandığı orbit olmalı, kimliyindən asılı omayaraq, hər birimizin ruhunda yaşamalı və hər kəs də onu yaşatmalı, qorumalı və inkişaf etdirməlidir.
Bu ad Azərbaycandır.
Gəlin,
bu adın qarşısındakı məsuliyyətin
bütün məsuliyyətlərdən
yüksəkdə dayandığını
dərk edən və hər addımında məhz bu əqidəyə xidmət edən vətənpərvər Azərbaycanlı
kimi yetişməyə
çalışaq!"
Onun sözlərinə görə, insan
bir zaman yurdundan-yuvasından ayrı
düşə bilər.
Dünyanın hansısa nöqtəsində
şad-xürrəm, bütün
nemətlərdən dadaraq
gün keçirə
bilər. Ancaq bu hal bir müddət
davam edər, həmin insanın ürəyində keçmişlə
bağlı xatirələr
baş qaldırar, həsrət ürəyini
göynədər, özünü
insanlar içində
yad, şəhərlər
içində qərib
hiss edər. Və elə
o zaman hansısa qüvvə onu geri, doğulub boya-başa çatdığı
torpaqlara çəkər,
bu qüvvə get-gedə qarşısıalınmaz
gücə çevrilər,
bu gücün qarşısında dünyanın
bütün naz-nemətləri
gözdən düşər.
Həmin
insan hər şeyi buraxıb öz yurduna qayıdar, bu dünyadan gedənlərinin
məzarını ziyarət
edər, doğmalarına
baş çəkər,
ağsaqqalının əlindən,
gəncinin üzündən
öpər. Hiss edər
ki, o, yenidən yaşayır, çünki
o, Vətənə qayıdıb,
illər uzunu həsrətində olduğu
Vətənə".
R.Qasımov əlavə edib ki, milli mənlik şüuru, milli özünüdərk vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqidir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş hər bir insan, vətəndaş, öz xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, ona düzgün qiymət verir: "Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən kənarda baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün artibutlara: milli bayrağa, gerbə, himnə, dini etiqada və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər. Torpaq, vətən insanın yaşayış və əbədiyyət məskəni, ulularımızın müqəddəs məbədidir. Beləliklə, vətənpərvərlik Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik insanın daxilində olan bir hissdir. Bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə Vətənini, nə torpağını, nə də valideynlərini sevə bilərsən. "Vətənpərvərəm" deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyi əməlləri, gördüyü işlər ilə sübut etməlidir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, onu da müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə, milli mənlik şüurunun möhkəmlənmə-sinə yönəltmək lazımdır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, Vətəni qorumağa çağırır. Hər bir insanda milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır".Onun sözlərinə görə, əsl vətənpərvər Vətənin gələcəyi naminə çalışan, Vətənin mənafeyini şəxsi mənafeyindən çox-çox yüksəkdə tutan, dar gündə əldə silah sərhədlərimizin keşiyini çəkmək üçün yollanmağa hazır olan insandır: "Əsl vətənpərvər şagirdlərini öyrətməklə bərabər, həm də özü öyrənən müəllimdir, əsl vətənpərvər yalnız fəaliyyət göstərdiyi sahəyə xeyir gətirməyi düşünən mühəndisdir, tədqiqatları ilə elmə yenilik gətirən alimdir, xalqın mənafeyini hər şeydən uca tutan siyasətçidir. Bir sözlə, əsl vətənpərvər əsl vətəndaşdır! Bu gün Vətənimizin gələcək taleyi əsl vətənpərvərlərin əlindədi. Bu haqq, bu ixtiyar Tanrı iradəsi, Tanrı istəyidi. Gün gələcək ki, bu Vətən öz fədailərinin sayəsində bütövləşəcək, işğal altındakı torpaqlarımız işğaldan azad olunacaq".
Alim
Azərbaycan
Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyilə ABUİB-in həyata
keçirdiyi "Azərbaycançılıq
və hərbi vətənpərvərlik ideyalarının təbliği"
layihəsi çərçivəsində çap
olunur.
Olaylar.- 2019.- 8-10 iyun.- S.6.