Bazarlardan gələn ölüm

 

Qidada gizlənən təhlükə

 

Müasir dünyada qida təhlükəsizliyi ən aktual məsələlərdən hesab olunur. Dünyada baş verən iqtisadi tənəzzül bu təhlükəni bir qədər də artırmış olur. Belə ki, ərzaq çatışmazlığı iqtisadi baxımdan geri qalmış ölkələri cənginə alıb. Artıq bir sıra ölkələrdə açlıqdan dünyasını dəyişən insanların sayı bu məsələ ətrafında ciddi düşünməyi zəruri edir. Elə bəzi beynəlxalq təşkilatlar da kifayət qədər qlobal hesab olan bu məsələ ətrafında baş sındırmaqa davam edirlər. Lakin çıxış yolu inkişaf etmiş ölkələr tərəfindən humanitar yardımlar edilməsi barədə müraciətdən o tərəfə keçmir. Məsələ orasındadır ki, hazırda inkişaf etmiş ölkələrin özündə ərzaq qıtlığı problemi var. Elə bu səbədən də bir sıra ölkələr rəsmi şəkildə ərzaq ixracına qadağa qoyublar. Nəhayət çıxış yolu kimi ərzaq məhsullarının artırılması qərara gəlinib ki, bu da süni məhsul istehsalını nəzərdə tutur. Marqlısı odur ki, beynəlxalq təşkilatlar bir tərəfdən ekoloji təmiz məhsul istehsalını önə çəkir, digər tərəfdən günütik maifikasiya olunmuş məhsul istehsalını reallaşdırır. Bu praktika daha çox meyvə və tərəvəzlər üzərində aparılır ki, hazırda bu kateqoriyadan olan günütik maifikasiya olunmuş məhsul dünya bazarını bürüyüb. Elə Azərbaycan bazarlarında da bu növ məhsullar üstünlük təşkil edir. 

 

Qeyd edək ki, meyvə-tərəvəzlərin tərkibində insan orqanizmi üçün zəruri olan bir çoõ maddələr vardır. Fizioloji normaya əsasən, insan orqanizmin normal fəaliyyəti üçün ildə orta hesabla 130 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir. Xüsusən, tərəvəzlərin tərêibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saõlanılma üsullarından və müddətindən çoõ asılıdır. Müasir dövrdə tərəvəzin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Eyni zamanda tərəvəzlərin yetişməsi və saxlanılması dövründə onların tərkibindəki maddələr keyfiyyət dəyişikliklərinə uğrayır. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlakı zamanı vacib məsələlərdəndir.. Hazırda ticarət şəbəkələrini yerli və xarici istehsal olan pomidorlar bürüyüb. Ölçüsü, rəngi və keyfiyyət göstəricilərinə görə müxtəlif olan bu növ məhsullar insan orqanizminə mənfi təsir göstərə bilər. Vəziyyət o həddə çatıb ki, bazarlarda geni dəyişdirilmiş pomidor sortları peyda olub.  Ona görə də insan sağlamlığı üçün faydalı olan bu məhsulları istehlak edərkən diqqətli olmaq lazımdır.

Məlumata görə, pomidor  badımcankimilər  fəsiləsinin  quşüzümü cinsinə aid bitki növüdür. Pomidorun vətəni Qalappaqos adaları, Çili, Peru və Ekvadoru əhatə edən Cənubi Amerikanın sakit okean sahilləri boyu ensiz zolağı əhatə edən ərazidir. Pomidor haqqında Avropa botaniklərinin ilk xatırlatmaları 1553-1554-cü illərə aiddir. Onu yetişdirən və qida məhsulu kimi istifadə edən hindlilər, bu bitkini "tumatl" adlandırırdılar. Pomidor meyvəsinin müxtəlif və çoxsaylı araşdırmalarından sonra, onun faydalı maddələrlə zəngin olduğu məlum olmuş, meyvələri tibbi məqsədlər üçün istifadə olunmağa başlaməşdır. Pomidor istisevən bitkidir, 15 °C-dən aşağı temperaturda bitki adətən çiçəkləmir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar. Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kameralarından və toxumlardan ibarətdir. Daxili toxum kameraları çox olan pomidorlar ən yaxşı pomidorlardır. Kameraların sayından asılı olaraq azkameralı (2-5 kamera), ortakameralı (6- 9 kamera) və çoxkameralı (10-dan çox kamera) qruplarına bölünür.

Pomidor yay fəslində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Ona görədə istehlakçılar üçün onun keyfiyyət əlamətlərini bilmək vacibdir. Pomidorun geniş yayılmış üç - adi, Peru və tüklü növləri mövcutdur. Pomidor meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarı olur. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 q-dək və daha çox olur. Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4%-ə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza dəmir və s. vardır. Tərkibində quru maddələr, o cümlədən  həll  olan şəkərlər, üzvi turşular,  natrium, kalium,  kalsium,  dəmir,  fosfor kimi maddələr, bir sıra vitaminlər, karotin və s. vardır. Meyvəsi 80-140 günə yetişir. İsti sevən bitki olduğundan, əsasən orta isti və cənub rayonlarında becərilir. Pomidorun 600-ə qədər becərilən növü məlumdur. Bunlar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər. Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Yetişmə dərəcəsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. İrilərinin çəkisi 100 qr-dan çox, orta irilərinki 60-100 qr, xırdalarınkı isə 60 qr-a qədər olur. Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan ibarətdir. Pomidorun aşxana növləri ən çox salatların və xörəklərin hazırlanmasında istifadə olunur. Pomidorun konservlik növləri tomat-pasta, tomat-püre, pomidor şirəsi almaq üçün işlədilir. Sirkəyə və duza qoyulan pomidorların ətli hissəsi bərk olmalıdır. Saõlanma zamanı pomidorda suyun buõarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər gedir. Bu səbəblərdən saõlanma müddətinə görə pomidor orta müddətə saõlanıla bilən tərəvəzlər qrupuna daxildir və onu 1 aydan 2-3 aya qədər saõlamaq olar. Pomidorun saxlama müddəti onun növündən, saxlama temperaturundan və şəraitindən xeyli dərəcədə asılıdır. Məsələn yetişmiş qırmızı pomidorlar optimal şəraitdə təxminən 30 gün müddətində saxlanıla bilər. Bu zaman onlar 0-2ºC temperaturda, 85-90% nisbi rütubətdə soyuducuda saxlanmalıdır.

Pomidorun keyfiyyətli qalması üçün onun  saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Burada onun yetişmə səviyyəsi də mühüm rol oynayır. İstənilən rəngdə olan tam dəymiş pomidorları 1-2ºC, orta dəymişləri 4-6ºC, yaşıl dəymiş pomidorları isə 10-12ºC temperaturda saxlamaq məqsədəuyğundur. Pomidorun istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmanın əhəmiyyəti böyükdür. Bu məhsulu qablaşdırmaq üçün yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunur. Qablaşdırma zamanı yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat qablaşdırma materialı döşənir. Daşınma zamanı isə  məhsulun üstü mütləq örtülməlidir. Taralarda daşınma və saxlanma pomidorun istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılmasına imkan verir. Pomidor keyfiyyətini itirməmək üçün ticarət şəbəkələrinə əsasən üstübağlı maşınlarda daşınmalı və qısa müddətdə istehlak yerinə çatdırılmalıdır. Pomidorun keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır. Êeyfiyyətcə pomidor meyvəsi təzə, təmiz, bütöv, sağlam, zərərvericilərlə zədələnməmiş olmalıdır. Tərêibində quru maddələrin miqdarı 8%- dən az olmamalıdır. Mağazalarda qablaşdırılmış şəkildə satılan pomidorlar içərisindən keyfiyyətsiz mal  aşkar olunarsa onları daha keyfiyiyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur. Ticarət şəbəkələrindən pomidor alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən firioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edilməlidir. Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Bu kimi hallardan sığortalanmaq üçün mənşəyi məlum olmayan pomidor almaqdan çəkinmək lazımdır.

 

Nurlan

 

Olaylar.- 2019.- 8-10 iyun.- S.13.