Bölgələrdə yeni yerlərinin

açılması prosesi davam edir

 

Bu məsələdə regional proqramların əhəmiyyəti danılmazdır

 

Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib. Ölkədə sahibkarlığın inkişafına təkan verən regional proqramlar heç şübhəsiz ki, nəticə etibarilə iqtisadi artıma zəmin yaradıb. Sirr deyil ki, ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir.

Son illərdə bu istiqamətdə dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər Dünya Bankının "Doing Business 2019" hesabatında öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə yeni rekorda imza ataraq dünyada 10 ən islahatçı dövlət siyahısına daxil olub. Bu, ölkəmizdə əlverişli  investisiya mühitinin cəlbediciliyinin mühüm göstəricisi olmaqla, özəl, xaricidaxili sərmayələrin iqtisadiyyatımıza, xüsusən onun qeyri-neft sahələrinə axını üçün əlavə güclü təkan verib. Bunlar müstəqil Azərbaycanın həm də son 15 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin vaxtlı-vaxtında uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir. Etiraf edilməlidir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası respublikanın ayrı-ayrı rayonlarının da inkişafına səbəb olub. Sözügedən proqramlar Samux rayonunda da uğurla icra olunaraq çoxsaylı nəticələr əldə edilib. Samux Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, son illərdə rayonun yerli büdcəsinin artımı müşahidə olunur. Belə ki, əvvvəlki illə müqayisədə 2018-ci  ildə rayonun yerli dövlət büdcəsi 6 faiz  artaraq,  4784,0 min manat təşkil edib. Rayonun yerli büdcəsinin gəlirləri 2809,0 min manat  proqnoza qarşı  3291,0 min manat, yəni 117,2 faiz yerinə yetirilib. Rayonun  yerli  büdcəsi dürüstləşmələr nəzərə alınmaqla 5784,0 min  manat olub ki, onun da  95,5 faiz  icra olunub.

Regional proqramlar Samux rayonunda kənd təsərrüfatının dinamik inkişafını təmin edib. Belə ki, rayonda 10675  hektar  sahədə taxıl əkilib ki, ondan da  6183 hektarı  buğda,  4105 hektarı  dən  üçün  arpa təşkil edib.  Sahələrdən  36601,0 ton taxıl məhsulu yığılıb ki, bunun da 23210,0 tonu buğda, 13 391,0 tonu isə arpadır. Məhsuldarlıq 34,3 sent təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəkindən 31,4 faiz yüksəkdir. Məlumata görə, 2019-cu  ilin  01 yanvar  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23 515 baş  olub ki, bunlardan  ana inək və camışların  sayı  12336  baş təşkil edir. Hesabat ilində rayonda 5,6 min  ton diri  çəkidə  ət, 30,8 min ton süd,  6,54 milyon  ədəd  yumurta, 279,0 ton yun istehsal  olunub. Heyvandarlıq məhsullarının istehsalında da  ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır. 2019-cu ilin məhsulu üçün 14115  hektar sahədə şum qaldırılıb ki, bu da ötən mövsümdəkindən 3,9 faiz çoxdur. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən kənd təsərrüfatının stimullaşdırılması məqsədi ilə cari ildə istehsalçılar əkin yanacaq dəyərinə görə 7372 istehsalçıya  1132735,2 manat, o cümlədən 5733 hektar buğda əkini üzrə 516004,2 manat, təkrar əkinə görə 93 istehsalçıya 167368,5 manat,   çuğundur əkininə görə 256 istehsalçıya 183504,56 manat, pambıq əkininə görə 4647 manat, süni mayalanma yolu ilə alınmış 417 buzova görə 41700 manat arıçılıq üzrə 1739 ədəd arı ailəsinə görə 114 nəfər arıçıya 17390 manat, ümumilikdə 1540835,2 manat subsidiya plastik kartlarla istehsalçılara ödənilib. Məlumatda o da bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub ki, onların hamısı istifadəyə verilib. Şəmkir -Maşın kanalına daimi suyun verilməsi təmin edilib. Bununla bərabər rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi səyyar  qəbul-görüşlərdə fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ  suvarma suyuna, xüsusilə yay aylarında  ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi 2019-cu ildə əkin sahələrinin  daha da  genişlənməsini nəzərə almalı, suvarma suyuna ehtiyac olan  yerləri vaxtında müəyyən etməli müvafiq tədbir görməlidir.

Regional proqramlar çərçivəsində əhalinin davamlı elektrik enetjisi ilə təminatı məsələsi diqqət mərkəzində saxlanılıb  Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  Samux şəhərinin Kolayır massivində, Sərkar, Ziyadlı Çobanabdallı kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması işləri həyata keçirilib. Kolayır massivində 10 kv-luq hava xəttinin yenidən qurulması üçün 476 ədəd dayaq basdırılaraq 83,0 km AS70 naqili çəkilib. 0,4 kv-luq şəbəkənin qurulması üçün 755 dayaq basdırılıb,  30,4 km kabel çəkilib. Çobanabdallı kəndində 106 dayaq basdırılıb. Çobanabdallı kəndində 4,1 km,  Sərkar Ziyadlı kəndlərində 2,5 km SİP kabel çəkilib. Sərkar kəndinin girişində 1 ədəd 6/10 kv-luq 2.5 MVA transformator quraşdırılıb. Kolayır massivində 11, Sarıqaya kəndində 1, Yuxarı Ağasıbəyli kəndində 1, Aşağı Ağasıbəyli kəndində 1 ədəd, ümumilikdə 14 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılıb. Eyni zamanda Sərkar kəndinin girişində 1 ədəd 6/10 kv-luq 2,5 MVA gücündə transformator quraşdırılıb. Yeni abonentlərə 560 ədəd sayğac dəsti quraşdırılıb.

Eyni zamanda, əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində    müəyyən  işlər  görülüb.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Buna baxmayaraq, abonentlərin fasiləsiz normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilib. Belə ki, Lək Hacıalılı kəndlərini təbii qazla təmin edən xəttin dəyişdirilməsi istiqamətində işlər davam edib, xəttin 9,0 km hissəsində işlər başa çatıb.  Bundan başqa hesabat dövrü ərzində Sərkar, Qarabağlılar, Tatlı kəndlərində istismar müddətini keçmiş qaz xətlərinin dəyişdirilməsi,  Ağasıbəyli, Qovlarsarı, Alıuşağı kəndlərində yeni  qaz xətlərinin çəkilişi həyata keçirilmişdir. İl ərzində  221 yeni abonent təbii qazla təmin edilmiş, 340 qaz sayğacı yenisi ilə əvəz olunub.

Rayon əhalisinə göstərilən  rabitə  poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində müvafiq işlər aparılır. İl  ərzində rayonun Alabaşlı qəsəbəsində 128, Sarıqaya kəndində 160 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası (EATS) qurulmuşdur. Nəticədə   əsas telefon aparatlarının sayı 162 ədəd artırılaraq,  8503 ədədə, yüksəksürətli internet portalının tutumu 1024 port artırılaraq montaj tutumu 4848 porta çatdırılıb.  Hazırda rayonda internet xidmətindən 4404  abunəçi  istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən  17,4 faiz  çoxdur. Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış "Qaynar xəttə" daxil olan məlumatlar, səyyar   fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektrik enerjisi, təbii qazla, içməli su yüksəksürətli internet təminatında  müəyyən nöqsan çatışmazlıqlar  hələ   mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Regionların social-iqtisadi inkişaf proqramları çərçivəsində Samux rayonunda abadlıq-quruculuq işləri ön planda olub. Şəhər, qəsəbə kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində yerli əhəmiyyətli məsələlərin həllində  bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələrlə  birgə yaxından iştirak ediblər. İl ərzində  bələdiyyələr tərəfindən "Bir bələdiyyə - bir layihə" çərçivəsində müxtəlif layihələr həyata keçirilib. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə yolların təmiri, məişət tullantılarının yığılması daşınması sahələrini əhatə edib. Bununla bərabər bələdiyyələrin fəaliyyətində ciddi nöqsanlar vardır. Xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan  istifadə edilməsində nöqsanlar daha çoxdur.  Hələ   qəsəbə kəndlərdə ərazilərin təmizliyinin qorunub saxlanılması tam təmin edilmir, məişət tullantılarının yığılıb - daşınması  təşkil edilməyib. Əhalinin üzləşdiyi yerli problemlərin vaxtında aradan qaldırılması bir çox hallarda  təmin edilmir. Bu nöqsan və çatışmazlıqlar təxirə salınmadan öz həllini tapmalıdır.

Regional proqramlar çərçivəsində əhalinin sosial problemlərinin həlli xüsusi əhəmiyyət ləsb edib. Belə ki, əhalinin sosial müdafiəsi mütəmadi olaraq rayon rəhbərliyinin diqqətində saxlanılıb. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının və digər normativ hüquqi aktların icrası ilə əlaqədar rayonda aidiyyəti idarə və müəssisələr müvafiq tədbirlər həyata keçiriblər. Rayonun  təhsil, səhiyyə və mədəniyyət  sahələrinin  inkişafı  da daim diqqətdə saxlanılıb. Son  illərdə  rayonda  inşa  edilən  məktəblər, onların  maddi  texniki  bazasının yaxşılaşdırılması  informasiya kommunikasiya  texnologiyaları  ilə  təmin  olunması  rayonun  təhsil sisteminə   müsbət  təsir  göstərib. Son 15  ildə  rayonda 18 yeni məktəb binası   inşa  edilib, 17 məktəbdə  əsaslı  təmir  işləri  aparılıb. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə gəldikdə, son 15 ildə  62 Qarabağ müharibəsi əlili, şəhid ailəsi və Çernobıl əlili mənzillə təmin olunub.  2019-cu ildə də  fərdi mənzil tikilməsi gözlənilir. Hazırkı vaxta kimi 21 Qarabağ müharibəsi, 4 nəfər Böyük Vətən Müharibəsi və bir nəfər Çernobıl əlilinə fərdi minik avtomobili verilib. İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilib. Təkcə 2018-ci il  ərzində rayonda 374-ü daimi olmaqla 586 yeni yeri yaradılıb. Üçüncü Dövlət Proqramının icrası ərzində 4671-i daimi olmaqla 11035 yeni yeri yaradılıb. Sadalanan faktlar deməyə əsas verir ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları reginların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 11-12 iyun.- S.15.