Saxta hay xəritəşünaslığı
Dünyaya səpələnmiş
hay kilsəsinin uydurma "Ermənistan
dövləti" yaratmaq məqsədinə uyğun olaraq həyata
keçirdiyi beynəlxalq miqyaslı avantürist taktiki gedişlər
sırasında dünya alimlərinin və din xadimlərinin elmi-nəzəri, tədqiqat dini-fəlsəfi
nümunələrinin saxtalaşdırılması xüsusi
yer tutur. Bu istiqamətdə coğrafiya elmi və onun xəritəşünaslıq bölümü istisnalıq təşkil etmir. Belə ki,
qondarma hay əsilli
"alimlərin, səyyahların və xəritəşünasların"
meydana çıxarılması, qədim dövrlərə və orta əsrlərə aid məşhur
alimlərin əsərlərindən istifadə etməklə saxta "Ermənistan
xəritəsi"nin ortaya çıxarılması adi hal almışdır.
Hətta, bu həyasız qəbilə-tayfa sürüsü
Qərbi Avropanın dini mərkəzlərində
saxlanılan ruhani-sxolostik, dini-fəlsəfi,
rəngli-miniatür və illüstrasiyalı nəşrləri
də bu iyrənc məqsədləri üçün istifadə etməkdən
çəkinməmişdir.
Onlar daha çox VI əsrdə İskəndəriyyə şəhərində yaşamış yunan mənşəli rahib, tacir və səyyah Kozma İndokoplovun dini-mistik ruhda yazılmış "Kainatın xristian topoqrafiyası" əsərinə istinad edərək rəngli miniatür-illistürasiyalara əsaslanaraq öz istəklərini - hər vəhclə "Böyük Ermənistan"ın qədim dünyanın coğrafi xəritələrdə göstərildiyini əsaslandırmağa çalışmışlar. Hansı ki, bu əsər özündən əvvəlki elmi əsərləri və xəritələri (Eratosfenin, Strabonun, K.Ptolomeyin və başqalarının) nəticələrini inkar etmiş, yalnız "Bibliya" rəvayətlərinin məzmununu və ideyasını əsas götürmüşdür. Təbii ki, "Bibliya"da Ermənistan və ermənilər haqqında heç bir kəlmə də yoxdur.
Bir cəhətə diqqət yetirmək lazımdır ki, hay kilsəsinin təşkilatçılığı ilə davamlı surətdə həyata keçirilən buc saxta təbliğatda adı çəkilən hay sürüsünün "zəka sahiblərinin" ixtisasca kim olmaları, "əsərlərinin adları" heç vaxt məlum olmur, amma mülahizələri deyilir. Və yaxud, hayların tərtib etdikləri siyahıda coğrafiyaçı və ya xəritəşünas adında bir hayın adını qeyd edə bilmirlər, amma saxta "Ermənistan coğrafiyası", yaxud Ermənistan xəritəşünaslığı" sahəsində hay mənşəli dünyaca məşhur əsərlərin müəlliflərinin kim olduğu da məlum olmur. Bu da bir hay hiyləsinin nümunəsidir.
Keçək əsas mətləbə. Yenə də hay kilsəsi orta əsrlərə aid "erməni xəritələrinin" əski nüsxələrini Avropa ölkələrinin kilsə kiabxanalarından, muzeylərindən tapıbüzə çıxara bilib.
1957-ci ildə X.Stepanyan "Erməni kartoqrafik nəşrinin 260 ili (1695-1955)" kitabını çap etdirib, guya erməni xəritələri ilk dəfə olaraq sistemləşdirilib və elmi-nəzəri baxımdan qiymətləndirilib. Bu xəritələr əsasında Ermənistanda (müstəqillik dövründə-1990-2015-ci illərdə) müsir kartoqraflar (K.Mustafyan, R.Qaliçyan, Q.Uluxoqyan...) tərəfindən həmni xəritələr əsasında "Ermənistan xəritəşünaslığı" xeyli qiymətli məlumatlarla zənginləşdirilib və tarixi-coğrafi məlumatlar dəqiqləşdirilib. Mötərizədə adı sonuncu çəkilən "kartoqraf" guya 1991-ci ildə qədim İtaliyanın şimalındakı Boloniya Universitetinin kitabxanasında Eremi Keomurçiyanın 1691-ci ilə aid olan "məşhur xəritəsi"ni tapıb və ona monoqrafiya həsr edib. Daha sonra, bu cür saxta nüsxələr (hətta XIII-XIV əsrlərə aid) Matenadaran kitabxanasında xüsusi qayğı (nömrə) ilə saxlanılır.
E. Keomurçiyanın "xəritəsi" daha çox kilsə şəkilini xatırladır, kilsə, məbəd və dağ şəkillərindən, kiçik dairələr içərisindəki yazılardan ibarətdir. Qarışıq yazılardan "Ermənistan dövləti"nin qədim sərhədlərini təsəvvür etmək yəqin ki, hay saxtakarlığından başqa bir şey deyil. Çünki, bu cür şəkilləri "xəritə" kimi qələmə vermək yəqin ki, hay kilsəsinin uydurma "elmi kəşfləri kimi" də qiymətləndirmək olar.
Haylar özləri də etiraf edirlər ki, Qabriel Uluxoqyan tərəfindən tərəfindən 1991-ci ildə Boloniya Universistetinin kitabxanasında üzə çıxardığı E.Keomurçiyanın "xəritəsi" informasiya mənbəyi kimi hay kilsəsi üçün (daha Ermənistan coğrafiyaşünaslığı üçün yox) əhəmiyyətlidir (Qriqor Beqlaryan "Orta əsrlərin erməni xəritəsi", 2017.)
Bir az əvvələ qayıdaraq qeyd etmək lazımdır ki, guya Matenadaran muzeyində 1242 nömrəaltında XIII-XIV əsrlərə aid əski erməni dilində yazılmış "erməni xəritəsi" saxlanılır, amma "müəllifi" məlum deyil və erkən orta əsrlərin, xüsusilə K.İndokoplovun (soyadın yunanaca mənası "Hindistana üzən adam" mənasındadır) "Xristian kartoqrafiyası" ("Kainatın xristian topoqrafiyası") üslubunda hazırlanmışdır. Yuxarıda qeyd etmişdik ki, bu müəllif yalnız dini-mistik dünyagörüşü əsasında rəngli şəkillər çəkmiş, qədimn yunan-roma və Qərbi Avropa elmi nəticələrini inkar etmişdir. K.İndokoplov kainatı, Yerin quruluşu və okeanların (dənizlərin) yerləşməsini dini mülahizələr baxımından ("Bibliya"nın müddəaları ilə) təsvvür etmiş, elmi-nəzəri nəticələri inkar etmişdir.
Bu yerdə deyiblər: "Axsaq atın kor nalbəndi olar."
Bununla yanaşı, həyasız hay sürüsü bu "əsərlərin" o dövr üçün daha mütərəqqi üslubda hazlandığını, yüksək bədii dəyərə malik olduğunu bildirməkdən çəkinmirlər. Onlar orta əsrlərin "erməni xəritələrinin" məzmununu dini mövzulu miniatür rəsm əsərləri ilə eyniləşdirdikləri üçün konkret tədqiqat və nəzəri təhlil mənbələrini göstərməyi "unudurlar".
Buna misal olaraq 1286-cı ilə aid edilən (Matenadaranda 979 nömrə ilə saxlanılan) Kilikiyalı Toros Ruslinin "Qırmızı dənizdən keçmə" rəsmini (Musa peyğəmbərin əsasının gücünə yəhudiləri Qırmızı dənizdən keçirməsi əhvalatı mövzusunda) göstərmək olar. Çünki, bu əsərin məzmununa və rəsm texnikasına uyğun olaraq "Qara dənizdən keçmə" şəklini də ortaya atmaqla, guya hər iki əsərdə "Ermənistan ərazisi" göstərilib, müəllif Yaxın Şərq və Aralıq dənizi sahilləri ilə tanış imiş, "Ermənistan Kilikiyası"nda olmuşdur və bu əsərlər də "Xristian kartoqpafiyası"na uyğun işlənilmişdir. Deməli, mistik-dini təfəkkürə və fəlsəfəyə uyğun riyazi proyeksiya əvəzinə illüstirasiyalı "coğrafiya xəritəsi" də tərtib etmək olar - hay üslubu ilə.
Bu onu göstərir ki, hay kilsəsi və sürüsü hələ də miniatür rəsmlərlə təsvir elementləri coğrafi xəritənin məzmunundan ayırd edə bilmirlər, baxmyaraq ki, özlərini müasir dünyanın sivil toplumu kimi təsəvvür edirlər.
Daha sonra, XVIII əsrə aid qədim nüsxə kimi hay kilsəsi tərəfindən İtaliyanın Venetsiya şəhərində mxitarislər konqreqatsiyası tərəfindən çap etdirilmiş "Yer kürəsi xəritəsi" saxta məqsədlərinə ürcah edilmişdir.
Erkən və aralıq orta əsrlərdə tacirlər, pahiblər, sövdəgərlər tərəfindən tərtib edilmiş xəritələr əsasən məlumat-bilgi və kəşfiyyat səciyyəli olduğundan onların əksəriyyətini elmi-nəzəri məzmunlu yunan-roma və ərəb-türk alimlərinin coğrafi əsərləri (eləcə də xəritələri ) ilə eyniləşdirmək mümkün deyil, amma saxta məqsədi üçün hay kilsəsinin hər hiyləyə əl atması aydın görünür. Belə ki, istər Toros Ruslinin şəkilləri olsun, istərsə də Eremi Keomurçiyanın "xəritəsi" - bunlar irticaçı hay kilsəsinin yerləşdiyi əraziləri nişan vermiş, haylar tərəfindən həm də "Ermənistan katalikoslarının xəritəsi" adlanmışdır. Məntiği məqam odur ki, bu sənədlər Boloniya qrafı Lodoviko Marsili tərəfindən sifariş edilmişdir.
Ermənistan müəllifləri "çox təəssüflənirlər" ki, E. Keomurçiyanın "Aşxaraqrutyun" ("Coğrafiya") əsəri gəlib onlara çatmayıb. Çatmasa da məzmunundan xəbərləri var - "ön sözdə, xəritədə, illüstrasiyalarda Ermənistan coğrafiyası barədə qiymətli məlumatlar verilmişdir."
Maraqlıdır, hay kilsəsi qədim dünyanın və orta əsrlərin "Böyük" və "Kiçik Ermənistana", "Ermənistan dağlıq yaylası"na, "Ararat zirvəsi"nə aid olan bütün xəritə, rəsm, nə\şr nümunələrini qoruyub saxlayıb və yaxud Qərbi Avropa ölkələrinin kitabxana və muzeylərində, kilsə arxivlərində eşələyib üzə çıxarmağa müyəssər olduğu halda, amma, nədənsə öz "milli müəllifinin əsərinə" (xəritələrinə) niyə etinasız qalıb? Nəsə, inandırıcı görünmür.
Hay kilsəsi və sürürsünün həyasızlığına bir sübut da odur ki, onlar "Erməni Katalikoslarının xəritəsi"ni "landşaft kartoqrafiyası"nın nümunəsi kimi "qiymətləndirmişlər". Bununla da hay kilsəsi guya Türkiyə (Anadolu) və Yaxın Şərq ərazilərində hay izinin geniş sahə tutduğunu, kilsə hakimiyyətinin qədimliyini, tarixini də saxta yola sübut etməyə çalışır.
Bu məzmunda digər bir nəşrin də adı çəkilir - 1787-ci ildə Venetsiyada mxitarislər konqreqatsiyası tərəfindən çap etdirilmiş digər bir "əsərdə".
Bu haqda növbəti yazımızda...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2019.- 11-12 iyun.- S.4.