Xalqın və dövlətin xilaskarı
– HEYDƏR ƏLİYEV
Bu günlər Azərbaycan
xalqı özünün daha
bir şərəfli tarixini,
millətin, dövlətin məhv olma təhlükəsindən
xilas olduğu günləri
yaşayır. Söhbət 15 iyun-Milli Qurtuluş Günündən gedir.
Məlumdur ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizin müstəqil respublika kimi varlığı heç də yaxın və uzaq qonşularımızı qane etmirdi. İmkan yarandıqca Azərbaycanı yenidən əsarət altına salmaq, onun müstəqilliyini əlindən almaq üçün xarici güclər var qüvvələri ilə çalışırdılar. Bu məkirli plana daxildəki bəzi antimilli ünsürlərin də dəstək verməsi demək olar ki, müstəqilliyin ilk illərindən müşahidə edilirdi və xalqın azadlıq, suverenlik sevincini gözündə qoymaq istəyirdilər. Həmin dövrdə müstəqilliyimizə qarşı yönəlmiş təhdidlər hır nə qədər beynəlxalq güclərin əsas istəyindən irəli gəlirdisə, bir o qədər də o zamankı hakimiyyətlərin səriştəsizliyinin məntiqi nəticəsi idi. Belə ki, düzgün idarəçiliyin qurulmaması, başıpozuqluq, bütün bunlarla yanaşı xalqım problemlərinin getdikcə artması cəmiyyəti ayağa qalxmağa vadar edirdi. Belə bir situasiyada ölkədə vətəndaş qarşıdurması yaranmışdı.
Ölkədə vətəndaş qarşıdurmasının yaranması və Qarabağda bir-birinin ardınca üzləşdiyimiz uğursuzluqlar xalqın nəzərlərini Naxçıvana, xilaskar axtarışına yönəltmişdi. Və təbii ki, Azərbaycan xalqı haqlı olaraq bilirdi ki, ölkəni belə bir vəziyyətdən yalnız və yalınız dərin siyasi təcrübəyə malik olan Heydər Əliyev çıxara bilər. Beləliklə, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider qısa zamanda ölkədə yaranmış xaos və anarxiyanı aradan qaldırmağa müvəffəq oldu, Azərbaycanın müstəqilliyi üçün gözlənilən mümkün təhlükələri aradan qaldırdı. Təsadüfi deyil ki, bu gün də Azərbaycan xalqı həmin tarixi hadisələrə nəzər salarkən ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyunundan sonrakı siyasi fəaliyyətini xüsusi qeyd edir, ona böyük ehtiram hissi ilə yanaşır. Haqlı olaraq 15 iyun tarixi Azərbaycan xalqının qurtuluş tarixi kimi xarakterizə edilir.
Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov da deyir ki, tarix boyu millətimiz məhv olmağa doğru gedərkən, tanrı bizlərə daim liderlər göndərib. Onun sözlərinə görə, müasir dövrümüzdə bir çoxları millilikdən, milliyətçilikdən bəhs etsə də, onların bu ifadələri sadəcə söz oyunlarından , kindən, fitnədən, xainlikdən ibarət olub: "Ancaq ümummilli Lider Heydər Əliyev milliliyimizi sözdə yox, daim əməldə göstərərək, gerçək milliliyin necə olacağını, nəyə xidmət etdiyini bir həyatı boyunca dünya insanlığına gördüyü ədalətli işlərlə göstərib və Türk Dünyası ağacının Azərbaycan budağını qırılıb yox etmək istəyənlərdən qoruyub. Ümummilli Liderimizin gerçək milli iradəsi, Türk Dünyasının bütöv birliyinə vəsilə olub və Türk Dünyasının boğazını yox edilməkdən canı bahasına qoruyub".
Cəlal İbrahimov deyib ki, 1993-cü ilin may-iyun aylarında Azərbaycan dövlətinin dağılmağa doğru getdiyi bir dövrdə, Ulu Öndər Heydər Əliyev millətimizi hər cür müsibətdən qorumaq üçün, Vətəni Azərbaycana gəldi, millətin gerçək milli birliyini yaradaraq, xalq tərəfindən hakimiyyətə gətirildi: " Ümummilli liderimiz Azərbaycan dövlətini, xalqını dərin məhəbbətlə sevmiş və bu yola daim haqqa söykənən sevgiylə çıxmış və yurdumuzun hər qarışını gəzərək, dövlətimizin hər köşəsində millət üçün, dövlət üçün, böyük milli xidmətlər göstərmişdir ki, bu gün də bizlər bu zəminlər üzərində inkişaf etməkdəyik. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin hər qarışını sadəcə gəzməyib. Eyni zamanda o, bütün bölgələrin tarixini, mədəniyyətini, incəsənətini, xalq ədəbiyyatını, meşələrini, dağlarını, çaylarını, göllərini həm araşdırmış, həm də dərin məhəbbətlə yaradıcının bu dəyərlərinə bağlı olaraq sevmişdir. Bizlər milliyətçilik dərsi almaq istəyiriksə, ilk növbədə ümummilli liderimiz Heydər Əliyevin vətənə, millətə, dövlətə qarşı məhəbbətlə etdikləri xidmətlərini bilməli və bu dəyərli yolu özümüzə milli yol olaraq daim seçərək bilməliyik ki, dövlətimizin birliyini daim diri saxlayaraq ayaqda tuta bilək. Ümummilli liderimiz Heydər Əliyevin milliliyi vətənə, millətə, dövlətə sevgi əsasında xidmət olduğu qədər, dünya insanlarına qarşı da milli zəminlər üzərindən yüksələn böyük hörmət,xidmət və dostluq münasibətləri dururdu. Bu onu göstərir ki, bizim milliliyimiz haqqa, ədalətə, insanların birliyinə, dinçliyinə və təhlükəsizliyinə xidmət edir".
Hakim partiya rəsmisi bildirib ki, Azərbaycanda həm də Sovetlər birliyinin bütün bölgələrində insanların birliyi, dostluğu, dinçliyi, rifahı üçün böyük sosial xidmət sahələri və iş yerlərinin açılmasını həyata keçirən ümummilli lider Heydər Əliyev, eynilə qırgız şairi Çingiz Aytmatovun dediyi kimi; bir kənddən, şəhərə, şəhərdən ölkəyə, ordan isə Sovetlər Birliyinin rəhbərliyinə qədər yüksəldi və bu yüksəlişlə özünü həm Azərbaycanda həm də Sovetlər Birliyində gördüyü ədalətli işləriylə göstərdi: "Ümummilli Liderimizin bir nöqtədən bütün dünyaya tanınmasının yeganə səbəbi milli iradəsinin sevgi və ədalət əsasında olması idi. Azərbaycan xalqı özünü bilməyən saxta və mənfəətçi siyasətçilər üzündən məhvə doğru getdiyi bir dövrdə, Tanrı bizə xalqın qurtuluşu üçün , Ulu Öndər Heydər Əliyevi göndərdi. Xalqımızı və dövlətimizi daxili və xarici düşmənlərdən təmizləyən Ulu Öndər düzgün zəminlər üzərində çağdaş , demokratik, milli Azərbaycan dövlətini qurdu. Ulu Öndərimiz bu gün haqqın rəhmətinə qovuşsa da , o daima xalqımızın qəlbində və dualarında yaşayacaqdır. Onun düzgün zəminlər üzərində qurmuş olduğu Azərbaycan Dövlətinin güclənməsi və yüksəlməsi üçün Ulu Öndərimizin davamçısı Cənab; İlham Əliyev xalqın dəstəyilə Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalq tərəfindən sevilən , Cənab İlham Əliyev, Ulu Öndərimizin düzgün zəminlər üzərində qurmuş olduğu Azərbaycan dövlətinin əbədi və qalıcı olması üçün , bütün sahələrdə çağdaş mədəniyyətlərə uyğun ədalətli reformalar həyata keçirib. Azərbaycan dövlətinin və xalqının təminatı olan Azərbaycan Respublikasının Prezidenti , Cənab; İlham Əliyevin ətrafında birlik olmaq, milli iradəmiz baxımından bizim vətəndaşlıq borcumuzdur". Cəlal İbrahimovun sözlərinə görə, bu gün ölkə başçısının regionlarda infrastruktura və turizmə ayırdığı diqqət nəticəsində ölkəmiz bu sahədə inkişaf edib.
Məhəmməd
Olaylar.- 2019.- 11-12 iyun.- S.5.