Fəlakətə gedən yol və Heydər

Əliyevin xilaskarlıq missiyası

 

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir

 

15 iyun - Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və xalqımızın uzun əsrlər həsrətində olduğu azadlığın xilas günü kimi tarixə düşüb. Daha dəqiq, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olma təhlükəsindən xilas edilib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə xalqı fəlakətdən, dövləti müstəqilliyini itirmək təhlükəsindən qoruyub. Ulu öndər Heydər Əliyev uzagörən siyasəti nəticəsində respublikamızda tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırılıb və inkişafın təməlini qoyub. Bu gün Mlli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə  verir, regiondadünyada Azərbaycanın nüfuzu günbəgün artır. Ulu öndərin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və istiqlal arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi. Etiraf edilməlidir ki, Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiyaseparatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan bir dövlət miras qalmışdı. Böyük siyasət ustası, tanınmış dövlət xadimi Heydər Əliyev bütün varlığı ilə xalqının, canı qədər sevdiyi Azərbaycanın müstəqillik taleyini qorumağa, dövlətçiliyi xilas etmək missiyasına başladı və qısa  bir zamanda ölkəmizi əbədi müstəqillik yoluna çıxardı. Belə ki, 1993-cü il iyunun 9-da ümummilli lideri Heydər Əliyev xalqın təkidi və tələbi ilə Bakıya qayıtaraq ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Məclisin sədri seçildi və bu gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşdü. Qətiyyətlə demək olar ki,   Heydər Əliyevin bu tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin xalqına, millətinə, Vətəninə olan sönsuz, təmənnasız, əzəmətli sevgisi.

YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır: "Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Hakimiyyətdə olan bəzi rəhbər şəxslər hətta dövlətin milli təhlükəsziliyinə, maraqlarına zərər verən hərəkətlər edərdi. O dövrdə Baş nazirin hüquqi sədləri tapdalayaraq dövlətin məxfi sənədlərini oğurlaması və bu cinayət əməlinə görə, rəhbərlik tərəfindən heç bir tədbir görülməməsi dövlət aparatının hansı vəziyyətdə olmasını təsdiqləyən adi faktlardan biridir. O dövrdə Azərbaycanın bütün şəhər, rayon, kənd və qəsəbələrindən Naxçıvan MR Ali Məclisinə - Heydər Əliyevə on minlərlə adamın imzaladığı teleqramlar, məktublar, müraciətlər axışıb gəlirdi. Bütün bunlar dünyada tanınan böyük siyasi xadim Heydər Əliyevə xalq məhəbbətinin, xalq inamının böyüklüyünü göstərirdi. Xalq Azərbaycanın bu böyük oğlunun siyasi uzaqgörənliyinə, təcrübəsinə, qabiliyyətinə, biliyinə inanır və onu qiymətləndirirdi. Xalq inamının, ümidinin itdiyi bir vaxtda Heydər Əliyevə güvənc yeri kimi baxırdı. Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olduğuna, canından əziz Vətəni sonsuz məhəbbətlə sevdiyinə, yenidən bərpa olunmuş müstəqil ölkənin yad qüvvələrin işğalına düşməsini qətiyyən qəbul edə bilmədiyinə və ölkədə qardaş qırğınının, vətəndaş müharibəsinin baş verməsinə qətiyyət yol verməyə razı olmadığına görə ölkəyə rəhbərliyi qəbul etdi. Vətənin ən cəsur oğlu, böyük vətənpərvər Heydər Əliyev təbii ki, xalqın bu ağır günündə heç vaxt kənarda qala bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı". Onun sözlərinə görə, Heydər Əliyev ilk növbədə Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün qətiyyətli və prinsipial addımlar atdı, həyatını təhlükəyə qoyaraq qan qoxuyan bölgəyə- Gəncəyə yollandı. Onun müdrikliyi, xarizması, siyasi məharəti sayəsində qısa müddətdə qardaş qırğınının, ölkənin parçalanmaq təhlükəsinin qarşısı alındı. Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtardı. Ölkədə Qurtuluş Hərəkatı uğurla başa çatdı və 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkə tarixinə Milli Qurtuluş Günü kimi möhtəşəm gün qızıl hərflərlə yazıldı: "1993-cü il iyunun 15-də Milli Məclisdə çıxış edən Heydər Əliyev bildirirdi ki, Azərbaycanın bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasitarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir".

 

Zəka

 

Olaylar.- 2019.- 11-12 iyun.- S.9.