Regionlarda yol infrastruktur
layihələri
uğurla icra olunur
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı Azərbaycanı dinamik inkişaf etdirir. Regional
propramlar ölkəmizin bütün istiqamətlərdə hərtərəfli
inkişafına zəmin yaradır. Bölgələrimizin dəyişən
siması onu göstərir ki, Regionların sosial-iqtisadi
inkişafına dair bugünə qədər
reallaşdırılan üç Dövlət Proqramında
qarşıya qoyulan bütün vəzifələr uğurla
icra edilib. 2019-2023-cü illəri əhatə edən sayca
dördüncü Dövlət Proqramı da müvəffəqiyyətlə
icra edilməyə başlayıb. Burada əsas diqqət ASK və
sənayeləşmə sahələrinə yönəldilib.
Regionlarda,
o cümlədən kənd yerlərində iqtisadi
inkişafın sürətləndirilməsi, əhalinin
layiqli məşğulluğu və sosial rifah halının
daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin
gücləndirilməsi istiqamətində mühüm işlər
aparılır. Dövlət Proqramı regionlarda əhalinin məşğulluğunun
təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu isə
nəticə etibarilə əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Əhalinin rifah
halı yaxşılaşdırılır və yoxsulluq
azalır. Bununla yanaşı Azərbaycanın iqtisadi
inkişafı son illərdə ölkəmizi xarici
işçi qüvvəsi üçün cəlbedici
etmişdir və ölkəmizdə əmək fəaliyyəti
ilə məşğul olmaq istəyən xarici işçi
qüvvəsinin sayı artmaqdadır. Əhalinin iş yerləri
ilə təmin olunmasında şəhər və rayondaxili
müasir yol-nəqliyyat infrastrukturu, bölgələrimizdə
magistral yolların tikintisi və yenidən qurulması, əhəmiyyətli
rol oynayır. Çünki burada yetərli qədər
işçi qüvvəsinə ehtiyac yaranır. Ölkəmizin
nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin
açılmasına, öz növbəsində, bir çox
sosial problemlərin həllinə şərait yaradır.
Müasir standartalar cavab verən yol infrasdtrukturu insanların
rahatlığını təmin etməlkə yanaşı
iqtisadi inkişaf üçün də mühüm amildir. Bu
minvalla regionlarda nəqliyyat sisteminin davamlı inkişaf
etdirilir, nəqliyyat sektorunun, o cümlədən nəqliyyat
xidmətləri bazarında rəqabət mühiti daha da təkmilləşdirilib,
ölkənin regionlararası, şəhər və rayondaxili
yol-nəqliyyat infrastrukturunun daha da inkişaf edib və
regionlarda magistral yolların tikintisi və yenidənqurulması,
xüsusi ilə kənd yollarının tikintisi, əsaslı
təmiri göz önündədir.
Bu
yaxınlarda M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət
sərhəd avtomobil yolunun 45-ci kilometrliyindən,
H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92
km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun
olaraq inşa edilməyə başlayıb.
Yeni
avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da
yaxşılaşdırılması ilə yanaşı,
bölgədə turizmin inkişafına əlavə təkan
verəcək, dəhlizlə yük və sərnişin
daşımalarında əsas rol oynayaraq, respublikamızın
iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən
tranzit yüklərin daha geniş cəlb olunmasına, yük
həcminin çoxalmasına və gəlirlərinin
artmasına şərait yaradacaq. Yeni yol 4 hərəkət zolaqlı olacaq
yolun hər bir zolağının və çiyinlərin eni
3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol
yatağının eni 27.5 metr təşkil edəcək.Yola hər
hansı maneənin çıxmasının
qarşısını almaq məqsədilə körpü və
birləşmələrin, alt keçid,
suötürücü boruların, işıqlandırma
işlərinin, ayrıcı zolaqda beton çəpərlərin,
beton bardyurların quraşdırılması, ekoloji və ətraf
mühitin qorunması tədbirlərinin görülməsi və
yolun hər iki tərəfdən çəpərlənməsi
(təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə
tutulur. Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili
boyu Samur-Dəvəçi ovalığından yerləşir
əsasən yaşayış məntəqələrindən
və sənaye müəssisələrindən kənar
keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən
isə magistrala giriş-çıxış yolları
çəkiləcək. Tikiləcək yolun ətraf
mühitə, o cümlədən faunaya mənfi təsirini
azaltmaq məqsədilə heyvanlar üçün yolaltı
keçidlərin tikintisi və səsboğucu
qurğuların quraşdırılması nəzərdə
tutulur. Layihə 4 lotdan ibarətdir. 1-ci lot yeni yolun 0-29.9, 2-ci
lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot isə 73.5-92-ci
km-lik hissələri əhatə edir. Hazırda işlər
1-ci və 2-ci lot üzrə aparılır. Layihənin və
1-ci lotun başlanğıcı mövcud M-1 Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun
45-52-ci km-lik (7 km) hissəsinə düşməklə tikinti
işləri yeni yolun 30-cu km-nə kimi aparılır.
Aparılan tikinti işləri çərçivəsində
beton yolda mövcud sement-beton örtüyü
sökülüb sahədan kənarlaşdırılıb,
köhnə asfalt frezlənib. Həmçinin layihə boyu
yararsız material qazılıb çıxarılıb, geri
dolğu işləri aparılıb, beton yolda, həmçinin
yeni yolun qruntun zəif olduğu yerlərində qaya dolğu
işləri görülüb. Beton yolda yol geyiminin tikintisi
işləri artıq yekunlaşmaq üzrədir. Belə ki,
yol geyimi üst qatına qədər tikilib. Yeni layihələndirilən
yolun isə 7-10, 25-29-cu km-lik hissələrində
hamarlayıcı lay, əsas lay və asfalt-beton
örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə
tutulmuş suötürücü və ehtiyat boruların 305
paqon-metri artıq quraşdırılıb, kommunikasiya xətlərinin
köçürülməsi isə 98% yerinə yetirilib.
Layihənin 2-ci lotu üzrə hazırda işlərin yeni
yolu 30-38 və 41-47-ci km-lik hisəsində aparılır. Lot
boyu yararsız material qazılıb çıxarılır,
geri dolğu işləri aparılır, qruntun zəif
olduğu yerlərində qaya dolğu işləri
görülür. Yeni magistral yolun sözügedən hissəsində
artıq 28 suötürücü boru və 1 yeraltı
keçid inşa edilib, 2 borunun tikintisi və 4 tunelin
inşası isə davam edir. Yeni yolun sözügedən hissələrində
2 yol qovşağı, 1 yol ötürücü, 1 kanal körpüsü,
9 avtomobil tuneli, 1 yeraltı keçid, 74 müxtəlif
ölçülərdə düzbucaqlı və dairəvi
beton suötürücü boruların tikintisi, meliorasiya xətləri
ilə kəsişmələrdə müvafiq tədbirlərin
görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə
xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və
neft xətlərinin köçürülməsi, yolun
ayırıcı zolağında ümumilikdə cəmi 31
000 paqon-metr beton baryerlərin tikilməsi nəzərdə
tutulub.Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə
uyğun inşası aparılan və Şabran rayonu Qəndob
yaşayış massivindən Rusiya sərhədinədək
uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla
da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq
Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər
uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.Ümumilikdə
sözügedən hissədə 8 qovşaq və yol
ötürücü körpünün, 16 hidravlik və kanal
körpüsünün, kəndlərarası
düzbucaqlı 2 yolaltı keçidin, 3 kiçik
düzbucaqlı boru və 190 m uzunluğunda müxtəlif
diametrlərdə dairəvi beton suötürücü
borular, həmçinin 2708 m uzunluğunda, 500 mm diametrdə dəmir
borular və digər beton qurğularının tikintisi,
müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin,
su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin
köçürülməsi nəzərdə tutulub ki, bu
işlərin müəyyən hissəsi icra olunub. Tikinti
işləri layihənin 157-192 km-lik (35km) hissəsində
görülüb və bu hissəsində qazma və dolğu
işləri tamamlanıb. Bu hissədə yol geyimi işləri,
yəni hamarlayıcı lay, əsasın
alt layı və əsas lay işləri görülüb,
asfalt-beton örtüyünün döşənməsi
işlərinə başlanılıb. Paralel olaraq yolun 137-192
km-lik (55km) hissəsində layihə çərçivəsində
həmçinin su ötürücü və drenaj işləri
görülüb, alt və ehtiyat keçidləri tikilib.
Hazırda ərazidə torpaq dolğusu işləri
aparılır. Bundan başqa layihə çərçivəsində
nəzərdə tutulan 24 körpüdən 6-da işlər
tamamlanıb, 4 körpüdə
tamamlanma işləri və 7-də isə geoloji qazınti
işləri, svay vurma işləri və s. tikinti işləri
qismən görülüb.
Respublikamızda
düşünülmüş, uğurlu siyasətin tərkib
hissələrindən biri də məhz avtomobil yolu layihələrinin
icrasıdır. Dövlət başçımız vətəndaşların
rahat gediş-gəlişinin təmin edilməsinə,
onların rifahına hər zaman xüsusi diqqət
ayırır. Bunun nəticəsidir ki, ölkədə
avtomobil yolları yenidən qurulur və yolların
reabilitasiyası istiqamətində davamlı olaraq işlər
həyata keçirilir. Təkcə onu qeyd etmək
lazımdır ki, ötən il
90 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma
işləri başa çatdırılıb. Bu layihələrin
həyata keçirilməsi 2,2 mln əhalinin
yaşadığı 920 yaşayış məntəqəsini
əhatə edib. Göründüyü kimi 2019-ci ildə də bu istiqamətdə
işlər davam etdirilir və kəndlərarası, qəsəbələrarası
avtomobil yollarının tikintisi olmaqla ümumilikdə 50-dən
artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi
nəzərdə tutulub. Görülən işlər
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin
uğurlu icrası sayəsində respublikamızın
bütün bölgələrinin simasının dəyişdiyini
ortaya qoyur. Ölkənin dinamik və kompleks şəklində
inkişafının, həmçinin beynəlxalq müstəvidə
möhkəmlənməsinin təməlində
düşünülmüş uğurlu daxili və xarici
siyasət dayanır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 13-14 iyun.- S.15.