15 iyundan
başlanan yol:
Modern və
model Azərbaycan!
15 iyun 1993-cü il ikinci
müstəqil Azərbaycanın,
müstəqil dövlətçiliyimizin
tarixinə qızıl
və silinməz hərflərlə həkk
olundu. Bu tarixi
yaradan Azərbaycan xalqı və onun böyük oğlu, tarixi şəxsiyyət Heydər
Əliyev oldu. Məhz Azərbaycan xalqının israrlı və təkidli tələblərindən sonra
Ulu Öndər Naxçıvandan Bakıya
gəldi və Milli Məclisin sədri seçilərək,
Azərbaycanı qaranlıqdan
aydınlığa çıxardı.
15 iyundan cəmi 9 gün sonra, 24 iyun tarixində həm də prezident səlahiyyətlərinin
icrasına başlayan
böyük şəxsiyyət
ikinci müstəqil Azərbaycanın yeni tarixini yazdı, yeni mərhələsini, yeni inkişaf, quruculuq dönəmini başlatdı.
Millət
vəkili Kamilə Əliyeva qeyd edib ki, Ümummilli
Liderin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra
Azərbaycan xalqı böyük bəlalardan qurtuldu: "Ölkəmiz
parçalanmaq, bölünmək,
dağılmaq, müstəqilliyini
itirmək təhlükəsindən
xilas oldu. 4 iyun hərbi qiyamını, ölkədəki
xaosu, anarxiyanı fürsət bilib ölkənin Cənubunda
"Talış Muğan
Respublikası", ölkənin
Şimalında "Ləzgistan
Respublikası" qurmaq
istəyən separatçı,
anti-Azərbaycan dairələrinin
məkrli planlarının
qarşısı alındı.
Özü də məhz
Heydər Əliyevin müdrikliyi, uzaqgörənləyi
və həmin bölgənin insanlarının
qətiyyəti, Azərbaycana
bağlılığı, sevgisi sayəsində bu planlar fiaskoya,
məğlubiyyətə uğradıldı,
onları ssenariləşdirilərin
arzuları birdəfəlik
gözlərində qoyuldu.
Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində
Azərbaycan inkişaf
yoluna qədəm qoydu, dünyada tanınmağa başladı,
imzasını imzalar işində tanıtdırdı.
Əgər həmin ağır
dövrdə Heydər
Əliyev hakimiyyətə
qayıtmasaydı, Azərbaycan
xalqının başına
dəhşətli faciələr
gələcəkdi. Lakin Heydər
Əliyevin hakimiyyətə
gəlməsi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlər
nəticəsində Azərbaycan
üzləşdiyi böyük
bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində
əhəmiyyətli işlər
həyata keçirilməyə
başlandı. Həyatını
daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu Öndər
özünün də
qeyd etdiyi kimi, ömrünün qalan hissəsini də öz xalqına həsr etdi, xilaskarlıq missiyasını öz üzərinə götürdü
və onu şərəflə, ləyaqətlə
yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün
bütün sahələrdə
Ümummilli Liderin əməyi özünü
göstərir. Ümummilli Liderin
Azərbaycan xalqı qarşısında göstərdiyi
xidmətlərin həddi-hüdudu
yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan
dövlətini qurmasıdır".
Onun bildirdiyinə görə, Ulu Öndərin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. İqtisadiyyat tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Həmin dövrdə Ulu Öndər Azərbaycanın inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkəmizin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Bu istiqamətdə də ən önəmli və ən müdrik addımlardan biri uğurlu neft strategiyasına start verilməsi və 1994-cü ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması oldu: "Məhz Heydər Əliyevin qətiyyəti, əyilməzliyi, sınmazlığı, siyasi iradəsi sayəsində baş tutan "Əsrin müqaviləsi" ilə Azərbaycanın bütün sahələrdə inkişafının əsası qoyuldu. Bu gün fəxr və böyük qürur hissi keçiririk ki, Azərbaycan uğurlu neft, enerji siyasəti ilə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan birinə çevrilib. Eyni zamanda, Ümummilli Liderin siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycan dünyanın milli və dini tolerantlıq mərkəzinə, siyasi, iqtisadi, mədəni, diplomatik, hərbi, humanitar dialoq məkanına çevrilməyi bacarıb. Elə bir neçə gün öncə UEFA Avropa Liqasının final qarşılaşmasına layiqincə və çox uğurla ev sahibliyi etməsi Azərbaycanın 15 iyundan bu yana 26 il ərzində nə qədər böyük inkişaf yolu keçdiyinə, dünya dövlətləri arasında sayılıb-seçildiyinə əyani sübutdur. Bəli, bu yöndə misalları artırmaq da olar, amma məşhur atalar məsəlimizdə deyildiyi kimi, görünən kəndə kəndxuda nə lazım?! Hər şey göz öz önündədir. Dünyada müstəqil, demokratik, modern və model bir Azərbaycan var. Bu Azərbayacanın yaradıcısı və qurucusu isə 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı nura, aydınlığa qərq edən Heydər Əliyevdir. Bir daha bu əlamətdar günlərdə böyük şəxsiyyəti hörmət, ehtiram və minnətdarlıqla yad edir, anır və deyirik ki, nə yaxşı ki, Azərbaycanımız var, nə yaxşı ki, Heydər Əliyev kimi qurucu Atamız var, nə yaxşı ki, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev var. Allah Heydər Əliyevin ruhunu şad etsin, müstəqil Azərbaycanımızı və dövlət rəhbərimizi qorusun!"
Alim
Olaylar.- 2019.- 15-18 iyun.- S.4.