Milli Qurtuluşumuzun banisi
- HEYDƏR ƏLİYEV
"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının
bugünkü ağır,
mürəkkəb və
gərgin vəziyyətini
tam məsuliyyətlə dərk
edirəm. Bu vəzifəni
üzərimə götürərkən
məsuliyyətimi anlayıram
və bunların hamısını rəhbər
tutaraq əlimdən gələni edəcəyəm"
Heydər Əliyev
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan möhtəşəm
tarixlərdən birini,
15 İyun - Milli Qurtuluş Gününü
növbəti dəfə
məhz onun azadlıq ideallarının
işığında, müstəqil
dövlətin vətəndaşlıq
qüruru və fərəhi ilə qeyd edir.
1993-сü ilin
əvvəllərindən o vaxtkı hakimiyyətin səriştəsizliyi, ölkədə
fəaliyyət göstərən
bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq
hərəkətlər, Azərbaycanın
daxilində qardaş qırğını və
vətəndaş müharibəsinə
zəmin yaranması, ayrı-ayrı bölgələrdə
isə separatçılıq
və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın
bir dövlət kimi varlığına birdəfəlik son qoyulması
planını tam gücü
ilə işə salmışdı. İki
illik müstəqillik
tarixinə baxmayaraq, ölkə təbəddülatlar
dalğasından hələ
də xilas ola bilməmişdi.
1993-cü il iyunun 4-də Gəncədə
polkovnik Surət Hüseynovun nəzarəti
altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi
isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin
atdığı tələsik
addımlar vəziyyəti
düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət
nümayəndələri girov
götürüldü. Qiyamçı hərbi hissənin
rəhbərliyi əvvəlcə
Baş nazir və Milli Məclis
sədrinin, sonra isə prezidentin istefasını tələb
etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf
rayonların icra başçıları zorla
dəyişdirilir, Surət
Hüseynovun qiyamı
məhdud Gəncə
civarlarından çıxaraq,
üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar
var idi. Belə bir vaxtda dövləti
məhv olmaqdan xilas etmək üçün xalq Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bu taleyüklü sınaq
anında xalqın çağırışına səs verən, dövlətin gələcək
taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada
yaranmış hakimiyyət
böhranının aradan
qaldırılması istiqamətində
əməli fəaliyyətə
başlamışdır. Ümummilli liderin
bir qrup ziyalı ilə Gəncəyə səfər
etməsi və heç bir riskdən çəkinməyərək
silahlanmış qüvvələrlə
danışıqlar aparması
vətəndaş müharibəsi
təhlükəsinin qarşısının
alınmasında mühüm
addım olmuşdur.
Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər
parlamentdə səslənən
təkidli xahişləri,
ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə
seçilməsinə razılıq
vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan
qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir.
Beləliklə də, 15 iyun
Azərbaycanın tarixinə
Milli Qurtuluş Günü kimi daxil edilmişdir.
"Mən ömrümün
qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm"
deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından
dərhal sonra müstəqilliyimizin qorunub
möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Mühüm siyasi-iqtisadi
islahatlara başlandı
və müstəqil dövlətçiliyin inkişafına
maneə törədən
daxili və xarici qüvvələrə
qarşı kəskin
mübarizə aparıldı.
Çünki cəmiyyəti sağlam
qüvvələr hesabına
möhkəmləndirmədən islahatları həyata keçirmək mümkün
deyildi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişi cəhdlərinin
qətiyyətlə dəf
edilməsi bir həqiqəti sübuta yetirdi ki, Azərbaycan
xalqı öz siyasi liderinin ətrafında sıx birləşib. Ziyalılar,
sənət adamları,
təsərrüfat işçiləri,
sadə insanlar, bir sözlə, hamı Heydər Əliyev dühasına inandı və ümid etdi ki, yalnız belə bir təcrübəli
dövlət xadimi müstəqil Azərbaycanı
gözlənə bilən
bütün təhlükələrdən
xilas etməyə qadirdir. Bu gün
uğurla fəaliyyət
göstərən Yeni
Azərbaycan Partiyası
da məhz Ulu Öndərimizin bizlərə qoyduğu siyasi irsin tərkib
hissəsidir. Əbəs deyil
ki, əldə edilən hər bir uğurlarda YAP-ın da müstəsna
rolunun olduğunu vurğulanır.
"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun
qorunub saxlanması, daimi və əbədi
olması bundan da çətindir" fikrini söyləyən dahi rəhbər, əslində, hələ
ötən əsrin
70-80-ci illərində, Azərbaycan
Sovetlər birliyinin tərkibində olduğu bir zamanda xalqımızın
böyük gələcəyinə
hesablanmış islahatlara
imza atmışdı. Görkəmli
sərkərdə Cəmşid
Naxçıvanskinin adını
daşıyan indiki Hərbi liseyin məhz həmin dövrdə yaradılması
Heydər Əliyevin müdrikliyindən və uzaqgörənliyindən xəbər
verdi. Belə
bir təhsil müəssisəsinin Azərbaycanda
yaradılmasına nail olmaq
hər rəhbərə
nəsib olan iş deyildi. Yalnız qətiyyətli, riskli addım atmağı bacaran, ən başlıcası xalqı
üçün ömrünü
şam kimi əridən bir rəhbər belə vacib vəzifənin öhdəsindən gəlməyi
bacarardı. Müasir Azərbaycan
Ordusunun formalaşmasında,
milli zabit kadrların hazırlanmasında
həmin təhsil müəssisəsinin müstəsna
rolu vardır.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, həqiqətən
də, çox mürəkkəb, çətin
bir şəraitə təsadüf etdi. Yəni, həmin
dönəmdə müstəqil
dövlətçiliyimiz həlledici
bir dövrünü yaşayırdı. Amma müdrik
rəhbərin vaxtında
həyata keçirdiyi
strateji inkişaf strategiyası müstəqil
dövlətçiliyimizin qorunub möhkəmlənməsində
müstəsna rol oynadı. Və bu strateji xəttin əsas istiqamətlərindən biri
də vahid komandanlıqdan idarə edilən nizami ordunun yaradılması idi. Axı müstəqilliyimizin ilk illərində Azərbaycan
qonşu Ermənistan tərəfindən hərbi
təcavüzə məruz
qalmışdı, Dağlıq
Qarabağ və ona bitişik ərazilər işğal
edilmişdi. Belə çətin
şəraitdə, döyüşlər
getdiyi bir vaxtda nizami ordunun
yaradılması olduqca
çətin idi.
Amma uzaqgörən siyasətçi
çox qısa vaxt ərzində bu vəzifənin öhdəsindən layiqincə
gəlməyi bacardı.
Bu gün fəxrlə
deyirik ki, müasir müstəqil Azərbaycan, həmçinin
Silahlı Qüvvələrimiz
ulu öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir.
1993-cü ilin 15 iyun
günü tariximizdə
Milli Qurtuluş Günü kimi qeyd olunur. Məhz
həmin gün ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qədəm
qoyan Ulu Öndərimiz öz qayıdışı ilə
qurtuluşa nail oldu, Azərbaycan xalqına müasir müstəqil dövlətçiliyimizi yadigar
qoydu. Zəngin idarəçilik bacarığı
olan dahi dövlət xadimi ölkəmizin bütün
sahələrinin inkişaf
etdirilməsinə nail oldu,
siyasi-iqtisadi münasibətlər
sistemində müasir
inkişafın bünövrəsini
yaratdı. 1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı
şirkətləri ilə
"Əsrin müqaviləsi"
adlanan neft kontraktı imzalandı.
Bu hadisə təkcə
iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisə idi. Belə mühüm müqavilənin
imzalanması bir tərəfdən ölkədə
yaranmış uzunmüddətli
ictimai-siyasi sabitliyin göstəricisi idisə,
digər tərəfdən
beynəlxalq aləmdə
müstəqil dövlətimizin
artan nüfuzu demək idi.
Ümummilli Liderin önəm verdiyi bütün məsələlər yalnız
bir məqsədə
- gənc müstəqil
dövlətin hərtərəfli
inkişafının təmin
edilməsinə hesablanmışdı. Azərbaycanda elə bir sahə
yox idi ki,
diqqətdən kənar
qalsın. Aparılan bütün
islahatlar xalqın milli düşüncə
tərzinin, vahid azərbaycançılıq ideologiyasının
inkişafına zəmin
yaratdı. Xalqımız öz dahi rəhbərinin
ətrafında sıx
birləşməklə möhkəm
iradə nümayiş
etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı
bacardı.
Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik. Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Fərrux
HAQVERDİYEV,
YAP Xızı rayon təşkilatının sədri
Olaylar.- 2019.- 15-18 iyun.- S.6.