Müasir gəncliyin mənəvi
inkişafının
başlanğıc
tarixi - Milli Qurtuluş Günü
"XX əsrin
sonlarında Azərbaycanın öz dövlət müstəqilliyini
bərpa etməsi tarixi zərurət kimi ortaya
çıxdı. Əsrin əvvəllərində olduğu
kimi bu yolda çətinliklər də oldu, məhrumiyyətlər
də. Belə ki, azadlıq, müstəqillik hər bir xalq,
dövlət üçün ən müqəddəs nemət
olduğundan Azərbaycan xalqı öz azadlığı,
müstəqilliyi uğrunda illərlə mübarizə
apardı, bu yolda minlərlə şəhid verdi. Keçilən
şərəfli, zəhmət və əziyyətlə dolu
bir yol göstərdi ki, Ümummilli lider Heydər Əliyevin
"Müstəqilliyin əldə olunması nə qədər
çətindirsə, onun saxlanılması, daimi, əbədi
olması bundan da çətindir" tezisi hər bir dövr
üçün aktuallığını qoruyur, birliyə, həmrəyliyə,
bir çağırış kimi önə çəkilir.
Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinin
qorunması və möhkəmləndirilməsi Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu
yolda Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə
qovuşması üçün hər bir
soydaşımızın üzərinə konkret vəzifələr
düşdüyünü deyirdi: "İndi hər bir
namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi
mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti,
bu günü və azad gələcəyi haqqında
düşünsün. Xalqın müqəddəratı hər
şeydən üstün olmalıdır"".
Bu
fikirləri Olaylar.az -a açıqlamasında "Gənc Nəslin
Maarifləndirilməsi" İctimai Birliyinin sədri
Mikayıl Həsənli bildirib.
"15
iyun 1993-cü il... Milli Qurtuluş Günü... Azərbaycan
xalqının müqəddəratının həll
olunduğu, dövlətimizin gələcəyinin müəyyən
edildiyi, ölkəmizin inkişafının təməlinin qoyulduğu
tarix... Bu tarix həm də bütün sahələrdə, o
cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə
yenidənqurma və inkişaf dövrünün əsasını
qoydu. Qısa zamanda ölkədə əhəmiyyətli
islahatlar aparıldı. Ulu öndər Heydər Əliyevin
apardığı ən mühüm islahatlardan biri də
dövlət gənclər siyasətinin bünövrəsinin
qoyulması, formalaşdırılması, vətənpərvərlik
və azərbaycançılıq ideologiyasının təbliği
və bu sahədə bir çox strateji əhəmiyyətə
malik proqramların həyata keçirilməsi oldu. Bu da təbiidir.
Çünki gənclər xalqın ümidi, onun
inkişafının və yüksəlişinin əsas
meyarıdır. Müasir gənclərin isə bu tarixi dərindən
öyrənməsi zəruridir. Azərbaycanda həyata
keçirilən gənclər siyasəti ümumi dövlət
siyasətinin mühüm tərkib hissəsidir ki, ölkəmizdə
gənclərin hərtərəfli inkişafı
üçün bütün şərait yaradılıb. Gənclərin
fiziki və mənəvi inkişafı ilə bağlı
yaradılan şərait, həyata keçirilən tədbirlər
onların cəmiyyətdə özlərinə mühüm
yer tutmalarına imkan verir. Məhz Milli Qurtuluş Günü
gənclərimizin daha rahat, firavan həyat sürməsinə
şərait yaratdı. Nəticədə milli dəyərlərə
söykənən, vətəninə, xalqına bağlı
olan müasir düşüncəli gənc nəslin
formalaşdırılmasının, gəncliyin
potensialından dövlətin inkişafı naminə istifadə
edilməsinin əsası qoyuldu. Gənclər hər bir
ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar
həyatında mühüm rola malik potensial qüvvə kimi
mühüm yer tutr. Gənclər Azərbaycanın gələcəyidir,
inkişafın və modernləşmənin operativ ön cəbhəsidir.
Gənclər yeni potensialdır, gücdür, yeniləşmə,
müasirləşmə, inkişaf strategiyasının təməl
sütünları deməkdir. Ulu öndər Heydər
Əliyev həmişə gənclərə güvənərək
onlara böyük etimad göstərib." -deyə,
Mikayıl Həsənli bildirib.
İctimai
Birliyinin sədri qeyd edir ki, Azərbaycanda gənclər siyasəti
həmişə dövlət siyasətinin əsas tərkib
hissəsi kimi xüsusi yer tutub: "Azərbaycan gəncliyi
dövlətin diqqət və qayğısını hər
zaman öz üzərində hiss edib. Ümummilli lider Heydər
Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən
gənclərin himayədarı olaraq sağlam
düşüncəli yeni nəslin yetişdirilməsini
dövlət və cəmiyyətin mühüm vəzifəsi
hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki
güclərinə üstünlük verdiyi, ictimai və
sosial həyatın, cəmiyyət quruculuğunun bütün
sferalarında təmsil olunmalarına geniş imkanlar
yaratdığı qüvvə həmişə gənclər
olub. Azərbaycan gənclərinin günümüzün
müasir, inkişaf etmiş, yüksək intellektli
aparıcı qüvvə kimi formalaşmasında, birmənalı
olaraq, dövlətimizin apardığı gənclər siyasətinin
mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə
xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu
öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər
boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər
əsasında, müstəqillik, dövlətçilik,
azadlıq və onların qorunması uğrunda mübariz
ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi, demokratik cəmiyyət
quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata
keçirilməsi ilə bağlı Ulu Öndərin
ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın
hazırkı və gələcək inkişaf
strategiyasının əsasını təşkil edir.
Ümummilli Liderimiz həmişə gənclərimizə
böyük ümidlər bəsləyir, dəfələrlə
qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin
əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin
bütün dövrlərində Ulu Öndər sağlam,
normal gəncliyin, bu dövlətə sahib dura biləcək
bir nəslin yetişməsinə xidmət edirdi. Ulu Öndərin
ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə
bağlı məsələləri həmişə öz
siyasətinin əsas tərkib hissələrindən biri hesab
edir, gənclərin imkan və bacarıqlarını yüksək
qiymətləndirir, onların problemlərinin həlli istiqamətində
həyata keçirilən tədbirlərə xüsusi önəm
verirdi. Bu siyasəti müstəqil Azərbaycan dövlətinin
ən mühüm fəaliyyət istiqamətlərindən
biri kimi dəyərləndirirdi."
Dahi şəxsiyyət
gənclərin dövlətin və cəmiyyətin
sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
iştirakının təmin edilməsini vacib məsələlərdən
biri kimi elan Etdiyini qeyd edən Mikayıl Həsənli bildirir
ki, 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm
Nazirliyi yaradıldı. 1995-ci ildə isə Ümummilli Lider
Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü
irəli sürdü:
" 2
fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin
ilk forumu keçirildi və Ulu Öndər tədbirdə
şəxsən iştirak etdi.1 Fevral 1997-ci il tarixdə forumun
ildönümü münasibətilə gənclərin bir
qrupunu qəbul edən ulu öndər "2 fevral - Azərbaycan
gəncləri gününün elan edilməsi
haqqında" Sərəncam imzaladı. Həmin vaxtdan etibarən
ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan
gənclərinin bayramı kimi təntənəli şəkildə
qeyd olunur. Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin
fiziki, mənəvi-psixoloji cəhətdən sağlam
yetişməsini, istedadlı gənclərin üzə
çıxarılması və onların ölkənin gələcəyinə
töhfə verməsini təmin etdi. "Gənc istedadlar
üçün xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Azərbaycanın gənc istedadlarına
dövlət qayğısı haqqında", "Dövlət
gənclər siyasəti haqqında" qanun, fərman və
sərəncamlar, həmçinin, "Gənc ailə",
"İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin
sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş,
onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə
kömək edən Dövlət Proqramı" və digər
proqramlar çərçivəsində ölkəmizdə gənclərin
sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının
artırılması istiqamətində mühüm fundamental
baza oldu. Milli mənəvi dəyərlərimizin
qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin
tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik
ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin
elmi, intellektual potensialının artırılması
üçün ciddi təhsil və mədəni islahatlar həyata
keçirmək, gənclərin təşkilatlanmasını
təmin etməklə, onları müstəqilliyimizin
keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər
etmək, gənclərin dövlət idarəçiliyində
rolunu əhəmiyyətli dərəcədə artırmaq və
onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan
dövlətinin beynəlxalq aləmə inteqrasiyasının
yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə
yararlanmasına möhkəm əsaslar yaratmaq kimi Ümummilli
Liderin müəyyən etdiyi strateji hədəflər
reallaşmağa başladı".
Mikayıl Həsənli bildirir ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır: "Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, bu ildə gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Əsasını gənclər təşkil edən Azərbaycan Ordusu isə Aprel və Günnüt zəfərlərini qazanmaqla tarixi torpaqlarımızın tezliklə işğaldan azad ediləcək inamını müəyyənləşdiriblər. Sadalanan faktlar sübut edir ki, müasir Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək."
Ay An
Olaylar.- 2019.- 15-18 iyun.- S.11.