İLK DƏFƏ… İKİ DƏFƏ…
Sosial sahədə inqilabi
addımların növbəti mərhələsi
başlanıb
Bu ilin mart
ayının 1-dən respublikamızda minimum
əməkhaqqı 180 manat oldu; o vaxt
minimum əməkhaqqının məbləği
50 manat, başqa
sözlə, 38,5 faiz
artırılmış, minimum əməkhaqqının
artımı birbaşa 600 minədək
(!) insanı əhatə etmişdi. ( -Onlardan
dövlət sektorunda işləyən
450 min (!) nəfərin əmək
haqqında 30 faiz, özəl sektorda işləyən 150 min
nəfərçünsə 25 faiz
artım olmuşdu.) Hələ bu ilin birinci
artımı günlərində, rəsmi olaraq
vurğulanırdı ki, bu
vacib – sosial önəm
daşıyan addım, eyni zamanda, əmək münasibətlərinin
leqallaşdırılması yönündə
sağlamlaşdırıcı təsirə malikdir.
Zarafat deyil, son 15 ildə Azərbaycanda əməkhaq(lar)ı 7, minimum əmək haq(lar)ı isə 6,5 dəfə artırılıb. (Yeri gəlmişkən, dövlət sektoru ilə yanaşı, özəl sektoru da hər dəfə vurğulayarkən, onu da xatırladaq ki, işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.)
Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlardan və dövlət başçımızın imzaladığı yeni “sosial zərf” bu yöndə həyata keçirilən siyasətin davamlılığını, silsilə xarakterini, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin məntiqiliyini, uğurlu sosial dövlət modelini göstərməkdədir.
Budur, Azərbaycan
Prezidentinin yeni sərəncamları elan olunub. Sərəncamlar:
– minimum aylıq əməkhaqqının 180 manatdan
250 manata çatdırılmasını;
– dövlət qulluqçularının aylıq
vəzifə maaşlarının
50 faiz artırılmasını;
– hərbi və
hüquq-mühafizə orqanlarının
xüsusi rütbəli
əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının
40 faiz artırılmasını;
– dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində
çalışan (bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan) müəllimlərin
vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;
– dövlət büdcəsindən maliyyələşən
bir sıra digər təşkilatlarda
çalışan şəxslərin
aylıq vəzifə
maaşlarının orta
hesabla 40 faiz artırılmasını nəzərdə
tutur.
Bəli,
müstəqil respublikamızın
tarixində ilk dəfə
olaraq, bir il içində,
hətta yaxın aylar ərzində minimum əməkhaqqı və ümumən əməkhaqqı
önəmli dərəcədə
artırıldı.
Bəri
başdan bir məsələyə də
deyinək, sonra ya gec olmasın
ya da yaddan
çıxmasın: Bu əməkhaqqı
artımı enerji daşıyıcılarında, bazarda, nə bilim, kənd təsərrüfatı məhsullarında,
xaricdən alınan ərzaqlarda, xidmət sektorunda bahalaşmaya səbəb olacaqmı? – sualını nəzərdə tuturam; deyirəm ki, hökümət əhalinin
enerji daşıyıcılarından
istifadə ilə bağlı məlum limitini qaldırırsa, gedişatdan işiğın,
suyun limitinin qaldırılacağı gözlənirsə,
bir təhlilçi dostumuzun sözü ilə desək, “ən əsası, bu xərcləmələr
şişmiş milyardlıq
kölgə iqtisadiyyatının
əridilməsi hesabına
həyata keçirilməsi
ilə müşayiət
olunur”sa… və s. o zaman, dediyimiz sual sual müstəvisindən
çıxarıla bilər.
Açığı, bu
sualçıxarmada ən
əsas istinadgahımız
məhz Prezidentimizin atdığı inqilabi addımlar, imzaladığı
səndələrin fəlsəfəsi,
ruhudur! Bəlkə, bu ilin sonunda,
bəlkə gələn
il, daha bir möhtəşəm addım atılb da, minimum əməkhaqqı
məbləği, məsələn,
340 manat olarsa, heç təəccüblənmərəm.
Çünki dövlət
baba, şəxsən,
dövlət başçımız
canayaxın, xəlqi,
sosialyönümlü yanaşmaları,
addımları ilə
xalq üçün ən yaxşısına,
ən layiqlisinə çalışır, çalışır…
***
Beləliklə, nələri fərqləndirə
bilərik?
Respublikamızda əhalinin sosial
müdafiəsinin gücləndirilmısi
yönündə genişmiqyaslı
tədbirlər davam etdirilir;
Prezidentin
imzaladığı “sosial
zərf” bu yöndə həyata keçirilən dövlət
siyasətinin davamı,
silsilə xarakter almış tədbirlərin
növbəti mərhələsidir;
Bu, “sosial zərf”in təsir dairəsində olan vətənşalarımızın
sosial müdafiəsini
gücləndirmək və
onlara dövlət qayğısını daha
da artırmaq məqsədinə xidmət
edir;
Ard-arda iki dəfə eyni yöndə sərəncam imzalanması,
dövlət başçımızın
“nəyi, harda, nə vaxt və
necə (icra) etməli?” sualına ən olumlu cavab dəyərindədir;
Bu sərəncamın təsirlərini,
sosial müdafiəyə
ehtiyacı olan ailələrin tam əskəriyyəti,
necə deyərlər,
öz cibində hiss edəcək;
Sərəncam sentyabrdan qüvvəyə
minəcək, bu da o deməkdir ki, o vaxtadək zəruri sənədləşmələr,
normativlər, aktlar və b. məsələlər
tam qayadsına salınacaq,
əhali gecikmə olmadan artımlarla təmin olunacaq;
Yeni “sosial zərf” əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla
davam etməsinə, sonuc etibarilə ölkədə ümumi rifah halının yüksəldilməsi sahəsində
ardıcıl irəliləyişlərə
imkan verəcək;
2019-cu ilin əvvəlindən etibarən qəbul edilmiş belə qərarlar, qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini ən aşağı səviyyədə
saxlamaq, mümkün miqdarda sıfırlamaq imkan verimişdisə, yeni sərəncamlarsa əhalinin gəlirlərinin
artmasına, yığım
imkanlarının genişlənməsinə
şərait yaradacaq;
Əməkhaqlarının önəmli dərəcədə artımı
əhalinin alıcılıq
qabiliyyətinə müsbət
təsir etməklə,
iqtisadi aktivliyin, pul-təadvül dövriyyəsinin
daha da artmasına
öz töhfəsini
verəcək;
Habelə,
deyilənlərlə yanaşı:
İqtisadi sahədə əldə edilmiş uğurların sosial sferaya keçidi. daşınması
dövlət başçısmızın
açıqladığı sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən
başlayaraq vətəndaşlarımızın
sosial təminatını
önəmli ölçüdə
artırmaqdadır;
Büdcə gəlirlərinin daha
artıq məbləğdə
təmin edilməsi, sosial sahədə islahatların dərinləşməsi
üçün münbit
şərait yaratmaqdadır;
Prezident
özünün məşhur
“Azərbaycanda dövlət
siyasətinin mərkəzində
insan amili dayanır” tezisini bir daha təsdiq
etmişdir;
Ötən sərəncamlar – “sosial
zərf” yaza doğru, bu sərəncamlar – “sosial zərf”sə, payıza doğru əhalinin cibinə daxil olmaqla, fəsil ayarlamasında da, bayaq dediyimiz o canayaxınlığı, xəlqiliyi
bir daha təsdiq, təsbit, tətbiq və təcalla etdirməkdədir.
***
Prezident İlham Əliyev tərəfindən imzalanan
yeni sərəncamlar Azərbaycan dövlətinin
həyata keçirdiyi
sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha, bir
daha göstərir, sübut edir. Bu yerdə,
Ümummili liderin sözlərini xatırlatmaq
istərdim: “Xalq dövlət üçün
yox, dövlət xalq üçün olmalıdır”. Dövlət
başçımızın sosialyönümlü ardıcıl
addımlarının mahiyyəi
haqqında düşünərkən
Ümumilli liderin başqa bir sözü də yada düşür: “İqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir.” – Bilirsiz, iqtisadi qanunvericilik bazası, təkmil iqtisadi stukturlar, özəlliklə infrastuktur
layihələri, hələ-hələ
ölkələrarası, xalqlararası
layihələr, belə
hadisələrin sonuclarını
addım-addım, mərhələ-mərhələ
hər bir vətəndaşımızın öz cibində hiss edəcəyi, rahat yaşayacağı (inqilabi
qərarların qəbul
ediləcəyi!) mərhələni
gətirməliydi, gətirib
də!
Dövlət başçısı tərəfindən aparılan
sosial-iqtisadi siyasətin
mayasında, qayəsində
VƏTƏNDAŞ, onun sosial təminatı,
rifahının yüksəldilməsi
dayanır; yeni “sosial zərf” bu müəyyənliyi özündə növbəti
dəfə bariz şəkildə ehtiva edir; təsadüfi deyil ki, “zərf”
ümumilikdə 2 milyondan çox (!) insanımızı əhatə
etməklə ( -həm
dövlət orqanlarında,
həm də özəl sektorda çalışan şəxslərin
maddi durumunu önəmli dərəcədə
yaxşılaşdırmaqla) ümumxalq, ümumrespublika
və ümumgələcək
xarakteri, mahiyyəti daşıyır.
Beləliklə, ən ümumi şəkli ilə ifadə etsək, dövlət büdcəsində
formalaşan əlavə
gəlirlərin bilavasitə
ölkə vətəndaşlarının
sosial rifahına yönəldilməsi ölkənin
hərtərəfli iqtisadi
inkişafı fonunda dövlət-vətəndaş güvəncəsini dərinləşdirməklə,
aparılan sosial siyasətin alternativsiz olduğunu da bir daha sübut
edir.
Dövlətimiz var olsun! Dilinizi alqışdan əskik etməyin, vətəndaşlar. – Hər alqışda bir kəramət, hər kəramətdə Tanrıya yetişmə imkanı vardır. Tanrı dövlətimizi, xalqımızı qorusun, ucaltsın və yaxın gələcəkdə Azərbaycan Prezidenti belə qərarlarının bir qismini Şuşadakı rezidensiyasından duyursun! (inşallah)
Əkbər
QOŞALI
Olaylar.- 2019.- 20-21 iyun.- S.14.